Icma.az
close
up
RU
525ci qəzet Azərbaycan D8də: bu, bizə və təşkilata nə verəcək?

525ci qəzet Azərbaycan D8də: bu, bizə və təşkilata nə verəcək?

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan dövləti növbəti diplomatik uğura imza ataraq İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilib. Bu qərar dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində D-8-in XI sammiti zamanı qəbul edilib. D-8 bir çox məqamlara görə əhəmiyyət daşıyan bir təşkilatdır. Bu qurumun təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri Banqladeşin ev sahibliyi ilə 10-cu Zirvə toplantısında qəbul edilən və 2020-2030 illəri əhatə edən On İllik Yol Xəritəsidir. D-8 ölkələri təşkilatı daha güclü və daha da inkişaf etdirməyi hədəfləyən bu yol xəritəsi ilə ticari əməkdaşlığı dərinləşdirmək və daxili ticarət həcmlərini ümumi "D-8" ticarətinin ən azı 10 faizinə çatdırmağı planlaşdırıblar. Eyni zamanda, Dəkkə bəyannaməsində tərəflər irqçilik, ayrı-seçkilik, ksenofobiya və antimüsəlman çıxışlara qarşı mübarizə aparma iradələrini təsdiqləyiblər.

Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya "Böyük iyirmiliy"in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir. 2017-ci ildə İstanbulda keçirilən doqquzuncu Zirvə görüşü ilə D-8-in fəaliyyətinin 20 illik dövrü əhatə edən birinci mərhələsinə yekun vurulub, yeni mərhələ üçün hədəflər və fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib.

Təşkilat yarandığı 30 ilə yaxın müddət ərzində ilk dəfə olaraq Azərbaycanın üzvlüyü ilə genişlənib. Bu, əlbəttə ki, Azərbaycanın regionda lider dövlət olması ilə yanaşı, beynəlxalq müstəvidə böyük nüfuza malik olduğunu bir daha göstərir. Xüsusilə Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar regional və beynəlxalq əməkdaşlıq üçün imkanları daha da artırdı. Azərbaycanın enerji, logistika, nəqliyyat və digər sahələrdəki rolu onu daha da cəlbedici edir. Başqa əhəmiyyətli məqam isə ölkənin siyasətdə ədalətli mövqe sərgiləməsi, haqlının yanında olması, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipini birmənalı olaraq dəstəkləməsidir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların güclənməsində, inkişafında, islahatların aparılmasında öz töhfəsini verir, yeni təşəbbüslər, təkliflərlə çıxış edir. Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatında həmrəylik gücləndi, təşkilatın nüfuzu xeyli artdı. Azərbaycanın islam həmrəyliyinə verdiyi önəm və töhfələr də xüsusi vurğulanmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2017-ci ildə xüsusi qonaq qismində İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşündə iştirak edib. Dövlət başçısı Zirvə görüşündəki çıxışında bildirib ki, Azərbaycan üçün İslam həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir və ölkəmiz bu istiqamətdə öz töhfələrini verir.

Azərbaycan Xarici İşlər Nazirliyinin D-8-ə üzvlüklə bağlı yaydığı bəyanatda deyilir ki, ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan Azərbaycan D-8-in təməl prinsiplərinin qorunmasında, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq: "Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və islamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq".

Təşkilata üzv ölkələrin liderləri də Azərbaycannın rolunu vurğulayırlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Azərbaycanın qəbulu ilə təşkilatımız bu gün dünənkindən daha güclüdür. Qardaş Azərbaycana, D-8 ailəsinə "Xoş gəlmisiniz" demək istərdim".

O qeyd edib ki, təşkilatın sıralarının genişlənməsi ilə bağlı D-8-in dünyada təsiri yayılır. D-8-in dünyada nüfuzu təşkilatın sıralarının genişlənməsi hesabına baş verir.

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi isə bildirib ki, Azərbaycanın təşkilata üzvlüyü ölkələr arasında əlaqələrdə yeni səhifə açacaq.

D-8 üç qitəni əhatə edir və 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malikdir. Eyni zamanda, 130 milyard dollar ticarət dövriyyəsi həyata keçirir, üzv ölkələrin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edir. Bu isə o deməkdir ki, "İslam Səkkizliyi" adlanan D-8 böyük iqtisadi potensiala malikdir. Bu mənada ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Eyni zamanda bu, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir.

Azərbaycanın D-8-ə qoşulması, ölkəmizin multilateralizm siyasətinə sadiqliyini bir daha nümayiş etdirir. D-8-ə və İslam Əməkdaşlıq Təşkilatına üzvlük ölkəmizin xarici siyasətində bir-birini tamamlayan elementlərdir. Ölkəmizin İslam səkkizliyində olması bir daha sübut etdi ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir. Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq.

Milli Məclisin deputatı Ceyhun Məmmədov "525"ə deyib ki, Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyü olduqca önəmli bir məsələdir və xüsusi əhəmiyyət daşıyır. Bu, həm də ölkəmizin artan nüfuzunun göstəricisidir.

Deputat bildirib ki, artıq Azərbaycan müsəlman ölkələri arasında liderə çevrilib, ölkəmizin nüfuzu getdikcə artır: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə münasibət bildirərək Azərbaycanın üzvlüyü ilə təşkilatın daha da güclənəcəyini xüsusi olaraq vurğuladı. Bu gün biz Qərb dövlətləri ilə əməkdaşlığımızı, əlaqələrimizi gücləndiririk, bu istiqamətdə addımlarımızı atırıq. D-8 təşkilatına Azərbaycanın üzv olması isə müsəlman ölkələri ilə əlaqələrin güclənməsində, inkişafında maraqlı olduğumuzu göstərir. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan müsəlman ölkəsi olaraq hər zaman əlaqələrimizin daha da güclənməsində, daha da möhkəmlənməsində rol oynayır. Azərbaycan hər zaman bütün müsəlmanları narahat edən məsələlərə öz mövqeyini bildirir, heç bir məsələdə laqeyd, biganə qalmır. Müsəlman dünyasının inkişafında və onun güclənməsində öz töhfələrini verir".

C.Məmmədov əlavə edib ki, bu təşkilatda üzvlük ölkəmizin nüfuzunun, Azərbaycanın müsəlman ölkələri ilə əlaqələrinin daha da möhkəmlənməsinin, inkişafının göstəricisidir: "Bu üzvlük əlbəttə ki, ölkəmizin nüfuzunun artmasına, öz töhfəsini verəcək. Misirin paytaxtı Qahirə şəhərində D-8 təşkilatının 11-ci Zirvə görüşündə Azərbaycanın Baş naziri Əli Əsədovun çıxışına xüsusi toxunmaq lazımdır. Baş nazirin çıxışında olduqca vacib, önəmli məsələlər əksini tapdı. Azərbaycan növbəti dəfə Fələstinə 2 milyon dollar vəsait ayırdı, bundan əvvəl Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu prosesdə üzərinə düşən işləri yerinə yetirmək üçün ciddi şəkildə öz səylərini göstərir və addımlarını atır. Məsələnin bu formada inkişafı qarşıya qoyulan ümumi məqsədlər baxımdan xüsusi önəm daşıyır. Yaxın Şərqdə baş verən proseslərə də Azərbaycanın mövqeyi növbəti dəfə ifadə olundu. Bütün bunlar isə bir daha onu göstərir ki, Azərbaycanın nüfuzu daha da artır, Azərbaycan daha da güclənir. Ölkəmiz bu istiqamətdə öz fəaliyyətini davam etdirir, proseslərə öz töhfəsini verir".

Deputat Vüqar Bayramov isə hesab edir ki, D-8 təşkilatına üzvlük iqtisadi inkişafın gücləndirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar yaradır: "Nominal ÜDM-i 5 trilyon 199 milyon dollar, real ÜDM-i isə 18 milyard 182 milyon dollar olan D-8 ölkələri müsəlman dünyası əhalisinin 63.0 faizinə sahibdir. Bu, dünya əhalisinin 16 faizi deməkdir. Bu ölkələr arasındakı ticarət dövriyyəsi 150 milyard dollardan çoxdur. Bu isə o deməkdir ki, D-8 təşkilatına üzvlük iqtisadi inkişafın gücləndirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar yaradır. Üzvlük eyni zamanda ölkəmizin geosiyasi mövqeyini daha da gücləndirəcək. Azərbaycan təşkilatın 9-cu üzvü olmaqla yanaşı, yarandıqdan sonra bu təşkilata üzv olan yeganə ölkədir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri