Icma.az
close
up
RU
525ci qəzet Bakı Malta görüşündən niyə imtina etdi?

525ci qəzet Bakı Malta görüşündən niyə imtina etdi?

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Pərvanə SULTANOVA
[email protected]

Məlum olduğu kimi, ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi təşəbbüsü ilə çıxış edib. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib. Yerli media diplomatik mənbələrə istinadən Bakının imtinasının bəzi detallarına aydınlıq gətirib. Bəlli olub ki, Antoni Blinken belə bir təşəbbüslə çıxış edib və bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib. Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ı yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.

Səbəb isə budur ki, "ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür. Buna görə Azərbaycan ABŞ-ın, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır", - deyə diplomatik mənbə bildirib.

Əslində Bakı öz mövqeyində tam haqlıdır. Çünki ABŞ-nin hazırkı administrasiyası Azərbaycan-Ermənistan sülh prosesində heç vaxt ədalətli və obyektiv olmayıb. ABŞ bu prosesdə vaxtilə ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik etsə də, münaqişə bitdikdən sonra bir neçə dəfə tərəflər arasında görüşün təşəbbüskarı olsa da, bunu sadəcə öz maraqları naminə edib, neytral mövqedə qala bilməyib. Üstəgəl, Bayden administrasiyası tələsik və yarımçıq sülhdə maraqlı olduğunu dəfələrlə nümayiş etdirib. Nümunə üçün elə COP29 günlərində də Vaşinqton tələsik sülh sazişi imzalamağa çağırış edirdi.

Məlumdur ki, Cənubi Qafqazda sülhü, sabitliyi, dinc qonşuluq münasibətlərinin qurulmasını ən çox istəyən Azərbaycandır. Belə olmasaydı, İkinci Qarabağ müharibəsində böyük qələbəsindən sonra sülh təşəbbüsü ilə çıxış etməzdi. İkincisi, Bakı məhz vasitəçilik etmək istəyən tərəflərin ilk növbədə öz maraqlarını reallaşdırmaq istəklərini gördüyü üçün Ermənistana vasitəçi olmadan danışıqlar təklif edib. Bu istiqamətdə bir neçə görüş olub ki, onun də nəticəsi Azərbaycanın mövqeyində nə dərəcədə haqlı olduğunu göstərib. Söhbət dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə fəaliyyətdən gedir.

Digər tərəfdən, məqsəd ATƏT-in Minsk qrupunu yenidən diriltməkdir ki, Bakı bununla bağlı da öz qətiyyətli mövqeyini ortaya qoyub. Dövlət başçısı bu il fevralın 18-də ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti Helqa-Mariya Şmidlə görüşündə ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyinin vurğulayıb. Dövlət başçısı mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul zamanı da Minsk qrupundan bəhs edərək deyib: "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərmişdir".

Minsk qrupu məhz o zamankı status-kvonu bacardıqca saxlamaq, münaqişəni uzatmaqla məşğul olub. Həmsədrlərdən biri Fransanın açıq şəkildə Azərbaycan ərazisində separatizmə dəstəyi bu qrupun illərlə hansı fəaliyyəti göstərdiyini ortaya qoyur.

Yeri gəlmişkən, Azərbaycan Ermənistan tərəfinə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət etməyi təklif edib. Bir müddət əvvəl Baş nazir Nikol Paşinyan "ATƏT-in Minsk qrupunun həmsədrləri 2014-cü ildən sonra bir-biri ilə konflikt vəziyyətdədir. Minsk qrupu Ermənistandan çuval kimi istifadə edir", - fikirləri bu təsisatın lazımsızlığına işarə etsə də, hələ ki, bu istiqamətdə real addım atmayıb.

Eyni zamanda Azərbaycanın əsas tələblərindən biri Ermənistanın öz Konstitusiyasında dəyişiklik etməsidir ki, həmin sənəddə və bir sıra digər hüququ aktlarda Azərbaycana qarşı ərazi iddiaları qalır. Bu da əlbəttə ki, sülh sazişinə əsas manelərdən biridir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışında bildirib ki, Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir. Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik.

Nazirlər Şurasının son iclasından bəri Azərbaycan və Ermənistan birbaşa ikitərəfli dialoq vasitəsilə sərhədlərinin bir hissəsinin delimitasiyasını və demarkasiyasını başa çatdırıblar. Müvafiq sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında bu yaxınlarda qüvvəyə minmiş Əsasnamə delimitasiya işinin növbəti mərhələlərinin həyata keçirilməsini təmin edəcək. Digər bir istiqamət üzrə isə ikitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub. Bu nailiyyətlər birbaşa ikitərəfli danışıqların Azərbaycanın ardıcıl olaraq mübarizə apardığı normallaşma prosesində irəliləməyin ən yaxşı və yeganə əlverişli yolu olduğunu əyani şəkildə göstərir.

C.Bayramov iclasda bir daha vurğulayıb ki, əldə olunan tərəqqiyə baxmayaraq, normallaşma istiqamətində həll olunmamış problemlər də qalmaqdadır. Onun yekunlaşdırılması Ermənistanın hələ də konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilmiş ərazi iddialarını aradan qaldırmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə bağlı bəyan etdiyi öhdəliyini əməli surətdə həyata keçirməsindən asılıdır. XİN rəhbəri ikinci əsas məqama Minsk qrupunun ləğvinə diqqət çəkib. Nazir deyib ki, bu addım qurumun effektiv fəaliyyətini təmin edəcək.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "525"ə deyib ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün baş tutmaması Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasətlə bağlıdır.

Onun sözlərinə görə, bu görüş Azərbaycanın siyasi maraqlarına tamamilə zidd idi: "Belə ki, 30 ilə yaxın öz varlığını sürdürən və Ermənistan-Azərbaycan münaqişəsini danışıqlar yolu ilə həll etməyi, vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu bu müddət ərzində sadəcə formal olaraq mövcud oldu. Bu qrupun Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir işə yaramayacağını görən Azərbaycan öz məsələsini özü həll etdi. Bu gün sülh məsələsinin yenidən ATƏT səviyyəsində həllini gözləmək gülünc görsənir. Ona görə də Azərbaycan bu görüşdən qəti şəkildə imtina etdi".

Komitə sədri əlavə edib ki, Bayden Administrasiyası Azərbaycanla bağlı həyata keçirdiyi qərəzli siyasət və Ermənistana verdiyi dəstəklə yadda qaldı: "Azərbaycan üçüncü tərəfi prosesə daxil etməməklə balanslı siyasət həyata keçirdiyini göstərir. Bunu da Malta görüşündən imtinanın digər səbəbi kimi dəyərləndirmək olar. Blinkenin israrla ABŞ-ni sülh prosesinə daxil etmək təşəbbüsünün arxasında Cənubi Qafqazda söz sahibi olmaq istəyi durur. Erməni rəsmiləri xarici işlər naziri səviyyəsində isə tam əks bir mövqe sərgiləyirlər və sanki bir hesabat xarakterli çıxışlar edirlər, məqsəd isə guya gələcəkdə ATƏT-lə daha konstruktiv işləyəcəklər.

Ümumilikdə Azərbaycanın Malta görüşündən imtinasını dövlətin xarici siyasətindəki müstəqil mövqeyini qorumağa yönəlmiş bir addım kimi qiymətləndirmək olar".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli "525"ə deyib ki, Azərbaycanın Malta görüşündən imtinasının müəyyən səbəbləri ola bilər: "Hər halda bu səbəblərdən biri düşünürəm ki, sülh müqaviləsinin mətni ilə bağlı hələ də həllini tapmayan bir sıra məsələlərin qalmasıdır. Burda yəqin ki, hər hansı ciddi irəliləyiş yoxdur və tərəflərin mövqeyində irəliləyiş olmadığı üçün də Azərbaycan bu görüşə ehtiyac görməyib. Eyni zamanda, Azərbaycan son aylar dəfələrlə Bayden administrasiyasını post münaqişə problemlərinə ikili yanaşmasına, qərəzli mövqeyinə görə tənqid edib. Ola bilsin ki, imtina etmək səbəblərimizdən biri də Bayden administrasiyasının etibarlı vasitəçi olmamamasından irəli gəlir. Hesab edirəm ki, əsas səbəblərdən biri də budur. Məlum olduğu kimi, Birləşmiş Ştatlarda hakimiyyət keçid dövrünü yaşayır, ola bilsin ki, Azərbaycana da yanvarda formalaşdırılacaq ABŞ-nin yeni hökumətlə işləmək daha maraqlıdır və hər halda biz gözləyəcəyik ki, Tramp administrasiyası Azərbaycan Ermənistan məsələsində hansı gündəliklə çıxış edəcək. Düşünürəm ki, bu səbəblər ola bilsin ki, Azərbaycan tərəfinin danışıqlardan imtina etməsini şərtləndirib".

PƏRVANƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri