Icma.az
close
up
RU
525ci qəzet Örnək şəxsiyyət Qulu Məhərrəmli 70

525ci qəzet Örnək şəxsiyyət Qulu Məhərrəmli 70

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsanın şəxsiyyətə çevrilməsi uzun və çox mürəkkəb prosesdir; lakin yaşamağın mənasını zamanında dərk edən, həyatı boyu müxtəlif sınaqlara məruz qalan, özünə bəlli çərçivələr qoymağı bacaranlar bu ucalığa çox erkən qalxa bilirlər. Heç şübhəsiz, görkəmli jurnalist və elm adamı, teletənqidçi və publisist Qulu Məhərrəmli həyatı dərk etdiyi andan özünün şəxsiyyət mərtəbəsini çox dəqiq müəyyən edib, orada zəruri olanları nisbi olanlardan ayıra bilib. Ömrü boyu zəhmətə qatlaşıb, yüksək əzmkarlıq göstərib, həmişə öz prinsipləri və ictimai ölçülərlə yaşayıb ki, bu da onun parlaq xarakterini müəyyənləşdirib.

Professor Qulu Məhərrəmli həm onu məşhurlaşdıran televiziya və jurnalistika sahəsində, həm dilçilik elmində, həm də ictimai həyatda olduqca fəal və fədai insandır. Könül verdiyi bütün sahələrdə istedadı və zəhmətkeşliyi sayəsində ciddi uğurlar qazanıb. Hazırda o, Azərbaycan jurnalistikasının aparıcı simalarından biri, bu sahədə nüfuzlu söz sahibidir. Onun ədəbi-elmi və mətbu prosesləri zəruri qaynaqlar kimi geniş tədqiqata çəkməsi, bu barədə bir-birindən sanballı əsərlər yazması, sahə elminin nəzəri problemlərinə yön verməsi fədai olmaq məqsədi kimi mənalanır.

İnsan ömrü illərin yığılıb qaldığı, sonra da sürətlə ötüb keçdiyi bir andır. Nə üçün bir an deyirik? 70 il necə ötüb keçir, bəlkə də insan bunun fərqinə vara bilmir. Qulu müəllimi də doğulduğu tarixdən 70 illik məsafə ayırır. Bu qədər il ard-arda düzülüb necə ötüb, bəlli ki, heç Qulu müəllim özü də bilməyib. Bəlkə də kimsə onu 70 yaşı münasibətilə təbrik edəndə fərqinə varıb ki, artıq ömrün müdriklik çağına gəlib çatıb... Amma görün bu illərin arxasından nə qədər sanballı işlər görünür: televiziya yaradıcılığı sahəsində nə qədər maraqlı verilişlər, jurnalistikaya dair elmi-nəzəri araşdırmalar, Ana dilimizin saflığı uğrunda fədakar mübarizə, bu mübarizənin nəticəsi olan nə qədər elmi əsərlər, bir-birindən əhəmiyyətli olan izahlı lüğətlər və s.

Qulu Məhərrəmli həyatın ilk cizgilərini hələ də çöhrəsində gəzdirən xoşbəxt tale yiyələrindən biridir. Təbiətən sadəliyi və səmimiliyi, yüksək ünsiyyət mədəniyyəti, ziyalılığı, dərin erudisiyası hər kəsə səmimi ehtiramı ilə bu gün də o, 50-60 il əvvəlki insan təsiri bağışlayır. Belə bir əhvalı çözmək əlbəttə, həm asan, həm də çox çətindir...

Maraqlı bir nüansa nəzər salaq: Qulu müəllim orta təhsilini Şuşa şəhərində alıb. Hazırda onun təhsil aldığı məktəbdə yenə də həyat qaynardır; hər tənəffüsdə məktəbin həyəti yenə də şagirdlərlə dolub-daşır. Bu hal əlbəttə, Qulu müəllimə yeni həyat eşqi, yeni əhval verir.

Qulu müəllimin gəncliyi də sevdiyi peşəyə və Vətənə sevgi ilə pərvəriş edib. O, ali təhsilini qurtarıb Azərbaycan televiziyasına göndəriləndə də, sonra "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayanda da dövlətçilik əzmi onun əsas prioriteti olub. Televiziyada ard-arda müxtəlif redaksiyalarda müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışanda da onun üçün əsas hədəflər dövlətçilik eşqi, xalq-cəmiyyət məsələləri olub. O, bütün hallarda ürəyini nikbin əhvala qərq edib, ölkəmizin gələcək strateji mühitinin misilsiz dərəcədə inkişaf edəcəyinə hədsiz inanıb. Onun vaxtilə AzTV-də apardığı “1000 saniyə”, “24 saat” xəbər verilişləri, əsas informasiya proqramları, “7 gün” populyar analitik-informasiya verilişi və s., hətta Azərbaycan televiziyasında siyasi icmalçısı kimi təhlil və təqdir etdiyi məsələlər də dürüstlük, obyektivlik və dövlətçilik şüuru zəminlərini özündə ehtiva edib.
Qulu müəllim beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərdən, rəsmi toplantılardan canlı yayımlar aparıb, dövlət başçılarının xarici səfərlərindən çoxsaylı hesabat və reportajlar hazırlayıb, bu proseslər zamanı da o, öz məsləkinə sadiq qalıb.

Qulu Məhərrəmli həm fəal pedaqoji fəaliyyəti, həm də jurnalist kimi cəmiyyət işində ümdə rol oynayıb. Birinci fəaliyyət sahəsi onu alim kimi yetişdirib, elmi yüksəlişə sövq edib, filologiya elmləri doktoru, BDU-nun professorudur, ikinci sahədə isə peşəkar jurnalist kimi əzmkarlıq göstərib, ictimai-ciyasi istiqamətləri doğru-dürüst təhlil edərək geniş tamaşaçı rəğbətini qazanıb.

Əlbəttə, bu yazıda biz Qulu Məhərrəmlinin zəngin həyat bioqrafiyasını danışmaq  niyyətimiz yoxdur. Qulu müəllim şəxsiyyətdir, onun arxada qoyduğu 70 illik ömür şübhəsiz, o qədər də sadə və rəvan olmayıb. Əsas odur ki, Qulu müəllim bu illəri vicdanla, ləyaqətlə yaşayıb, həmişə haqqın tərəfində olub, bəzən ona baha başa gəlsə də, həqiqəti deməkdən çəkinməyib. O, həmişə dövlətçilik şüuru ilə yaşayıb, milli dəyərlərin daşıyıcısı olub, Vətən namusunu çəkib. Onun təkcəböyük tarixi şəxsiyyətolan Məhəmməd Əmin Rəsulzadəyə olan sevgisi özü haqqında çox şey deyir. Təkcə bu sevgi ilə müəyyən etmək olar ki, Qulu Məhərrəmli kimdir, hansı ictimai ideallarla  yaşayır və hansı ucalıqda qərar tutur...

Qulu Məhərrəmlini – xalqımızın örnək şəxsiyyəti adını qazanmış bu dəyərli övladını 70 illik yubileyi münasibəti ilə təbrik edir, cansağlığı arzulayıram.

Nəzakət Məmmədova,
Respublika Xatirə Kitabı Redaksiyasının Baş redaktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2024 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri