Icma.az
close
up
RU
Azərbaycan bu təşkilata üzvlük yolunda Nə itirəcəyik, nə qazanacağıq...

Azərbaycan bu təşkilata üzvlük yolunda Nə itirəcəyik, nə qazanacağıq...

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu günlərdə Prezident İlham Əliyev Çinin CGTN telekanalına verdiyi müsahibəsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) hələ də üzv olmamasının səbəbləri barədə danışıb.

Dövlət başçısı bildirib ki, uzun illərdir danışıqların aktiv mərhələsində olmasına baxmayaraq, Azərbaycanın hələ də ÜTT-yə üzv olmamasının səbəbi proteksionizm, ikili standartlar və tariflərdir. Bütün bunlar ÜTT-nin təməl dəyərlərinə ziddir. Prezident, həmçinin Azərbaycan iqtisadiyyatının özünü təmin etdiyini vurğulayaraq qeyd edib ki, təşkilata qoşulma ilə bağlı bütün təkliflər qəbul olunarsa, proses daha da rəvan gedə bilər.

Prezident İlham Əliyevin açıqlaması Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı mövqeyini və bu prosesdə qarşılaşdığı çətinlikləri geniş ictimaiyyətə çatdırmaq üçün mühüm addım oldu. Dövlət başçısının vurğuladığı proteksionizm, ikili standartlar və tariflər kimi məsələlər, beynəlxalq ticarət qaydaları və ÜTT-nin fəaliyyət prinsiplərinə zidd olan problemlər kimi təqdim olundu.

Bu il Ümumdünya Ticarət Təşkilatının yaranmasının 30 illiyi qeyd ediləcək. Təşkilatın yaranması uzun və gərgin proseslər nəticəsində mümkün olub. 1944-cü ildə II Dünya Müharibəsi nəticəsində yaranan iqtisadi böhranın yüngülləşdirilməsi məqsədilə 44 müttəfiq dövlət Bretton Vudsda bir araya gəldi və dünya iqtisadi qaydalarını müzakirə etdilər. Bu görüş nəticəsində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı yaradıldı, amma Beynəlxalq Ticarət Təşkilatının (BTT) təsis edilməsi mümkün olmadı. Bunun əvəzinə Tariflər və Ticarət üzrə Baş Saziş (GATT) ilə bağlı danışıqlara başlandı.

GATT 1947-ci ildə Cenevrədə 23 dövlət tərəfindən imzalandı və 1948-ci ilin yanvar ayında qüvvəyə mindi. Əvvəlcə müvəqqəti olan bu saziş 1995-ci ildə ÜTT-nin yaranmasına qədər qüvvədə qaldı. İlk raundlar yalnız tariflərin azaldılmasına həsr olunsa da zamanla bu danışıqlar qeyri-tarif tənzimləmələrini də əhatə etdi. Ümumilikdə GATT dövründə 8 danışıqlar raundu keçirildi.

1995-ci ildə GATT-ın varisi kimi Ümumdünya Ticarət Təşkilatı yaradıldı. Təşkilat ticarət sazişlərinin idarə olunması, ticarət mübahisələrinin həlli, milli ticarət siyasətlərinin nəzərdən keçirilməsi, texniki yardım və treninq proqramları vasitəsilə inkişaf edən ölkələrə ticarət siyasətində dəstək, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq və s. funksiyaları həyata keçirir.

Hazırda ÜTT-nin 166 üzv dövləti var, əlavə olaraq 22 dövlət üzvlük prosesindədir. ÜTT dünya ticarətinin 97 faizinə nəzarət edir. Təşkilatda qərarlar bütün üzvlərin razılığı ilə qəbul olunur. ÜTT-nin qərarları bütün üzv ölkələrdə ölkə parlamentləri tərəfindən ratifikasiya olunur.

Azərbaycan 1997-ci ildən etibarən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesinə başlayıb və uzun müddət bu məqsədlə danışıqlar aparılıb.

Hazırkı vəziyyətə Azərbaycanın təşkilata üzvlüyünün həm müsbət, həm də mənfi tərəfləri var.

Qazanclar:

•    ÜTT-yə üzv olmaqla Azərbaycan ümumi qaydalara əsaslanaraq ticarət edəcək. Bu, müxtəlif ölkələrlə ticarətdə güzəştlərin təmin edilməsi və hüquqi tənzimləmələrin sadələşdirilməsi deməkdir.
•    ÜTT-nin üzv ölkələrə tətbiq etdiyi güzəştlərdən faydalanaraq Azərbaycan öz məhsullarını daha geniş bazarlara təqdim edə bilər. Bu, xüsusilə qeyri-neft sektorunun inkişafını sürətləndirə bilər.
•    ÜTT-nin mübahisələrin həlli mexanizmi və daha şəffaf ticarət qaydaları Azərbaycanı xarici sərmayəçilər üçün daha cəlbedici hala gətirə bilər. ÜTT üzvü olmaq ölkəyə birbaşa xarici investisiyalar üçün açıq bazar yaradır.
•    ÜTT üzvü olaraq Azərbaycan beynəlxalq standartlara uyğun məhsullar istehsal edəcək və dünya bazarlarında rəqabət qabiliyyətini artıracaq.

İtkilər:

•    ÜTT-yə üzv olma Azərbaycanın yerli istehsalını və məhsullarını daha geniş bazarlara çıxarma imkanlarını artıracaq, amma eyni zamanda xarici məhsulların da yerli bazara asan daxil olması deməkdir. Bu yerli istehsalçılar üçün ciddi rəqabət təzyiqi yarada bilər.
•    Bəzi müəssisələr beynəlxalq ticarət şərtləri ilə rəqabət apara bilmədiyi üçün bazardan çıxmaq məcburiyyətində qala bilər.
•    ÜTT üzvü olmaq bəzi məhdudiyyətlər və güzəştlərlə müşayiət olunur. Məsələn, kənd təsərrüfatı sektorunda, ixraca yönələn subsidiyaların həcmi müəyyən qədər azaldıla bilər. Nəticədə  kənd təsərrüfatı məhsullarının qiymətləri arta bilər. 
•    ÜTT-nin tələbləri ilə ölkə iqtisadiyyatının çox böyük transformasiyalardan keçməsi tələb olunur. Bu bəzən yerli bazarda qeyri-müəyyənlik və sosial gərginlik yarada bilər.

Azərbaycanın ÜTT-yə üzvlüyü əsasən qeyri-neft sektorunun inkişafına bağlıdır. İqtisadçılar hesab edirlər ki, hazırda Azərbaycanın ticarət siyasəti bu təşkilatın qaydalarına uyğunlaşdırılmalı və müəyyən daxili strukturlar gücləndirilməlidir. Bu məqsədlə yerli istehsalın və sənaye sektorunun inkişafını sürətləndirmək üçün hökumət müəyyən islahatlar aparmalıdır.

Azərbaycan, Özbəkistan və Türkmənistan istisna olmaqla, bütün MDB dövlətləri ÜTT üzvüdür. Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan təşkilata ilk olaraq üzv olub. Ukrayna 2008-ci ildə, Rusiya 2012-ci ildə, Tacikistan 2013-cü ildə və Qazaxıstan isə 2015-ci ildə üzv olub.

Aşağıda qeyd olunan ölkələr təşkilata üzvlük prosesindədir:

• Andorra
• Azərbaycan
• Bahamalar
• Belarus
• Butan
• Bosniya və Herseqovina
• Kurasao
• Ekvatorial Qvineya
• Efiopiya
• Vatikan
• İran
• İraq
• Livan
• Liviya
• San Tome və Prinsip
• Serbiya
• Somali
• Cənubi Sudan
• Sudan
• Suriya Ərəb Respublikası
• Türkmənistan
• Özbəkistan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri