Icma.az
close
up
RU
“Xocalının dünyaya çatan harayı” mövzusunda elmi sessiya keçirilib

“Xocalının dünyaya çatan harayı” mövzusunda elmi sessiya keçirilib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fevralın 26-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalının dünyaya çatan harayı” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov 1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsinin miqyasından, dəhşətli nəticələrindən, siyasi və hüquqi mahiyyətindən danışıb. Bildirib ki, Xocalı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsi, qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində baş vermiş bir vəhşilik aktıdır. Xocalı qətliamı dünya tarixində dinc əhalinin qətli kimi dərin iz qoymuş soyqırımı hadisələrinin ən sonuncusudur.

“Dünyaya çatan Xocalı əks-sədası” mövzusunda məruzəsini təqdim edən direktor Xocalının qabaqcadan hazırlanmış plana əsasən işğal olunduğunu söyləyib. Akademik Rafael Hüseynov qeyd edib ki, 1991-ci ilin noyabrında artıq şəhərə gedən bütün yollar ermənilər tərəfindən nəzarətə götürülmüş, ətrafla əlaqə kəsilmiş, insanlar çətin vəziyyətdə qalmışdı. Xocalılardan bəziləri şəhəri tərk etsə də, təxminən 2500 insan öz doğma evlərində qalmışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq, mühasirədə olan Xocalı şəhərinin dinc sakinlərinə qarşı ağır hərbi texnikadan istifadə edərək, görünməmiş qəddarlıqla repressiyalar həyata keçirmişdir.

Akademik Rafael Hüseynov təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət nəticəsində 613 dinc azərbaycanlının milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildiyini, onlardan 63-nün uşaq, 106-nın qadın, 70-nin yaşlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, faciə nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə onlardan birini itirib. 

Uzun illərdir Azərbaycan dövlətinin Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş apardığını deyən məruzəçi bildirib ki, bütün dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib və 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. O, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə hər zaman mühüm yer tutduğunu vurğulayıb, artıq dünyanın 18 parlamentinin Xocalı faciəsini soyqırımı hadisəsi kimi tanıdığını söyləyib.

Akademik Rafael Hüseynov, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti yüksək qiymətə layiqdir.

O, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, güclü ordumuzun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərqərar olduğunu, 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində isə ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğunu bildirib. Məruzəçi Xocalının, Qarabağın və Şərqi Zəngəzurun əsl sahiblərinə qaytarıldığını, şəhidlərin qanının yerdə qalmadığını deyib. Direktor hazırda Xocalıda yeni həyatın başlandığını, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla həyata keçirildiyini qeyd edib.

25 fevral 2025-ci il tarixində ölkə Prezidenti İlham Əliyev tərəfindən "Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" Sərəncamın imzalandığını vurğulayan akademik Rafael Hüseynov Bakıda soyqırımlarımızın tarixini əks etdirən muzeyin yaradılmasının da zəruri olduğunu bildirib. O, soyqırımı muzeylərinin Azərbaycan xalqının gələcək nəsilləri üçün qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşməsinə xidmət edən mükəmməl tarixi abidə oduğunu söyləyib.

Tədbir muzey əməkdaşlarının çıxışları ilə davam edib.

Muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva “Xocalı faciəsinin ədəbiyyat və mədəniyyətdə əksi” mövzusunda çıxış edərək bildirib ki, bədii ədəbiyyatda Xocalı soyqırımına çoxlu sayda ədəbi əsərlər həsr olunub. Polad İlyasın “Xocalı fəryadı”, Elxan Elatlının “Cəhənnəmdən gələn səslər”, Nəsiman Yaqublunun “Xocalı qırğını” və digər əsərlərin adlarını sadalayan məruzəçi faciənin unudulmaması və dünyaya çatdırılmasında mətbuat, televiziya və radio əməkdaşlarının  fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, “Qan ağlayan rəsmlər” adı altında sərgilənən rəsmlər, Azərbaycanda, eləcə də qardaş Türkiyənin Ankara və Uşak şəhərlərində, Meksikanın paytaxtı Mekixoda, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yerləşən Xocalı abidələri də faciənin ağrı və acılarını dünya ictimaiyyətinə çatdırmağa kömək olub.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filiallarından biri olan Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev isə “Qan yaddaşımızdakı faciələr” adlı məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, XX əsrdə ermənilər və onların havadarları Azərbaycanın bir çox yaşayış məskənlərində xalqımıza qarşı soyqırımlar törədib. Tarixin xronoloji həqiqətlərinə əsaslanan Rəhman Baxşəliyev 1828-ci ildən 1992-ci ilədək Azərbaycan ərazisində törədilən faciələri, qan yaddaşımızı xatırladıb, həmçinin Xocalı soyqırımı qurbanlarını, şaxtalı qış günündən unudulmaz anları yada salıb. O, atalarımızın “Qisas qiyamətə qalmaz” məsəlini səsləndirərək qan yaddaşımız olan bütün faciələrimizin, şəhidlərimizin qisasının alındığını, milli birliyimizin və suverenliyimizin bərpa olunduğunu söyləyib.

Sonda  muzeyin Mədəni irs və mənbəşünaslıq şöbəsinin laborantı Zenfira Əliyeva “Xocalı faciəsi Azərbaycan bəstəkarlarının əsərlərində” mövzusunda məruzəsini təqdim edərək, xalqımızın başına gətirilən bu dəhşətli faciənin bəstəkarlarımızı bərk sarsıtdığından söz açıb. Zenfira Əliyeva bu ötən illər ərzində Xocalı faciəsi ilə bağlı  Azərbaycan mədəniyyət və incəsənətində kifayət qədər əsər yarandığını, bəstəkarların yaradıcılığında bu mövzunun xüsusi yer tutduğunu deyib. Qeyd edib ki, bəstəkarlarımızın müraciət etdiyi janr müxtəlif olsa da həmin əsərlərin mahiyyəti və düşüncəsi bir olub. Günümüzə kimi bu əsərlər şanlı tariximizdən dərs almağı, Vətəni sevməyi təbliğ edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri