Özcan Denizin hanımının səhhəti pisləşdi
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyəli aktyor Özcan Denizin həyat yoldaşı Samar Dadqarın səhhəti pisləşib.
Axşam.az xəbər verir ki, diz əməliyyatı üçün xəstəxanaya yerləşdirilən Samar gözlənilmədən özünü pis hiss edib. Ona sistem köçürüldükdən sonra nəbzi yüksəlib, nəfəs almaqda və danışmaqda çətinlik çəkib.
Samar sosial şəbəkədə yaşadığı hadisə ilə bağlı paylaşım edərək həyatının ən qorxulu 9 saatını keçirdiyini bildirib.
“Dünən həyatımın ən qorxulu 9 saatını yaşadım. Diz əməliyyatıma iki gün qalmış dincəlmək üçün sevinclə gəldiyim xəstəxanada qoşulan sistemdən 15-20 saniyə sonra nəfəs ala, danışa bilməməyə başladım. Nəbzim 220-yə yüksəldi və düşmədi. Otağım həkimlərlə doldu. Hər kəs müdaxilə etməyə çalışırdı, amma həkimlərin gözlərindən belə narahatlıqlarını və çarəsizliklərini oxuya bilirdim. Huşumu itirib özümə gəlirdim. Həqiqətən həyatla ölüm arasında olduğumu düşündüm.
Ailəm təşvişə düşməsin deyə yaşadıqlarımın ciddiliyini onlara hiss etdirməməyə çalışdım. Amma saat 14:00-dan 23:00-a qədər bir dəqiqə belə rahatlaşa bilmədim. Həyatımda belə qorxu yaşamamışdım.
Mənə israrla C vitamini verildiyini və ehtimal ki, allergiyam olduğunu söylədilər. Daha əvvəl dəfələrlə qəbul etdiyimi deyəndə isə bu dəfə eyni vaxtda üç doza C vitamini verdiklərini açıqladılar. Bəs qrip belə olmayan, diz əməliyyatı üçün gələn birinə niyə bu qədər yüksək dozada C vitamini verilir? Açığı, həqiqətən yalnız C vitamini verildiyinə, yoxsa hadisənin vitamin adı altında ört-basdır edilməyə çalışıldığına dair şübhələrim var” deyə, Samar yazıb.
O, yaşadığı hadisədən sonra əməliyyatının təxirə salındığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 09 Noyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















