Icma.az
close
up
RU
Azərbaycan Məkkə əl Mükərrəmə Konvensiyasını imzalayıb YENİLƏNİB

Azərbaycan Məkkə əl Mükərrəmə Konvensiyasını imzalayıb YENİLƏNİB

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib.

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.  

Qeyd edilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbirdə 46 üzv dövlətlərin və müşahidəçi ölkələrin, eləcə də, 8 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 250-dən çox şəxs iştirak edir. İştirakçılar arasında müstəqil antikorrupsiya qurumlarının rəhbərləri və nazirlər olmaqla 40-dan çox yüksəkvəzifəli şəxs yer alır.

Oktyabrın 28-də baş tutan tədbir çərçivəsində Azərbaycan Respublikası “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığı haqqında Məkkə əl-Mükərrəmə Konvensiyası”nı imzalayıb.

Konvensiya Azərbaycan Respublikası adından Baş prokuror Kamran Əliyev tərəfindən imzalanıb. 

İmzalanma mərasimində İƏT-in Baş katibi İsmail Uld Şeyx Əhməd iştirak edib.

Mərasimdə çıxış edən Baş prokuror korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında beynəlxalq əməkdaşlığın, dövlətlər arasında operativ məlumat mübadiləsinin və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. 

Baş prokuror, həmçinin, tədbir iştirakçılarına müraciət edərək İƏT üzv dövlətlərini Konvensiyaya qoşulmaq, onun imzalanması və ratifikasiyası istiqamətində zəruri tədbirləri həyata keçirməyə, eləcə də bu istiqamətdə fəal mövqe nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, Məkkə əl-Mükərrəmə Konvensiyası İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən səlahiyyətli hüquq-mühafizə orqanları arasında əməkdaşlığın hüquqi əsaslarını müəyyən edən beynəlxalq sənəddir. 

Konvensiyanın əsas məqsədi korrupsiya cinayətlərinin qarşısının alınması və aşkar edilməsi, onların araşdırılması və təqibi sahəsində dövlətlərarası əməkdaşlığın gücləndirilməsi, eləcə də müvafiq qurumların fəaliyyətinin əlaqələndirilməsidir.

Sənəd çərçivəsində korrupsiya cinayətləri ilə bağlı məlumatların və sübutların mübadiləsinin, qarşılıqlı hüquqi yardımın, istintaq tədbirləri üzrə əməkdaşlığın, texniki dəstək və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur. 

Bununla yanaşı, korrupsiya yolu ilə əldə edilmiş aktivlərin müəyyənləşdirilməsi, izlənilməsi, dondurulması, müsadirəsi və mənşə ölkəsinə qaytarılması istiqamətində əməkdaşlığın gücləndirilməsi Konvensiyanın mühüm məqsədlərindəndir.

Konvensiyanın imzalanması Azərbaycanın İƏT çərçivəsində antikorrupsiya əməkdaşlığının inkişafına, beynəlxalq hüquqi əlaqələrin genişləndirilməsinə və korrupsiya cinayətlərinin transsərhəd xarakterindən irəli gələn çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinə verdiyi önəmin növbəti ifadəsidir.

Qeyd edək ki, Azərbaycanla yanaşı tədbir çərçivəsində Tacikistan Respublikası da konvensiyanı imzalayıb.

10:38

Azərbaycan hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığına dair Məkkə konvensiyasına qoşulmağı planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasında bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Oktyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri