Icma.az
close
up
RU
525ci qəzet “Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları” mövzusunda elmi sessiya keçirilib

525ci qəzet “Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları” mövzusunda elmi sessiya keçirilib

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 4-də Bakı Dövlət Universitetinin (BDU) Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş “Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları” mövzusunda elmi sessiya keçirilib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin moderatoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikası tarixində özünəməxsus yeri olduğunu bildirib. Qeyd edib ki, Qulu Məhərrəmlinin adı Azərbaycan televiziyası ilə qoşa çəkilir. Ölkədə onun verilişləri ilə böyüyən bir neçə nəsil var. Televiziya tənqidçisi, jurnalistika bilicisi kimi Qulu Məhərrəmli bu gün də diqqət mərkəzindədir.

BDU-nun rektoru Elçin Babayev yubilyarı təbrik edib, ölkədə “telejurnalistika”, “televiziya tənqidi” deyəndə ilk olaraq yada məhz Qulu Məhərrəmlinin düşdüyünü bildirib: “Qulu Məhərrəmli istedadlı jurnalist, gözəl alim, maraqlı insan, təcrübə ilə nəzəriyyəni uğurla bir araya gətirən əsl pedaqoqdur. 1991-ci ildən BDU-da çalışan Qulu Məhərrəmli universitetimizin dəyərli professorudur. O, həm də ictimai fəaliyyəti ilə seçilir, Jurnalistika fakültəsindən Azərbaycan Mətbuat Şurasında təmsil olunan iki əməkdaşımızdan biridir”.

Son illər BDU-da aparılan islahatlar çərçivəsində Jurnalistika fakültəsində əsaslı keyfiyyət dəyişikliyinin yarandığını deyən Elçin Babayev gənc jurnalistlərin yetişməsində və əmək bazarının tələblərinə uyğun peşəkar kadr kimi formalaşmasında Qulu Məhərrəmli kimi alimlərin böyük rolu olduğunu diqqətə çatdırıb.

Sonra professor Qulu Məhərrəmlinin elmi-pedaqoji və jurnalistika fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri filologiya elmləri doktoru Rövşən Məmmədov Qulu Məhərrəmlinin Azərbaycanda televiziya məktəbinin simalarından biri olduğunu bildirib: “Ünsiyyət mədəniyyəti, jurnalist etikası, audiovizual nitq – bunlar bu gün də aktualdır. Biz bütün bu keyfiyyətləri Qulu müəllimdən öyrənmişik. Qulu Məhərrəmli jurnalistikada sağlam dəyərlərin təməlini qoyanlardan biridir”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Qulu Məhərrəmlinin publisistikası”, Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli “Qulu Məhərrəmlinin polifonik yaradıcılıq yolu”, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova “Azərbaycanda televiziya tənqidinin çağdaş durumu”, Jurnalistika fakültəsinin dekanı filologiya elmləri doktoru Vüqar Əliyev “Jurnalistika təhsili və müasir dərslik problemi” mövzularında məruzələr ediblər.

Sonda çıxış edən professor Qulu Məhərrəmli elmi-pedaqoji və jurnalist fəaliyyətinə verilən dəyərə görə təşəkkürünü bildirib.

Elmi sessiyanın sonunda rektor Elçin Babayev professor Qulu Məhərrəmliyə uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, universitetin ictimai həyatında fəal iştirakına görə və 70 illik yubileyi münasibətilə fəxri fərman təqdim edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see137

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see129

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see120

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see117

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see115

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see113

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see113

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri