525ci qəzet Avropa İttifaqının Bakı nümayəndəliyi təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqının (Aİ) Bakıdakı Nümayəndəliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
525.az "Report" ya istinadən xəbər verir ki, bu barədə nümayəndəliyin sosial şəbəkə hesablarında paylaşım edilib.
"Qazaxıstanın Aktau șəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə șəfa tapmalarını diləyirik, Avropa İttifaqı bu çətin günlərdə Azarbaycanın yanındadır", - paylaşımda qeyd edilib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 25 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















