Icma.az
close
up
RU
525ci qəzet Bakıda “Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə mövzusunda panel müzakirələr keçirilib

525ci qəzet Bakıda “Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə mövzusunda panel müzakirələr keçirilib

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

COP29 çərçivəsində “Mavi zona”da “Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə: Aqro-ərzaq sistemlərini gücləndirmək üçün regional təşəbbüslər” mövzusunda panel müzakirələr keçirilib.

525.az-ın məlumatına görə, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, indiyədək iqlim dəyişikliyi və mübarizə tədbirləri ilə bağlı irəli sürülən müxtəlif təşəbbüslərdən bəziləri regional maraq və siyasətlərə uyğunlaşdırılıb. İqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı koordinasiyalı fəaliyyət üçün hökumətlərarası mexanizmlərin yaradılması və gücləndirilməsi istiqamətində addımlar atılmalıdır. Biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığının bütün dünyada olduğu kimi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin aqro-ərzaq sistemlərinə mənfi təsir etdiyini deyən nazir bildirib ki, bu tədbir çərçivəsində iqlimə davamlı kəndlər üzrə forumun yaradılması elan ediləcək. Bu təşəbbüs ölkələrimizin kənd yerlərinin inkişafı siyasətinə müsbət təsir göstərəcək və kənd əhalisinin rifahını asanlaşdıracaq.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyük yenidənqurma və bərpa işlərinin aparıldığını xatırladan nazir bu ərazilərdə kənd yerlərinin inkişafı üçün ağıllı şəhər və ağıllı kənd konsepsiyasından istifadə edildiyini qeyd edib və bütün tərəfdaş dövlətlərin müəssisələrini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmağa çağırıb.

TDT Baş katibinin müavini Sədi Cəfərov təşkilata üzv ölkələrin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat-logistika infrastrukturu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. TDT rəsmisi kənd təsərrüfatının iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini, iqlim dəyişikliyinin təsirlərinin azaldılması, qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu qeyd edib.

Qırğızıstanın Su təsərrüfatı, kənd təsərrüfatı və emal sənayesi nazirinin müavini Mirbek Duyşeyev ölkəsinin quraqlıqdan əziyyət çəkdiyini, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə mənfi təsirlərinin artığını qeyd edib. O, iqlim fəaliyyətinin daha da gücləndirilməsini nəzərdə tutan təşəbbüsləri dəstəklədiklərini və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Tədbir çərçivəsində “İqlimə Davamlı Kəndlər Forumunun yaradılması barədə” birgə bəyanat imzalanıb. Sənəd kənd yerlərinin inkişafı, ağıllı kənd təşəbbüsləri, davamlı və iqlimə davamlı kənd layihələri ilə bağlı ən yaxşı təcrübələri bölüşülməsi, iqlim uyğunlaşması, regionların üzləşdiyi çətinliklərin qiymətləndirilməsi və əkinçilik icmalarının iqlimə daha davamlı olması üçün imkanların gücləndirilməsi ilə bağlı mütəmadi təcrübə mübadiləsinin aparılmasını, iqlim-ağıllı kənd təsərrüfatı, davamlı torpaq idarəçiliyi, suyun mühafizəsi, bərpa olunan enerjinin qəbulu, fəlakət riskinin azaldılması ilə bağlı strategiyaların hazırlanmasını nəzərdə tutur.

Panel müzakirədə çıxış edən yerli və xarici mütəxəssislər iqlimə davamlı aqro-ərzaq sistemlərinin qurulması, aqro-ərzaq sisteminin transformasiyası, qlobal iqlim fəaliyyəti barədə öz fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, iqlim dəyişikliyi ilə bağlı mübarizə tədbirləri barədə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri