Icma.az
close
up
RU
525ci qəzet BAMF COP29da növbəti yan tədbirini keçirib

525ci qəzet BAMF COP29da növbəti yan tədbirini keçirib

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Bu gün COP29-da  Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) “Sülhün Kökləri” təşkilatı ilə birlikdə növbəti yan tədbiri təşkil edib.

525.az xəbər verir ki, Sülhün, Torpağın və Ekosistemlərin Minatəmizləmə və Kənd Təsərrüfatı Vasitəsilə Bərpası" mövzusunda baş tutan panel müzakirələrində BMT-nin QHT Bölməsinin rəhbəri Wook-Jin Chang, ANAMA-nın Maarifləndirmə və Zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov, “Sülhün kökləri” təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn, Beynəlxalq Bilik İqtisadiyyatı və Müəssisələrin İnkişafı Təşkilatının (IKED) sədri Tomas Anderson, Forbes"un qida və ətraf mühit üzrə mükafat qazanan məşhur jurnalisti Dafne Ewing-Chow, Keniya Respublikasının UNEP-dəki daimi nümayəndəsi Səfir xanım Gertrude Angote, Bərpa Olunan Enerji üzrə Ərəb Platformasının Prezidenti Kamel Esseghairi, ANAMA yanında İctimai şuranın sədr müavini Emil Həsənov və digər dəyərli qonaqlar yer alıb.

Azərbaycan Milli QHT Forumu Pavilyonunda keçirilən bu yan tədbir mina təhlükəsinin yalnız təhlükəsizlik deyil, həm də dayanıqlı inkişaf və ekoloji tarazlıq üçün ciddi təhdid olmasına vurğu edib. 

İlk olaraq açılış nitqi ilə çıxış edən BAMF prezidenti Umud Mirzəyev minalarla çirklənmiş ərazilərdə təhlükəsizlik problem ilə yanaşı çox ciddi ekoloji təhdidin olmasını vurğulayıb: “Biz burada yalnız torpaqları minalardan təmizləmək haqqında danışmırıq; biz əslində o torpaqların gələcək nəsillərə sülh içində ötürülməsi haqqında danışırıq. Torpağın minalardan azad edilməsi, orada həyatın yenidən canlanması deməkdir – kənd təsərrüfatının inkişafı, əhalinin köçürülməsi, iqtisadi fəaliyyətin bərpası və yeni bir ekosistemin yaradılması deməkdir”.

Çıxışın sonunda Umud Mirzəyev tədbir iştirakçılarına və dəyərli qonaqlara təşəkkürünü bildirib: "Bu yolda bizimlə birgə çalışan və dəstək verən beynəlxalq tərəfdaşlarımıza təşəkkür edirəm. Ümid edirəm ki, bu gün burada müzakirə edəcəyimiz məsələlər və qəbul edəcəyimiz qərarlar gələcək nəsillərə təhlükəsiz, davamlı və bərpa edilmiş bir dünya bəxş etməyə xidmət edəcəkdir”.

Daha sonra BAMF-ın mina problemi və 18-ci DİM təşəbbüsü ilə bağlı hazırladığı video-çarx nümayiş etdirilib. Video təqdimatdan sonra söz alan BMT-nin QHT Bölməsinin rəhbəri Vuk Ji Çanq QHT-lərin sülh quruculuğundakı əvəzsiz rolunu vurğuladı və onların münaqişədən təsirlənmiş icmalarla birgə fəaliyyətinin və sülh quruculuğundakı əhəmiyyətli rolundan danışdı. O qeyd etdi ki, bu gün QHT-lər beynəlxalq dəstəyin yerli icmalara çatdırılmasında əsas vasitədir. 

“Mən regionun çətin münaqişə irsini eşitməkdən kədərlənirəm. Öyrəndim ki, burada hələ də 1,5 milyondan çox mina yerləşdirilib. Bu gün insanlar hələ də partlamamış hərbi sursatlardan və minalardan əziyyət çəkirlər - bu, cəmiyyətin təhlükəsizliyinə, iqtisadi dayanıqlığa və ətraf mühitin bərpasına davamlı təsirin açıq bir xatırlatmasıdır. Təəssüf ki, 2020-ci il noyabrın 10-dan etibarən 382 Azərbaycan vətəndaşı minaların qurbanı olub”, - deyə cənab Çanq bildirib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə və Zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov isə çıxışında mina təmizləmə prosesinin ekosistemlərin və insan həyatının qorunmasında vacibliyindən danışıb: “Minaların və digər növ müharibənin partlayıcı qalıqlarının məhvi ilə humanitar minatəmizləmə əməliyyatları flora və faunanın təhlükəsizliyi təmin edir. Bu gün Azərbaycan 11 min kvadrat kilometrdən çox ərazisi ilə dünyada ən çox minalarla çirklənmiş ölkədir. 2020-ci ilin noyabr ayından etibarən ANAMA və ya digər minatəmizləmə təşkilatları tərəfindən 172 786 hektardan çox ərazi təmizlənib. Təmizlənən ərazilərin əksəriyyəti isə kənd təsərrüfatı, ekoloji zonalar və yaşayış sahələridir”.

ANAMA rəsmisinin çıxışından sonra isə “Sülhün kökləri” təşkilatının təsisçisi Haydi Kun özünün dünya miqyasında tanınan “Minalarda üzüm bağlarına” təşəbbüsünün icmalara təsirindən və genişlənən əhatə dairəsindən söz açıb. O, Azərbaycana səfərlərinin bir daha xatırlatdı ki, minalardan təmizlənmiş ərazilərdə üzüm bağlarının salınması təkcə iqtisadiyyatı canlandırmır, həm də insanların həyatına yeni ümidlər gətirir. 
Çıxışçılar arasında, həmçinin, Mina aksiyası üzrə beynəlxalq ekspert Emil Həsənov, Beynəlxalq Bilik İqtisadiyyatı və Müəssisələrin İnkişafı Təşkilatının (IKED) sədri Tomas Anderson və Bərpa Olunan Enerji üzrə Ərəb Platformasının Prezidenti Kamel Esseghairi yer alıb.

Panel müzakirələrdə minatəmizləmə fəaliyyətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri siyahısına daxil edilməsinin əhəmiyyəti xüsusilə vurğulandı. Tədbirin bağlanış nitqində Umud Mirzəyev mina təmizləmə və kənd təsərrüfatının vasitəsilə ekosistemlərin və sülhün bərpasının yerli icmalar üçün həm iqtisadi, həm də sosial rifahın təminatçısı olduğunu bir daha qeyd edib. Umud Mirzəyev bildirib ki, bu cür tədbirlər post-konflikt ərazilərdə həyatın geriqaytarılması və bunun üçün ən optimal həəllərin təklif olunması üçün bu tip tədbirlərin çox böyük rolu var. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri