Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

525ci qəzet Azərbaycanın ekoturizm imkanları

525ci qəzet Azərbaycanın ekoturizm imkanları

Icma.az bildirir, 525.az portalına istinadən.

Sabir ETİBARLI

XX əsrin 80-ci illərində ekoloji problemləri həll etməyi məqsəd seçən iki böyük hərəkat başlandı: ətraf-mühit üçün ədalət və ekoturizm hərəkatları. Hər iki hərəkatın yaranmasında fərqli tarixi-coğrafi və sosial-mədəni faktorlar rol oynasa da, onların bir çox məqsəd və hədəfləri ortaq idi. Məsələn, ətraf mühitin qorunması, resurslardan dayanıqlı formada istifadə, gələcək nəsillərə daha yaşanılası bir dünya miras qoymaq, insanları ekoloji məsələlərdə maarifləndirmək və s. Vaxt keçdikcə bu ideyalar bütün ölkələr tərəfindən qəbul olundu. Son 10 ildən bir az artıq zaman aralığında müşahidə olunur ki, Azərbaycanda ekologiyaya daha çox qayğı göstərilir, mövcud problemlərin dərindən araşdırılması və onların həlli yolunda təsirli addımlar atılır. Azərbaycan Respublikasında 2010-cu ilin "Ekologiya ili", 2011-ci ilin "Turizm ili", 2024-cü ilin isə "Yaşıl dünya naminə həmrəylik ili" kimi elan edilməsi, habelə COP29-un ölkəmizdə keçirilməsi təsadüfi hal deyildir. Ekologiyaya qayğı və ekoturizm proseslərini doğru formada anlamaq üçün ekoturizmin nə olduğunu düzgün formada anlamaq lazımdır.

Ekoturizm kütləvi turizmin zərərlərini maksimal dərəcədə azaltmağı hədəfləyən, ekoloji maarifçiliyə yönələn, insanları təbiətə qayğı göstərməyə çağıran turizm formasıdır. Ekoturizmin bir neçə əsas məqsədi var. Ətraf mühitdə baş verən hadisələr haqqında fərqindəliyin artırılması, yerli mədəniyyətin qorunması, kiçik etnik, dini, mədəni icmalara dəstək verilməsi və s. bunlardan bir neçəsidir. Bu məqsədlərə çatmaq üçün ekoturizm bir neçə formada özünü göstərir. Tənzimlənən təbiət turizmi, elmi (müşahidə-tədqiqat) turizmi, macəra turizmi, mədəniyyət turizmi, aqroturizm ekoturizmin başlıca növləridir.

Ekoloji baxımdan tənzimlənən təbiət turizmi ənənəvi turizmə nəzərən kəmiyyət baxımından olduqca məhduddur. Burada turistlər mümkün qədər kiçik qrup şəklində hərəkət edirlər. Məqsəd ətraf-mühitə ən az formada təsir göstərməkdir. Cığırlardan çıxaraq yeni cığır açmaq (bitki örtüyünü zədələmək), ətrafı zibilləmək, budaqları qırmaq, yarpaq və ya çiçək qoparmaq, səs-küy salmaq və bunlara bənzər hərəkətlər qəti qadağandır. Turistlər ziyarət etdikləri yerdən evlərinə sadəcə çəkdikləri şəkilləri apara bilərlər. Elmi (müşahidə-tədqiqat) turizmi isə müəyyən bir ərazinin təbiətini, mədəniyyətini, tarixi irsini və ya digər xüsusiyyətlərini müşahidə etmək, həmçinin tədqiqat aparmaq məqsədilə təşkil olunan turizm növüdür. Bu turizm növü əsasən alimlər, tədqiqatçılar, tələbələr və xüsusi maraq sahəsinə malik şəxslər üçün maraqlı olur. Bu turizm növü üçün ən uyğun yerlər, sözsüz ki, milli parklar hesab olunur. Məsələn, Şirvan Milli Parkında ceyranlar, Qızılağac Milli Parkında köçəri quşlar, Hirkan Milli Parkında zolaqlı kaftar, Qafqaz bəbiri kimi növlər müşahidə oluna bilər. Bunlarla yanaşı, Qobustan qayaüstü rəsmləri, Şamaxı Astrofizika Rəsədxanası, xanlıq dövründən qalma saraylar, Atəşgah məbədi, palçıq vulkanları və s. bu turizm növü üçün olduqca cəzbedici obyektlər sırasında yer alırlar.

Macəra turizmi elə bir turizm növüdür ki, burada təbiət və idman fəaliyyətləri birləşir. Çətin şərtlər altında fiziki-psixoloji dözümlülüyün yoxlanıldığı bu turizm növünə əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da maraq getdikcə artır. Çətinliyi baxımında bu turizm növünə daha çox gənclər maraq göstərir. Dağ yolları, uçurumlar, dərin mağaralar, sürətli çaylar, sıx meşəlik ərazilər macəra turizmi üçün olduqca əlverişli yerlər hesab olunur. Macəra turizminin fəaliyyət növləri hesab olunan dağçılıq, alpinizm, ektremal gəzinti, çay raftinqi, dağ velosipedçiliyi, at sürmə kimi fəaliyyətlər üçün ölkəmizdə geniş imkanlar mövcuddur. Belə ki, dağçılıq və alpinizm üçün Azərbaycanın dağlıq bölgələri, xüsusilə Qafqaz sıra dağları (Bazardüzü. Şahdağ, Qızılqaya və s.) unikal məkanlardır. Ekstremal gəzintilər üçün Gədəbəy, Quba və Qax kimi bölgələrdə yerləşən dağlıq marşrutlar təşkil etmək mümkündür. Laza kəndindən Tufandağa yürüş, Quba-Xınalıq yolu, İlisu ətrafındakı çətin keçilən cığırlar tövsiyə olunan marşrutlar arasındadır. Çay raftinqi üçün isə Kür, Qanıx (Alazan) və Türyançay kimi çaylar uyğundur.

Mədəni turizm insanların müxtəlif xalqların mədəniyyətini, adət-ənənələrini, tarixini və incəsənətini öyrənmək məqsədilə səfər etdiyi bir turizm növüdür. Mədəni turizm əksər hallarda muzeylər, sərgilər, tarixi məkanlar, arxeoloji qazıntılar, teatr və musiqi tədbirləri kimi mədəniyyətin nümayiş olunduğu yerlərə səfərlərdən ibarətdir. Mədəniyyət turizmi (mədəni turizm) turistlərə yerli mədəniyyətlə tanış olmaq imkanı verməklə yanaşı, onlardan mədəni irsə hörmətlə yanaşmağı tələb edir. Praktika göstərir ki, mədəniyyət turizminin inkişaf etdiyi ölkələrdə və ya rayonlarda mədəni irsi gələcək nəsillərə ötürmək cəhdləri daha çox olur.

Tarixi abidələr mədəniyyət turizmində çox mühüm yer tutur. Tarixi abidələr arasında qədim şəhərlər və ya onların qalıqları, qalalar, məscidlər, kilsələr, monastırlar, məzarlar və digər tarixi obyektlər yer alır. Muzeylərdə və sərgilərdə toplanmış tarixi, sənət, arxeologiya və etnoqrafiya mövzularını əhatə edən kolleksiyalar da yerli və xarici qonaqların diqqətini cəlb edir. Yerli mədəniyyəti nümayiş etdirən festivallar, musiqi və rəqs tədbirləri xalqın, dövlətin tanıdılmasında önəmli rol oynayır. Qədim sənət növləri, ənənəvi musiqi, rəqs və əl işləri aid olduğu xalqın özünəməxsus elementləridir. Bakı, Qəbələ, İsmayıllı, Şəki, Quba, Gəncə, Lənkəran kimi şəhərlər Azərbaycanın mədəniyyət mərkəzləri hesab olunur. Bu şəhərlərdə İçərişəhər, Qəbələ Muzeyi, Lahıc sənətkarlıq yeri, Şəki Xan Sarayı, Quba Xalça Muzeyi, Nizami movzeleyi kimi əhəmiyyətli mədəniyyət obyektləri mövcuddur. Yuxarıdakılara əlavə olaraq, Quba məscidi, Cavad Xan Sarayı, Gəncə Tarix və Mədəniyyət Muzeyi, Qəbələ Tarix və Mədəniyyət Parkı, Şəmkir Qalası və Atəşgah kimi obyektlər də diqqətəlayiq və əhəmiyyətlidir. Bu obyektlər Azərbaycan mədəni irsinin zənginliyini və müxtəlifliyini nümayiş etdirən mühüm məkanlardır.

Aqroturizm ekoturizmin əsas qollarından biri kimi qəbul olunur. Aqroturizm kənd təsərrüfatı və kənd həyatını təcrübə etmək, kənddə yaşayan insanların ənənəvi həyat tərzini və əməyini öyrənmək məqsədilə həyata keçirilən turizm növüdür. Aqroturizm, həmçinin kənd təsərrüfatı fəaliyyətlərini dəstəkləyir və turizm vasitəsilə yerli əhalinin maddi rifahını artırmağa kömək edir. Aqroturizm daha çox kənd təsərrüfatı və kənd həyatının praktiki təcrübəsini yerli və xarici turistlərə təqdim etməyə yönəlir. Aqroturizm fəaliyyətlərinə meyvə yığımı, bitkilərin sulanması, dərmanlanması, taxıl əkilməsi, şərab hazırlanması kimi olduqca fərqli fəaliyyətlər aid ola bilər. Azərbaycanın təbii və mədəni müxtəlifliyi aqroturizm üçün geniş imkanlar yaradır. Şəkidə ipəkçilik və bal, Zaqatalada fındıq və qızılgül, Lənkəranda çay və sitrus bağları, Astarada çəltik, Gədəbəydə kartof, Qubada alma təsərrüfatları aqroturizm üçün geniş imkanlar təklif edir.

Azərbaycanın aqroturizm potensialını araşdırdıqda bir neçə rayonun daha böyük potensiala sahib olduğunu görürük. Bu rayonlar həm təbii gözəllikləri, həm də kənd təsərrüfatı və ənənəvi həyat tərzinin qorunması ilə diqqət çəkir. Məsələn, Qəbələ təbii resursları və müasir infrastrukturu ilə aqroturizm üçün olduqca yararlıdır. Kənd təsərrüfatı, xüsusilə üzümçülük və meyvə bağçılığının inkişafı, bu rayonda aqroturizmin inkişafı üçün böyük bir potensial yaradır. Qəbələ həmçinin turistlərə müxtəlif ekoloji turlar, dağçılıq və kənd həyatı ilə bağlı təcrübələr təqdim edir. Lənkəran rayonu isə subtropik iqlimi ilə məşhurdur. Çay plantasiyaları, sitrus meyvəçiliyi və digər kənd təsərrüfatı sahələri turistlərə yerli məhsulları tanıtmaqla yanaşı, kənd təsərrüfatında təcrübə qazanmaq imkanı verir. Rayonun zəngin təbiəti aqroturizm üçün yararlılığı artırır. Zaqatala da potensialı yüksək rayonlar sırasındadır. Zaqatala təbii sərvətləri və müxtəlif kənd təsərrüfatı məhsulları ilə məşhurdur. Yerli kəndlərdə ənənəvi kənd həyatını təcrübə etmək və yerli məhsulları, xüsusilə bal və qoz-fındıq kimi quru meyvələri dadmaq mümkündür.

Nəticə olaraq demək mümkündür ki, Azərbaycan təbii sərvətləri və mədəni irsi ilə böyük ekoturizm potensialına sahibdir. Bu sahənin inkişafı ekoloji cəhətdən dayanıqlı turizm fəaliyyətlərinin stimullaşdırılmasına, ətraf mühitin qorunmasına yönəlmiş diqqət və qayğının artırılmasına səbəb olacaq. Bununla birlikdə ekoturizmin inkişafı yerli icmaların sosial-iqtisadi rifahına töhfə verə bilər. Gələcəkdə bu sahənin inkişafı ölkənin regional və beynəlxalq turizm bazarındakı mövqeyini gücləndirərək Azərbaycanı ekoturizm üzrə lider ölkələrdən birinə çevirə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri