Icma.az
close
up
RU
525ci qəzet AMEAnın Rəyasət Heyətinin növbəti iclası keçirilib

525ci qəzet AMEAnın Rəyasət Heyətinin növbəti iclası keçirilib

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29: çağırışlar və AMEA-nın qarşısında duran vəzifələr” mövzusunda müzakirə aparılıb.

Bu barədə 525.az-a AMEA-dan məlumat verilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü daxili və xarici siyasət ölkəmizin ev sahibliyi ilə COP29-un uğurla keçməsinin əsasını təşkil edir.

AMEA rəhbəri COP29-un yekunları kimi Bakı razılaşmasının əldə edilməsinin, Paris Sazişinin 6-cı maddəsinin tam təsdiq olunmasının, İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərarın qəbulunun, qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədinin ölkələr tərəfindən vurğulanmasının Azərbaycanın tarixi uğurları olduğunu bildirib.

COP29 çərçivəsində keçirilən tədbirlərdə akademiya əməkdaşlarının da yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli alimlərimizin xarici həmkarları ilə qlobal problemlərə dair müzakirələr apardıqlarını, ölkəmizə gəlmiş dünyanın nüfuzlu elm xadimləri ilə AMEA-da görüşlərin baş tutduğunu söyləyib. Həmçinin COP29-un gündəliyində mühüm yer tutmuş yaşıl enerji, yaşıl iqtisadiyyat kimi anlayışların fəlsəfəsini dərk etmək üçün tədqiqatlar aparılmasına ehtiyac olduğunu bildirib, alimlərimizin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və akademiyanın gələcək fəaliyyətini bu istiqamətdə quracağını diqqətə çatdırıb.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova COP29-la bağlı AMEA-nın fəaliyyətinə dair geniş təqdimatla çıxış edib. Akademik çıxışında indiyədək keçirilmiş COP-ların tarixi, məqsədləri barədə söz açıb, COP29 çərçivəsində AMEA-nın elmi bölmələrində, elmi-tədqiqat müəssisələri və təşkilatlarında, regional bölmələrində və elmi mərkəzlərində il ərzində təşkil olunan çoxsaylı tədbirlər – elmi konfranslar, görüşlər, kitab sərgiləri, işıq üzü görən nəşrlər, alimlərimizin mediada çap olunmuş məqalələri barədə ətraflı məlumat verib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev isə çıxışında COP29-un yüksək səviyyədə təşkili ilə əhəmiyyətli addımlar atıldığını bildirib. Bir sıra statistik rəqəmləri təqdim edən R.Hacıyev COP29-da 80 ölkənin dövlət və hökumət başçısının, 76 mindən çox insanın, çoxsaylı QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiklərini, 100-dən çox ölkənin pavilyonunun qurulduğunu vurğulayıb. R.Hacıyev COP29 çərçivəsində qəbul edilən qərarların tarixi nailiyyət olduğunu söyləyib.

Məsələ ilə bağlı, həmçinin akademiklər Arif Həşimov, Gövhər Baxşəliyeva, Adil Qəribov, AMEA-nın müxbir üzvü Elşad Qurbanov və professor İlham Məmmədzadə çıxış edərək COP29-un yüksək səviyyədə keçirilməsinin ölkəmizin növbəti tarixi uğuru olduğunu, alimlərimizin də öz fəaliyyətləri ilə daim dövlətimizin yanında olduqlarını bildirib, tədbirin yeni elmi istiqamətlərə yol açdığını söyləyiblər.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə COP29-un yekunları ilə bağlı AMEA-nın müraciəti qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri