525ci qəzet ADPUda Qırğızıstan Beynəlxalq Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qırğızıstan Beynəlxalq Universitetinin nümayəndələri – rektor akademik Asilbek Aydaraliyev, elm və beynəlxalq əlaqələr üzrə prorektor Maksatbek Anarbayev Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
Bu barədə 525.az-a ADPU-dan məlumat verilib.
Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetin tarixi, strukturu, təhsil proqramları və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib, mübadilə proqramlarının, birgə layihələrin, eləcə də elmi tədbirlərin hər zaman diqqətdə saxlanıldığını bildirib. Rektor qeyd edib ki, bu kimi beynəlxalq əməkdaşlıqlar universitetin missiyasına uyğun olaraq həm tələbə və müəllimlərin təcrübəsini artırmaq, həm də elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədi daşıyır.
ADPU-nun rektoru Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olması ilə yanaşı, regional inkişafın təmin olunmasına xidmət etdiyini bildirib.
Sonda qonaqlar ADPU-da yenilənmiş infrastrukturla tanış olub, tələbələr üçün yaradılmış tədris mühitini müşahidə ediblər.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 18 Noyabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















