Alma əməliyyatı aparan məmur: ...sualınız varsa, buyurun, yoxdursa...
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İki gündür Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı məmurun satıcıya qarşı kobud davranışı və yol kənarında yerləşdirilmiş meyvələri müsadirə etməsi geniş müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun baş məsləhətçisi işləyən həmin məmurla əlaqə saxlayıb.
Maraqlıdır ki, tənqid hədəfinə çevrilən, hərəkətlərinə aydınlıq gətirməsi gözlənilən məsləhətçi Samir Bədəlov müxtəlif bəhanələrlə sualları cavablandırmaqdan imtina edib:
“Nə olub, nə hadisə baş verib? Bilmirəm, nə deyirsiniz. Tədbirlərlə bağlı sualınız varsa, buyurun. Yoxdursa, sağ olun. O barədə başqa vaxt danışarıq”, - deyə baş məsləhətçi bildirib.
Qeyd edək ki, məsələ ictimailəşdirildikdən sonra satıcının meyvələri özünə geri qaytarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 20 Yanvar 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















