Icma.az
close
up
RU
Abdullah Ağar: “Bu sənəd demokratiya deyil, Türkiyəni parçalama planıdır”

Abdullah Ağar: “Bu sənəd demokratiya deyil, Türkiyəni parçalama planıdır”

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Türkiyəli təhlükəsizlik və hərbi ekspert Abdullah Ağar Gununsesi.info-ya açıqlamasında PKK ilə bağlı irəli sürüldüyü iddia olunan tələblər paketini sərt tənqid edib. Ağar bildirib ki, “demokratiya, insan haqları və sülh” adı altında təqdim edilən bu sənəd əslində Türkiyənin dövlətçilik əsaslarını hədəf alan təhlükəli parçalanma planıdır.

Təkcə Qəndil və İmralıda deyil, ABŞ-da, İngiltərədə, Aİ qurumlarında, Ankaradakı bəzi səfirliklərdə və kəşfiyyat bölmələrində də “dəmləndirildiyini” düşündüyüm 99 səhifəlik hesabatda yer alan əsas tələblər bunlardır:

1) Konstitusiyanın 42-ci maddəsi (Təhsil) dəyişdirilsin: kürd dilində təhsil təmin edilsin.

2) 66-cı maddə (Vətəndaşlıq) dəyişdirilsin: vətəndaşlıq anlayışından türklük elementi çıxarılsın.

3) 127-ci maddə (İdarəetmə) dəyişdirilsin: Ankaranın (guya) Şimali Kürdüstan idarəetmələri üzərindəki mərkəzi hakimiyyəti azaldılsın, daha güclü yerli muxtariyyət verilsin.

4) Çoxdilli ictimai xidmətlər göstərilsin.

5) Türkiyənin qərbindən yerləşdirilmiş xüsusi əməliyyat bölmələri, müvəqqəti əməliyyat qrupları və münaqişə dövrünə aid hərbi qüvvələr geri çəkilsin.

6) Silahı yerə qoyanların tam inteqrasiyası təmin edilsin və bütün hüquqları verilsin.

7) Siyasi məhbuslar azad edilsin.

8) Şeyx Səid, Seyid Rza və Səid Nursinin qəbirləri açılsın.

9) (Terrorçu başı) Abdullah Öcalan üçün yaxşılaşdırılmış hüquqi və kommunikasiya şəraiti yaradılsın… (başqa yerdə) fiziki azadlığı təmin edilsin, “Ümid hüququ” prinsipi tətbiq edilsin… (başqa yerdə) prosesin əsas aktoru olduğu üçün iş və yaşayış şəraiti əlverişli hala gətirilsin…

10) İngiltərədə IRA, İspaniyada ETA ilə aparılan proseslərin oxşarı PKK üçün də həyata keçirilsin… PKK-nı yaradan kök problemlər araşdırılsın və həll edilsin.

11) Terrorla Mübarizə Qanunu (TMQ) ləğv edilsin… “İltisak”, “əlaqə” kimi hüquqi əsası olmayan anlayış və yanaşmalardan imtina edilsin…

Qısaca tələblər bunlardır, hörmətli oxucular.

Açığı, çox maraqlanıram: bu prosesi cəmiyyətə “ən kiçik güzəşt yoxdur, heç bir ödün verilməyəcək, heç bir sövdələşmə aparılmır” deyə təqdim edənlər indi ölkəni, dövləti və xalqı parçalamağı hədəfləyən bu məkrli tələblər bataqlığına nə deyəcəklər?

Əvvəldən deyək: bu hesabat “demokratiya, insan haqları, azadlıq, sülh, qardaşlıq” kimi hamımızın inandığı anlayışların istismar edildiyi və onların arxasında ustalıqla gizlədilmiş son dərəcə məkrli bir “Parçalanma” planıdır.

Bu, bir həll sənədi deyil,

Bu, hüquqların genişləndirilməsi mətni deyil,

Bu, “silahlar sussun, analar ağlamasın, qan axmasın” mətni də deyil.

Bu mətn terrorçuların və onların davamçılarının “bacararıqsa yuxuya verərək Türkiyəni parçalayaq” planıdır. Davamında isə silahların artıq taktiki deyil, konvensional şəkildə danışacağı, qat-qat daha çox ananın ağlayacağı, qan sel kimi axacağı bir gələcəyin bünövrəsidir.

Bu mətn tək-tək oxunduqda sadə hüquq tələbi kimi görünən, amma bütöv halda oxunduqda dövləti, cəmiyyəti, vətəni və coğrafiyanı parçalamağı hədəfləyən məkrli bir sürpriz paketidir.

Bunların bu cür tələblər irəli sürə bilməsini başa düşürəm, amma bu cür cəsarəti, bu həyasızlığı, bu laqeydliyi haradan və kimdən aldıqları, arxalarında kimlərin dayandığı, pərdə arxasında nələrin baş verdiyi, niyə və necə kimlərinsə susduğu sual doğurur.
Görünür, bu mətnin arxasında bunlar da var.

İndi isə bu mətnə cavab verməyə başlayaq:

1) Konstitusiyanın 42-ci maddəsi (Təhsil): kürd dilində təhsil

Görünən tərəf: “Ana dildə təhsil insan hüququdur.”

Amma gerçək olan budur ki, bu cür təhsil ayrılıqçı etnik kimlik istehsal edən bir mexanizmdir. Ana dildə təhsil ayrı epistemologiya deməkdir: ayrı kimlik, ayrı mədəniyyət, ayrı məlumat, ayrı bilik, ayrı cəmiyyət və ayrı coğrafiya inşası. Bu, ayrı bir gələcək təsəvvürüdür.

Bu maddə ortaq dildə birlikdə düşünməyi bitirir; vahid proqram, vahid tarix, vahid gələcək və vahid coğrafiya ideyasını parçalayır. Dövləti, cəmiyyəti və gələcəyi çoxmərkəzli, bir-birinə düşmən şüur adacıqlarına bölür.

Bunun bədəli 10–20 il ərzində ortaq vətəndaşlıq yaddaşının çökməsi və təhsil üzərindən səssiz konfederal quruluşun yaradılmasıdır. Bu, “yumşaq bölünmə” maddəsidir.

Türkiyədə kürd dili azaddır, dəstəklənir, qorunur, öyrənilir və yaşadılır. Amma Türkiyədə təhsil dili türkcədir, dövlət dili türkcədir.
Dövlətin dili türkcədir – bu, dövlətin və xalqın ortaq düşüncə zəminidir.

2) 66-cı maddə (Vətəndaşlıq): vətəndaşlıq anlayışından türklük elementinin çıxarılması

Görünən tərəf: “Etnik kimlik diktəsi aradan qalxsın.”

Halbuki Konstitusiyadakı türklük etnik deyil, qurucu siyasi üst kimlikdir. Əhatəlidir və hüquqidir.

Bu maddə kürd və ya başqa bir kimliyi hədəfə almır. Daha açıq desəm: türklər, kürdlük də daxil olmaqla heç bir etnik kimliyi məhv etməyib və bunu siyasətə çevirməyib. Elə isə kürdlük başda olmaqla heç bir etnik yanaşma da türklüyü ləğv etməyə cəhd göstərə bilməz.

Bu maddə Türkiyə Cümhuriyyətinin qurucu onurğa sütunudur.
Əgər bu maddə Konstitusiyadan çıxarılsa, yerinə nə qoyulacağı bilərəkdən qeyri-müəyyən buraxılır. Konstitusiyada qeyri-müəyyənlik onurğanın sınması, daşıyıcı birləşdirici sütunun çökməsi deməkdir. Eyni zamanda bu, xarici müdaxilə və manipulyasiya sahəsidir.

Bunun bədəli Türkiyənin “qurucu xalqı olmayan dövlət” statusuna düşməsidir. Bu isə beynəlxalq hüquqda “parçalanması mümkün dövlət” deməkdir.

Türk dövlətinin qurucu kimliyi müzakirə edilə bilməz. Bu kimliyin aradan qaldırılması məqsədi çoxtərəflilik deyil, dövlətsizlikdir.

Qurucu subyektə toxunan heç bir “həll”, həll deyil.

Suverenlik paylaşıla bilməz.

Suverenlik yerli səviyyəyə ötürülə bilməz.

Suverenlik bölüşdürülə bilməz.

Suverenlik sövdələşmə mövzusu ola bilməz.

Buna cəhd edən, bunun altında qalar.

127-ci maddə (İdarəetmə): Ankaranın Şimali Kürdüstan idarəetmələri üzərində mərkəzi hakimiyyətinin azaldılması

Adı istər muxtariyyət olsun, istər yerindən idarəetmə, istər desentralizasiya, istər kanton, istər regional siyasi səlahiyyət, istər mərkəzi nəzarətin ləğvi, istər Öcalanın Murray Bookchin-dən kopyaladığı “demokratik konfederalizm”, istər federalizm, istərsə də konfederalizm – adı nə olursa-olsun, qəbul edilə bilməz.

Əgər istədikləri xidmət yönümlü yerli güclənmədirsə, maliyyə və siyasi şəffaflığı qəbul etsinlər. Bələdiyyə–terror təşkilatı əlaqəsini kəssinlər. Siyasi sahəyə, xüsusən də İraq–Suriya regional siyasi müstəvisinə keçməsinlər. Səlahiyyət və təşəbbüsü beynəlxalq miqyasda parçalama alətinə çevirməsinlər.

Yerli idarəetmələr xidmət qurumlarıdır, siyasi suverenlik sahəsi deyil.

Ayşən 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Dekabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri