525ci qəzet Avropada qazın qiyməti daha da arta bilər İqtisadçı
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Avropada qazın bahalaşmasına bir sıra amillər təsir edir. Əgər ölkələr kimya və metallurgiya istehsalının bir hissəsini bərpa etmək qərarına gəlsələr, bu, yanacağın maya dəyərinin daha da artmasına səbəb olacaq.
525.az xəbər verir ki, bunu Rusiya Hökuməti yanında Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti Stanislav Mitraxoviç deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyadan qaz tədarükünü azaltmaq qərarına gələrək “nəyisə qurban vermək lazımdır” fikrini əsas götürüb və belə də olub.
“Birincisi, Aİ mayeləşdirilmiş təbii qaza keçidlə əlaqədar gəlirlərinin bir hissəsini qurban verdi. İkincisi, onlar enerji tutumlu kimya və metallurgiya sənayelərinin bir hissəsini qurban verdilər”, - ekspert əlavə edib.
Mitraxoviç deyib ki, hələ də Aİ-nin nəzarət etmədiyi amillər var, məsələn, hava şəraiti: “Soyuq olarsa, istehlak səviyyəsinə təsir edəcəkdir. Həmçinin, LNG bazarı inteqrasiya olunduğu üçün Avropa digər regionlarda qaza olan tələbatı idarə edə bilmir. Dünyanın bir hissəsində tələbat artarsa, o zaman Aİ-yə daha az resurs çata bilər”.
Ekspert qeyd edib ki, Avropa İttifaqı qaz tədarükçüləri ilə bağlı vəziyyətə, məsələn, Yaxın Şərqdəki vəziyyətə nəzarət edə bilməz, çünki onlar üçün də müəyyən risklər var: “Hamısı birlikdə Avropada qiymət artımına səbəb olur. Bundan əlavə, kimya və metallurgiya istehsalının bir hissəsini bərpa etməyə çalışsalar, qiymətlər artacaq”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 25 Noyabr 2024 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















