Icma.az
close
up
RU
525ci qəzet Bakı Dövlət Universitetində “Heydər Əliyev mühazirələri” layihəsi davam edir

525ci qəzet Bakı Dövlət Universitetində “Heydər Əliyev mühazirələri” layihəsi davam edir

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Dövlət Universitetinin (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Milli Məclisin deputatı Mehriban Vəliyeva olub.

Bu barədə 525.az-a universitetdən məlumat verilib. Tədbirdə çıxış edən rektor Elçin Babayev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə əbədiyyət qazanıb. Vətən qarşısında xilaskarlıq missiyasını yerinə yetirən Ümummilli Lider adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. Onun ideyalarının təbliğ olunması, gənclərə öyrədilməsi bu layihənin əsas məqsədlərindən biridir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs edib. O bildirib ki, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanın beynəlxalq arenada tanınmasında, ölkəmiz haqqında həqiqətlərin yayılmasında gənclər mühüm rol oynayırlar.

Milli Məclisin deputatı Mehriban Vəliyeva Azərbaycanın müstəqilliyinin bərpasından sonra baş verən tarixi hadisələri xatırladıb və Ümummilli Lider Heydər Əliyevin ölkənin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib. M.Vəliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq arenadakı nailiyyətlərini xüsusi vurğulayaraq, COP29 tədbirinə ev sahibliyinin ölkəmiz üçün böyük uğur olduğunu bildirib.

Deputat, həmçinin qeyd edib ki, Azərbaycanın bütün sahələrdə olduğu kimi, təhsil sferasında da inkişaf prosesi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlayan Ümummilli Liderin həyata keçirdiyi ciddi islahatlar bu gün də təhsil sahəsinin əsaslı inkişaf etdirilməsi üçün baza rolunu oynayır. Ulu Öndər Heydər Əliyev müstəqillik illərində də təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb, xalqın intellektual yüksəlişini diqqət mərkəzində saxlayıb.

Sonda tələbələrin təklifləri müzakirə olunub, sualları cavablandırılıb.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri