Fransa məhkəməsi iki gimnastika məşqçisini uşaqlara qarşı zorakılıqda təqsirli bilib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Nitsa Cinayət Məhkəməsi iki gimnastika məşqçisini yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq (o cümlədən cinsi təcavüz) ittihamı ilə məhkum edib.
İdman.Biz bu barədə “L'équipe”ə istinadən məlumat verir.
Qanunsuz hərəkətlər Fransanın ən güclü klublarından biri olan “Cavigal”ın qadınlar bölməsində baş verib.
45 yaşlı Yohan Lefebvre elektron qolbaqla iki il ev dustaqlığına məhkum edilib və uşaqlarla peşəkar və ya könüllü iş görməkdən ömürlük məhrum edilib.
53 yaşlı Violette Damian zorakılıq ittihamı ilə səkkiz ay şərti cəza alıb. Prokurorluq 18 ay şərti cəza və yetkinlik yaşına çatmayanlarla işləməkdən 10 il qadağa tələb etmişdi.
İşin 2019-cu ildə keçmiş tələbələrinin şikayətlərindən sonra başlandığı bildirilir. Hər iki məşqçi hər hansı bir qanun pozuntusunu inkar edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 Noyabr 2025 07:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















