Icma.az
close
up
RU
İnspeksiya xidməti göstərən akkreditasiya olunmuş müəssisələrin nümayəndələri ilə maarifləndirici görüş keçirilib

İnspeksiya xidməti göstərən akkreditasiya olunmuş müəssisələrin nümayəndələri ilə maarifləndirici görüş keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 dekabr, AZƏRTAC

Yanacaqdoldurma məntəqələrində ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən və inspeksiya xidməti göstərən akkreditasiya olunmuş qurumlarla görüş keçirilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün rəyin alınmasına dair sənədlərin “E-keyfiyyet.gov.az” informasiya sistemi üzərindən yaradılması və müvafiq qanunvericiliyin tələbləri izah olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən və inspeksiya xidməti göstərən akkreditasiya olunmuş müəssisələrin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.

Görüşdə yanacaqdoldurma məntəqələrində istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, o cümlədən qurğu və avadanlıqların inspeksiyasını həyata keçirən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların 30-a yaxın nümayəndəsi iştirak edib.

Tədbirdə agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin direktoru Emin Zeynalov çıxış ediblər.

Çıxışlar zamanı “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər barədə məlumat verilib. Həmçinin sözügedən sahələrdə fəaliyyət göstərən qurumlara yanacaqdoldurma obyektlərinə verilən sənədlərin qanunvericiliyin tələbləri əsasında yerinə yetirilməsi tövsiyə olunub.

Sonda praktiki nümunələr əsasında “E-keyfiyyet.gov.az” portalında “Uyğunluğun qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması” funksiyasından istifadə qaydaları izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər sırasında yanacaqdoldurma obyektlərində istifadə olunan ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” Qanunun tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən müvafiq rəyin alınması yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see238

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see217

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see200

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see187

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see172

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri