BDU ilə Qırğız Milli Universiteti arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində yerləşən Qırğız Milli Universitetinə işgüzar səfər edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Nümayəndə heyəti son illərdə BDU-nun rəqabətqabiliyyətliliyinin artırılması, elmi fəaliyyətin inkişafı və beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi istiqamətində həyata keçirilmiş islahatlar və əldə edilmiş nailiyyətlər haqqında geniş təqdimatla çıxış edib.
Qırğız Milli Universitetinin elmi işlər üzrə prorektoru Alaybek Şəmsiyev BDU ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün böyük perspektivlər açacağını vurğulayıb, birgə fəaliyyətin gələcəkdə daha yüksək səviyyəyə çatdırılacağına əminliyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















