Firəngiz Mütəllimova: “Şəhidlərin dəfnində insanların fəryadı, ağlaşma, ağılar yadımdan çıxmır”
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Azərbaycan xalqının yaddaşına qanla həkk olunmuş 20 Yanvar faciəsinin 36-cı ildönümüdür.
1990-cı il yanvarın 20-nə keçən gecə Sovet ordusunun Bakıya və digər bölgələrə yeridilməsi nəticəsində dinc sakinlər amansızlıqla qətlə yetirildi. Bu hadisə təkcə insan itkiləri ilə deyil, xalqın azadlıq istəyinə qarşı yönəlmiş açıq hərbi təcavüz kimi tarixə düşdü.
Qanlı 20 Yanvar həm böyük bir faciə, həm də milli oyanışın, müstəqillik mübarizəsinin dönməz mərhələsi oldu. Tankların qarşısına əliyalın çıxan insanlar azadlıq iradəsinin güllə və süngü ilə susdurula bilməyəcəyini bütün dünyaya sübut etdilər.
Bu gün Azərbaycan xalqı şəhidlərinin xatirəsini dərin ehtiramla anır, onların canı bahasına qorunan müstəqilliyin dəyərini bir daha xatırlayır.
"Cebheinfo.az" -a açıqlamasında xalqın milli-azadlıq hərəkatının bu mərhələsinin canlı şahidi, Xalq artisti Firəngiz Mütəllimova bildirib ki, bu günü dərin kədər hissi ilə yad edirik:
“Qardaşımın yanvarın 20-si ad günü idi. Biz axşam evdə oturub onun işdən gəlməyini gözləyirdik. Sonra işdən gəldi, çölə çıxmaq istədi. Dedim ki, yox, bir saat oturaq sonra çıxarsan. O vaxt Yasamalda yaşayırdıq, evimiz indiki "20 Yanvar” ərazisinə yaxın yerdə yerləşirdi. Bir anda gurultu səsi eşitdik. Baxanda gördük ki, tanklar hərəkət edir.
Elə həmin vaxt hamını meydana çağırır, insanları yığırdılar. Az sonra işıqlar söndü. Nə radio işləyirdi, nə də televiziya xəbər verirdi. Mən yerə çöküb ağladım, qardaşımın çölə çıxmasına icazə vermədim. Bizim yaşadığımız həyətdən gedən nə qədər insanın heç biri qayıtmadı.
İşdən gələn, işə gedən, haya çıxan, eyvandan baxan, kim qarşılarına çıxdısa, öldürdülər. Avtomatdan bir “çıt” səsi gələndə düşünürdük ki, kimisə vurdular. Çünki istədikləri adamı asanlıqla öldürə bilərdilər. Vəziyyət çox ağır idi. Allah şəhidlərimizə rəhmət etsin".
Xalq artisti qeyd edib ki, ogünlərdə çoxlu günahsız insan öldürüldü:
"20 Yanvarı biz həmişə dərin kədər hissi ilə xatırlayır, həlak olanlara rəhmət oxuyuruq. Hadisələrin şahidi olan, indi isə teaatrda çalışan bir qızımız var, “Qarabağnamə” tamaşasında çıxış edir.
Hadisələr zamanı uşaq idi, atası isə şəhid olmuşdu. O günlərin ağrısını bütün Azərbaycan xalqı yaşadı. Dəfn mərasimləri bu gün də gözümün önündədir – insanların fəryadı, ağlaşmalar, deyilən ağılar hələ də yadımdan çıxmır. Qanlı 20 Yanvar heç vaxt unudulmayacaq".
Gülər Həsənli
"Cebheinfo.az"
Açar sözlər: 20 Yanvar faciəsi Firəngiz Mütəllimova
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 20 Yanvar 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















