Icma.az
close
up
RU
525ci qəzet Bakıda Qətər Dövlətinin Milli Günü qeyd olunub

525ci qəzet Bakıda Qətər Dövlətinin Milli Günü qeyd olunub

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qətər Dövlətinin Milli Günü münasibətilə Bakıda rəsmi qəbul keçirilib.

525.az xəbər verir ki, tədbirdə dövlət və hökümət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Qətər Dövlətinin Azərbaycandakı səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri çıxış edib.

Səfir deyib: “18 dekabr 1878-ci il tarixinə təsadüf edən Qətər Dövlətinin Milli Gününün qeyd edilməsi münasibətilə düzənlənən bu qəbulda hamınızı  salamlamaq məni sevindirir və fərəhləndirir. Nəsildən-nəsilə davam edən nailiyyətlər fonunda biz bu gün Qətər Dövlətinin əlahəzrət Əmiri Şeyx Təmim bin Həməd Al Taninin müdrik rəhbərliyi altında rifah, çiçəklənmə və davamlı inkişafı hədəfləyən “Qətər 2030” Milli İdeyasına uyğun olaraq çalışır, bütün qardaş və dost ölkələrlə, o cümlədən, əlahəzrət Prezident İlham Əliyevin rəhbərliyi ilə qədim tarixi və zəngin mədəniyyəti olan Azərbaycan Respublikası ilə əlaqələri inkişaf etdiririk”.

Diplomat bildirib ki, xalqlarımızın və vətənlərimizin mənafeyinə xidmət edən bu ideyanın həyata keçirilməsi uğrunda əzmlə çalışırıq: “Belə ki, Qətər Dövləti və Azərbaycan Respublikası arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi və mədəni səviyyələrdə məsul şəxslərin və iş adamlarının müxtəlif səviyyələrdə qarşılıqlı səfərləri əməkdaşlıq tellərini möhkəmləndirməyə xidmət edir.

Həmçinin COP 29 iqlim konfransına yüksək səviyyədə ev sahibliyi zamanı bütün dünyanın mənafeyinə xidmət edən bir şəkildə konfransı idarə etməsində parlaq  müvəffəqiyyət əldə edən Azərbaycan Respublikasına səmimi  təbriklərimi bildirirəm”.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan hökuməti adından təbriklərini çatdırıb. Nazir deyib ki, təsis edildiyi gündən Qətər Dövləti böyük inkişaf yolu keçib. Bu gün də ölkə dinamik və inamlı  inkişafdadır. Qətər beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Bütün bunlar Qətər Dövlətinin istər qlobal, istərsə də regional nüfuzunun artmasına xidmət edir. Ölkənin qazandığı nailiyyətlər və uğurlar sevinclə qarşılanır.

Azərbaycanla Qətər Dövləti arasında əlaqələrdən söz açan nazir deyib ki, cari ilin 14 sentyabr tarixində dost və qardaş ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi tamam oldu: “Fürsətdən istifadə edib cənab səfiri təbrik edir, Azərbaycanda yeni başladığı diplomatik fəaliyyətində uğurlar arzu edirəm. İnanırıq ki, Qətər-Azərbaycan əlaqələri bütün sahələrdə daha da genişlənib, möhkəmlənəcək”.

M.Babayev əlavə edib ki, ötən 30 il ərzində dövlətlərimiz arasında dostluq və qarşılıqlı hörmət, qardaş ölkə və xalqların maraqları əsasında inkişaf edib: “Bu dövr ərzində iki ölkə liderlərinin səfər mübadilələri ikitərəfli əlaqələrin artmasına və məzmunca daha da zənginləşməsinə şərait yaradıb. Nəticə etibarilə siyasi, iqtisadi, investisiya, biznes, parlament sahələrində səmərəli əməkdaşlıq mexanuzmləri qurulub, müvafiq hüquq-müqavilə bazası yaradılıb. Dövlət və hökumət, eləcə də parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri başlayıb. 2021-ci ildən etibarən Azərbaycan və Qətər  vətəndaşları vizasız rejimdən istifadə edirlər. İki paytaxt arasında hər həftə 12 birbaşa uçuş həyata keçirilir. Hər iki ölkədə müxtəlif məzmunlu mədəniyyət tədbirləri təşkil olunur. Bu mühüm amillər, həmçinin qardaş xalqlarımız arasında bağlılığın möhkəmləndirilməsinə töhfə verir”.

Nazir ətraf mühütin mühafizəsi sahəsində əməkdaşlığın inkişafı və daha da möhkəmlənməsinin vacibliyi xüsusi olaraq vurğulayıb. Bildirib ki, Azərbaycan ətraf mühitin qorunması və iqlim dəyişikliyinin təsirlərinin azaldılması məsələlərinə böyük önəm verir və bu istiqamətdə davamlı və əhatəli tədbirlər həyata keçirir.

“Azərbaycanla Qətər arasında 2017-ci ildə "Vəhşi təbiətin qorunması üzrə Anlaşma Memorandumu” imzalanıb və bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu addımlar ölkələrimiz arasında uğurlu əməkdaşlığın nümunəsidir”, - söyləyən M.Babayev uğurla təşkil edilən “Expo 2024 Doha” Beynəlxalq Bağçılıq sərgisinə görə Qətər hökumətini səmimi qəlbdən təbrik edib.

Onun sözlərinə görə, Azərbaycan bu tədbirdə fəal iştirak edərək milli pavilyonu ilə çıxış edib: “Yaşıl dünya naminə həmrəylik şüarı altında Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə nümunəvi liderlik nümayiş etdirərək bütün dövlətləri ədalətli, inklüziv və dayanıqlı bir dünya naminə birliyə və həmrəyliyə çağırıb. COP29 konfransı böyük uğurla yekunlaşdı. Bu prosesdə Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların ədalətli və qərəzsiz şəkildə aparılması üçün bütün lazımi şəraiti yaratmışdı. Nəticədə Azərbaycan iqlim danışıqlarında tarixi əhəmiyyət daşıyan nəticələri əldə olunmasına müvəffəq oldu”.

M.Babayev iki ölkənin beynəlxalq təşkilatlarda faydalı əməkdaşlığının davam etdiyini söyləyib. Əlavə edib ki, Qətər hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ardıcıl dəstəyini nümayiş etdirib ki, bu da Azərbaycan tərəfindən yüksək qiymətləndirilir: “Eyni zamanda, qətərli iş adamları, investorlar və biznes dairələri Qarabağa sərmayə yatırmağa dəvət edilir. Əminəm ki, birgə səylər nəticəsində Azərbaycan Qətər əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişafının şahidi olacağıq. Bu əlamətdar gündə bir daha təbriklərimizi ifadə edir, qardaş Qətər xalqına davamlı əmin-amanlıq, sabitlik, tərəqqi və rifah arzu edirik”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri