Icma.az
close
up
RU
“Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə mövzusunda panel müzakirələr

“Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə mövzusunda panel müzakirələr

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

COP29 çərçivəsində “Mavi zona”da “Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə: Aqro-ərzaq sistemlərini gücləndirmək üçün regional təşəbbüslər” mövzusunda panel müzakirələr keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, indiyədək iqlim dəyişikliyi və mübarizə tədbirləri ilə bağlı irəli sürülən müxtəlif təşəbbüslərdən bəziləri regional maraq və siyasətlərə uyğunlaşdırılıb. İqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı koordinasiyalı fəaliyyət üçün hökumətlərarası mexanizmlərin yaradılması və gücləndirilməsi istiqamətində addımlar atılmalıdır. Biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığının bütün dünyada olduğu kimi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin aqro-ərzaq sistemlərinə mənfi təsir etdiyini deyən nazir bildirib ki, bu tədbir çərçivəsində iqlimə davamlı kəndlər üzrə forumun yaradılması elan ediləcək. Bu təşəbbüs ölkələrimizin kənd yerlərinin inkişafı siyasətinə müsbət təsir göstərəcək və kənd əhalisinin rifahını asanlaşdıracaq.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyük yenidənqurma və bərpa işlərinin aparıldığını xatırladan nazir bu ərazilərdə kənd yerlərinin inkişafı üçün ağıllı şəhər və ağıllı kənd konsepsiyasından istifadə edildiyini qeyd edib və bütün tərəfdaş dövlətlərin müəssisələrini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmağa çağırıb.

TDT Baş katibinin müavini Sədi Cəfərov təşkilata üzv ölkələrin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat-logistika infrastrukturu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. TDT rəsmisi kənd təsərrüfatının iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini, iqlim dəyişikliyinin təsirlərinin azaldılması, qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu qeyd edib.

Qırğızıstanın Su təsərrüfatı, kənd təsərrüfatı və emal sənayesi nazirinin müavini Mirbek Duyşeyev ölkəsinin quraqlıqdan əziyyət çəkdiyini, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə mənfi təsirlərinin artığını qeyd edib. O, iqlim fəaliyyətinin daha da gücləndirilməsini nəzərdə tutan təşəbbüsləri dəstəklədiklərini və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Tədbir çərçivəsində “İqlimə Davamlı Kəndlər Forumunun yaradılması barədə” birgə bəyanat imzalanıb. Sənəd kənd yerlərinin inkişafı, ağıllı kənd təşəbbüsləri, davamlı və iqlimə davamlı kənd layihələri ilə bağlı ən yaxşı təcrübələri bölüşülməsi, iqlim uyğunlaşması, regionların üzləşdiyi çətinliklərin qiymətləndirilməsi və əkinçilik icmalarının iqlimə daha davamlı olması üçün imkanların gücləndirilməsi ilə bağlı mütəmadi təcrübə mübadiləsinin aparılmasını, iqlim-ağıllı kənd təsərrüfatı, davamlı torpaq idarəçiliyi, suyun mühafizəsi, bərpa olunan enerjinin qəbulu, fəlakət riskinin azaldılması ilə bağlı strategiyaların hazırlanmasını nəzərdə tutur.

Panel müzakirədə çıxış edən yerli və xarici mütəxəssislər iqlimə davamlı aqro-ərzaq sistemlərinin qurulması, aqro-ərzaq sisteminin transformasiyası, qlobal iqlim fəaliyyəti barədə öz fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, iqlim dəyişikliyi ilə bağlı mübarizə tədbirləri barədə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see221

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see210

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see156

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see141

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see137

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri