525ci qəzet AzərbaycanTacikistan parlamentlərarası əlaqələri inkişaf edir
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dekabrın 7-də Milli Məclisin Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə Tacikistan Ali Məclisi Milli Məclisinin Sosial məsələlər, səhiyyə, elm, təhsil, mədəniyyət, gənclər və qadın siyasəti komitəsinin sədri Məhmədşoh Qulzoda ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a bildiriblər ki, söhbət zamanı Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransının əhəmiyyəti, Azərbaycan ilə Tacikistan arasında iqtisadi, təhsil, səhiyyə, mədəniyyət, parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, iki ölkənin münasibətləri qardaşlıq və dostluq xarakteri daşıyır və Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Tacikistan tərəfindən məmnunluqla qarşılanır.
Tərəflər parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının rolu, qarşılıqlı tələbə mübadiləsi və müxtəlif sahələrdə maraq doğuran məsələlər barədə də müzakirələr aparıblar.
Baxış sayı:132
Bu xəbər 07 Dekabr 2024 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















