Icma.az
close
up
RU
Bir tikə pendir belə həyatı məhv edə bilər EKSPERT

Bir tikə pendir belə həyatı məhv edə bilər EKSPERT

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Zəhərlənmə 6 saat ərzində başlayır

"Şadlıq saraylarının çoxunda antisanitariya hökm sürür’”

Toy məclislərində kütləvi zəhərlənmə halları istisna deyil. Bu cür hadisələr ölkəmizdə də vaxtaşırı baş verir, yaxın qonşularmızda da. Türkiyənin Trabzon bölgəsində bu günlərdə baş tutan toy məclisində iştirak edən 100-ə yaxın qonaq zəhərlənmə şübhəsi ilə xəstəxanalara aparılıb. Yerli medianın məlumatına görə, məclisdə qonaqlara toyuqlu plov və dolma verilib.

Yeməkləri yeyən əksəriyyət mədə bulanmasından şikayət edib. Hadisənin qurbanlarından biri, “Yeməkdən sonra hamının mədəsi bulandı. Yolda qusduq, amma bəzilərinin vəziyyəti ağır idi”, digəri isə “Toyuq yedim, kaş yeməzdim”, – deyib. Xəstəxanaya müraciət edənlərin əksəriyyətinin mədəsi yuyulub. Bəzilərinə sistem qoşulub. Hadisə ilə bağlı araşdırmalar davam edir. Bizim Tovuz rayonunda isə bir ailənin 4 üzvünün qidadan zəhərləndiyi məlum olub. Zəhərlənənlər Qovlar kənd sakinləri Ramal İslam oğlu Əhmədov, Vüsalə Namiq qızı Hüseynova, Dəniz Ramal qızı Əhmədli Banuçiçək Əhmədlidir. Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir. Onların pendirdən zəhərləndikləri güman edilir. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən ailə üzvləri göstərilən tibbi yardımlardan sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Kütləvi mərasimlərdə zəhərlənmə halları gözlənilməz sayılmaz. Zatən, mütəxəssislər toy, nişan, hətta yas məclislərində də qidaların saxlanma qaydalarının pozulduğunu, antisanitar vəziyyətdə hazırlanan yeməklərin zəhərlənmə ehtimalı yaratdığını hər zaman vurğulayırlar. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında toy, yas məclislərində yeməklərin bişirilmə, hazırlanması zamanı bioloji çirklənmələrə məruz qalmasının tamamilə mümkün olduğunu dedi: 

- Məlumdur ki, şadlıq saraylarında gigiyenik qaydalara ciddi əməl olunmur, ərzaqların saxlanma qaydaları pozulur, antisanitar vəziyyət hökm sürür. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də dəfələrlə aşkarlayıb, şadlıq sarayları cərimə edilib, adları da açıqlanıb. Vətəndaşlardan da bizə bununla bağlı çoxsaylı şikayətlər, müraciətlər olur. Məsləhətimiz həmişə bu olub ki, şadlıq sarayında sifariş verməzdən əvvəl mətbəxə, ərzağın saxlanma yerinə, sanitar qovşağa baxsınlar, vəziyyətlə tanış olsunlar, ərzağın, ətin haradan alındığını bilsinlər. Yeməklərin hazırlanması zamanı gigiyenik qaydalara əməl olunurmu, aşbazlar, salat hazırlayanlar gigiyenik əlcəklərdən istifadə edirlərmi, buna diqqət etsinlər. Amma süd və süd məhsulları ilə bağlı məsələ fərqlidir. Burada patogen bakteriyalardan söhbət gedir artıq və bu, çox təhlükəlidir. Pendir zəhərlənməsi, pendirin istehsalı, saxlanması və ya istehlakı zamanı patogen bakteriya, toksin və ya kiflə çirklənməsi nəticəsində yaranan qida zəhərlənməsidir. Əsas səbəblərdən biri də pendirin düzgün saxlanılmaması və ya istehsal, hazırlanması zamanı gigiyenik qaydalara riayət olunmamasıdır. Bu zaman patogen bakteriyalar - salmonella, listeria monocytogenes, E. coli kimi bakteriyalar zəhərlənməyə səbəb ola bilər. Kif və ya bakteriyaların istehsal etdiyi toksinlər saxlanma şəraitinin, soyuq zəncirin pozulması və ya istifadə müddətinin keçməsi, paslı və ya çirkli istehsal şəraiti, istehsalda gigiyena qaydalarına riayət olunmaması səbəbindən yaranır. Pendir zəhərlənməsi simptomları adətən pendirin istehlakından 1-6 saat sonra ortaya çıxır, lakin bəzi hallarda daha uzun müddət sonra müşahidə edilə bilər. Simptomlar bakteriya və ya toksinin növünə görə dəyişir. Zəhərlənmə baş veribsə, mədə-bağırsaq pozğunluğu, qarın ağrısı, ishal, mədə bulantısı və qusma, yüksək hərarətlə müşayiət oluna bilər. Ümumi halsızlıq, yorğunluq və zəiflik hissi, baş ağrısı və başgicəllənmə əlamətləri də mümkündür. Belə hallarda təcili şəkildə tibbi yardım çağırmaq, həkim müayinəsindən keçmək lazımdır. Mədə yuyulur, lazımi tibbi yardım göstərilir. Gecikmək olmaz. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2025 06:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri