Icma.az
close
up
RU
525ci qəzet Bakıda Aralın xilası ilə bağlı Qazaxıstanın səyləri müzakirə olunub

525ci qəzet Bakıda Aralın xilası ilə bağlı Qazaxıstanın səyləri müzakirə olunub

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanın Azərbaycandakı səfirliyi və Beynəlxalq Aralın Xilası Fondunun (BAXF) İcraiyyə Komitəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində “Mərkəzi Asiya iqlim təsirlərini nəzərə alaraq Aral Dənizi hövzəsində transsərhəd su resurslarının idarə edilməsinin səmərəliliyinin artırılması yolunda” mövzusunda tədbir təşkil edib.

525.az-a Qazaxıstan səfirliyindən verilən məlumata görə, BAXF-nin təsisçi dövlətləri ilə beynəlxalq inkişaf tərəfdaşları arasında əməkdaşlığın gücləndirilməsinə və genişləndirilməsinə yönəlmiş sayd-iventin həmtəşkilatçıları qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Yaşıl Mərkəzi Asiya” Regional Proqramı və Beynəlxalq Su Qiymətləndirmə Mərkəzi çıxış edib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel öz çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin COP29-dakı iştirakı və keçirilən danışıqlar barədə söz açıb. Aral Dənizinin xilas edilməsi istiqamətində Qazaxıstan tərəfindən görülən tədbirlərə toxunan A.Bayel ölkəsinin son illərdə Şimali Aral Dənizinin xilası ilə bağlı böyük irəliləyiş əldə etdiyini vurğulayıb, bu hövzənin su ehtiyatlarının əhəmiyyətli dərəcədə bərpa olunduğunu bildirib. Diplomat, həmçinin qeyd edib ki, bu il Beynəlxalq Aralın Xilası Fondunda sədrlik Qazaxıstana keçib.

Tədbir çərçivəsində iştirakçılar Mərkəzi Asiya su sektoru üçün iqlim risklərini, eləcə də birgə tədbirlərin həyata keçirilməsini müzakirə ediblər. İştirakçılar Aral Dənizi hövzəsində iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri və iqlimin su resurslarına mənfi təsirinin azaldılması ilə bağlı qiymətləndirmələrini bölüşübülər.

Panel sessiyalar zamanı, həmçinin Mərkəzi Asiya ölkələri və beynəlxalq tərəfdaşlar arasında Aral Dənizi hövzəsində layihələrin və proqramların həyata keçirilməsi üzrə praktiki əməkdaşlığın və fəaliyyətlərin koordinasiyasının yaxşılaşdırılması yolları müzakirə olunub.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Noyabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri