525ci qəzet Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günü münasibətilə N saylı hərbi hissədə anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, mərasim xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək, Natiq Qasımovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və igidliklərdən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı N.Qasımovun keçdiyi döyüş yolundan və şücaətlərindən bəhs edən film nümayiş etdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 02 Yanvar 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















