Icma.az
close
up
RU
525ci qəzet BDUda ABŞın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun təmsilçisi ilə görüş olub

525ci qəzet BDUda ABŞın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun təmsilçisi ilə görüş olub

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Dövlət Universitetində (BDU) Amerika Birləşmiş Ştatlarının Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) təmsilçisi, “Mikro Information Free Zone Establishment” şirkətinin direktoru Mehmet Haseki ilə görüş keçirilib.

BDU-dan 525.az-a bildirilib ki, qonaq “IEEE-nin missiyası bəşəriyyətin rifahı naminə texnoloji innovasiyaları təşviq etməkdir” mövzusunda təqdimatla çıxış edib. Elektronika, elektrik mühəndisliyi, kompüter və şəbəkə avadanlıqları üçün standartlar hazırlayan, dünyada geniş istifadə olunan, müasir dünya elmi-texniki ədəbiyyatının üçdə birini özündə cəmləşdirən, ən böyük elmi məlumat bazalarından biri olan “IEEE Xplore” rəqəmsal kitabxanası təqdim olunub.

IEEE-nin əsas məqsədi elektrotexnika, elektronika, kompüter texnologiyaları və informasiya elmləri sahələrində elmi fəaliyyətin təşkili və inkişafı, onların nəticələrinin cəmiyyətin mənafeyi naminə tətbiqi, habelə mütəxəssislərin peşəkar inkişafı üçün onlara informasiya dəstəyi göstərməkdir. Hazırda 190-dan çox ölkədən 460 mindən çox üzvü olan IEEE dünya üzrə 2000-dən çox illik konfrans və tədbirə sponsorluq edir.

Platforma istifadəçilərə 6 milyondan çox tammətnli sənəddən qiymətli tədqiqat materiallarını, elmi məqalələri, texniki standartları və konfrans materiallarını səmərəli şəkildə axtarıb tapmaq və istifadə imkanı verir. İştirakçılara platformanın qabaqcıl funksiyaları, elmi tədqiqatlarının məhsuldarlığını və faydasını artırmaq üçün IEEE-in imkanlarından maksimum istifadə etmək bacarıqları haqqında məlumat verilib.

Sonda platformadan istifadə imkanları və üzvlük məsələləri müzakirə olunub.

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri