Icma.az
close
up
RU
525ci qəzet Böyük alim Turxan Gənceyinin nəsil şəcərəsi haqqında qeydlər

525ci qəzet Böyük alim Turxan Gənceyinin nəsil şəcərəsi haqqında qeydlər

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Musa QULİYEV (RƏHİMOĞLU)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
[email protected]

Azərbaycan şairi, jurnalist Əliqulu Ələkbər oğlu Nəcəfovun (Qəmküsar) qızı Qəmər Salamzadə 1990-cı ildə nəşr olunan "Kiçik pəncərədən görünən dünya" kitabında yazır: "1992-ci ildə Ağa Zeynal yenə də, Tiflisdə bizim evin qonağı idi. Bu dəfə o, uzun zaman Qafqazı tərk etməyə hazırlaşırdı. Ancaq bir arzusu var idi ki, Təbrizə tək getməsin. Burada evlənsin. Deyirdi ki, əslinə baxsan, ürəyimi burada qoyub gedirəm. Sizdən, vətəndən ayrılmaq mənə çox çətin gəlir.

Təsadüf elə gətirdi ki, Ağa Zeynal bizdə olan günlərdə rəfiqəm Göhər, babası Əşrəf ağa ilə Tiflisə gəlmiş və birinci növbədə məni görmək üçün bizim evə gəlmişdilər. Göhər Ağa Zeynalın çox xoşuna gəldi və onlar evlənməyi qərara aldılar. Əşrəf ağanın razılığı alındı. Toy etmək üçün onlar Naxçıvana yola düşdülər. Bu hadisə əmimi (Rzaqulu Nəcəfovu - müəllif) bir qədər sevindirdi. Onlar toydan sonra Təbrizə getdilər. Əmim deyərdi: "Görərsiz... Göhər Ağa Zeynalı Arazın bu tayına çəkib gətirəcək. Lakin belə olmadı. Mən bir daha nə Ağa Zeynalı, nə də rəfiqəm Göhəri gördüm. Bu gözəl və səmimi adamın ancaq xatirəsi olaraq atam Qəmküsar, əmim Rzaqulu, Əbdürrəhim bəy Haqverdiyev və Salman Mümtazla birlikdə çəkdirdikləri şəkli qalmışdır. İllər ötmüş, bu şəkildəki simaların hamısı həyatı tərk etmişdir".

Daha sonra Qəmər xanım yazır: "İndi 1985-ci ilin payızıdır. Elimizin, obamızın iftixarı olan bəstəkarımızın - Üzeyirimizin yüz illiyini xalqımız bayram edir. Turxan Zeynal oğlu Gəncəlinin də bu əziz bayramda iştirak etdiyini eşidirəm..."

Qəmər xanım Turxan Gənceyinin yubileydə etdiyi çıxışı da olduğu kimi kitabına daxil edib. Turxan bəy deyir: "Mən gəncəli bir atadan, naxçıvanlı bir anadan Təbrizdə dünyaya gəlmişəm..."

Qeyd edək ki, Turxan Gənceyinin həyatı və fəaliyyəti haqqında xeyli məqalələr yazılıb, kitablara salınıb və sair. Ramiz Əsgərovun "Odlar yurdu" qəzetində, Paşa Kərimovun (Əlioğlunun), akademik Rafael Hüseynovun "525-ci qəzet"in səhifələrində Turxan Gənceyinin həyatı və fəaliyyəti ilə yazdıqları məqalələri maraqla oxumuşuq. Bu səbəbdən yalnız onun naxçıvanlı anası haqqında bildiyimiz faktları (tapılan arxiv sənədlərinə görə) söyləmək istəyirik.

Əvvəlcə onu deyək ki, Naxçıvan "İnqilab Komitəsi"nin, yəni o vaxtkı kişilərin dili ilə desək, "Revkom"un protokolları arasında Gövhər xanımın bir ərizəsinə rast gəldik. Ərizə rus dilində yazılıb.

Gövhər xanımın Naxçıvan Ölkə İnqilab Komitəsinə yazdığı ərizəni azacıq ixtisarla tərcüməsini veririk:

İnqilab Komitəsi sədrinin həyat yoldaşı Gövhər Əsgərovanın

Ərizəsi

Mənim həyat yoldaşım Gəraf Əsgərov bu ilin (1921-ci il - müəllif) fevral ayında İrəvanda olarkən daşnakların qiyamında onların əlinə keçdi və indi harada olduğunu bilmirik. Mən babam Əşrəf ağa Kəngərlinin yanında yaşayıram. Ancaq o, qocaldığından işləmir. İndi maddi ehtiyac içindəyik.

Yuxarıdakıları bildirərək xahiş edirəm ki, Əsgərovun İnqilab Komitəyə sədrlik etdiyi zaman ala bilmədiyi pulunu mənə verəsiniz.

Eyni zamanda daşnakların qiyamı zamanı mən də İrəvanda idim. O zaman böyük ziyana düşmüşəm. Mənim qızıl və digər əşyalarımı əlimdən alıblar. Həmin əşyaları babam Əşrəf ağa Kəngərliyə verə bilərsiniz. Mən ona etibar edirəm.

Gövhər xanım Əsgərova".

Ərizədən görünür ki, Gövhər xanım ərizəni yazanda ərinin vəhşicəsinə öldürüldüyündən xəbəri yoxmuş. Bir müddətdən sonra onun qətlindən xəbər tutub və Çeka tərəfindən təqib olunub. Təbrizli Zeynalla ailə qurmuş və heç vaxt Naxçıvana gələ bilməmişdi.

O, Ağa Zeynal Məmmədovu Tiflisdən tanıyırdı.

Gövhər xanım Naxçıvanın məşhur Kəngərli tayfasının Bilici qolundandır. Onu Tiflisə aparan Əşrəf ağanın oğlu Qılıc (Qılınc) bəyin qızıdır. Arada qeyd edək ki, bu Qılıc bəy (Qəmər xanımın yazdığına əsasən) vaxtilə gəncikən Xəndan xanımın pərəstişkarlarından olubmuş. Qılıc bəy məşhur rəssam Bəhruz Kəngərlinin doğmaca əmisi oğludur. Kameral siyahıya görə, II Kərim Sultanın oğlanlarından biri də Məmmədqulu Sultandır. Məmmədqulu sultanın oğlu Murtuza ağa dövrünün tanınmış hərbçilərindən olub.

Murtuza ağanın oğlanları Şirəli bəy, Əşrəf ağa doğmaca qardaşdırlar.

Yeri gəlmişkən, elə Bəhruz Kəngərlini də Tiflisə oxumağa aparan əmisi Əşrəf ağa olub. 1926-cı ildən başlanan bolşevik repressiyaları Murtuza ağanın da övladlarından yan keçməyib. Onların da çoxu ailəliklə sürgün olunub. Bu haqda yəqin ki, görkəmli rəssam Bəhruz Kəngərlinin araşdırıcıları yazmışlar, yaxud yazacaqlar.

Elə bu səbəbdən də, Gövhər xanım heç zaman Naxçıvana gələ və oğluna əyani olaraq Kəngərli qohumlarını tanıda bilməmişdi.

Dövlət Arxivində saxlanan sənəddən, yəni Gövhər xanımın ərizəsindən məlum olur ki, o vaxtı ilə Naxçıvanda İnqilab Komitəsinin sədri olmuş Gəraf Əsgərovun həyat yoldaşı olub. Gövhər xanım ərizədə maddi durumunun çətinliyindən söhbət açaraq hökumətin yardım etməsini istəyib.

Gəraf Əsgərov əslən şuşalıdır. Əsgərov Gəraf Mursəl oğlu 1899-cu ilin fevral ayında Qarabağda, Şuşa şəhərində anadan olmuşdu. 1919-cu ildən "Hümmət" təşkilatının üzvü olmuş, Naxçıvana gəlmiş və erməni daşnaklarına qarşı vuruşmuşdu.

Sovet hakimiyyəti qurulandan sonra Şuşa Qəza İnqilab Komitəsinin üzvü olmuş və Naxçıvan Qəza İnqilab Komitəsinə başçılıq etmişdi. Bir müddət Naxçıvan Xalq Komissarlar sovetinin sədri vəzifəsində də işləmişdi.

1921-ci ilin fevralında ermənilərlə danışıq üçün İrəvana göndərilir. İrəvanda qiyamçı daşnaklar tərəfindən həbs edilir və Gorusun Tatev monastırına aparılır. Orada vəhşicəsinə öldürülür (bəzi mənbələrə görə, daşnaklar başını kəsmişlər). İrəvanda sovet hakimiyyəti qurulandan sonra onun cəsədi Naxçıvana gətirilmiş və Böyük Bağda hümmətçi dostlarının - mərd mübarizlərin yanında dəfn edilmişdi.

1984-cü ilin iyulunda Tatevə gedib çıxdım. O vaxt da məlumatım var idi ki, Gərafı burada qətlə yetiriblər. Zəngəzurun - qədimdən oğuz türk yurdunun alban abidəsi olan Tatevi  daşnaklar ölüm ilgəyinə çevirmişdilər. O, 1918-1920-ci illərdə çox vaxt Naxçıvanda olmuş və erməni daşnaklara qarşı mərdliklə döyüşmüşdü. Hətta G.Əsgərov Əli Səbri Qasımovla birlikdə Tiflisə getmiş, Naxçıvan əhalisinin heç vaxt erməni daşnak hökumətinə tabe olmayacaqlarını Amerika nümayəndəliyinin başçısı Haskelə qətiyyətlə bildirmişlər.

Elə belə də olub, Naxçıvan döyüşüb. Əli Səbri Qasımov və Gəraf Əsgərov da həmçinin  Naxçıvanda müdafiəçilər arasında olmuşlar.

Gövhər xanım (Naxçıvanda Göhər) Kəngərlinin 1922-ci ilədək həyatının kədərli səhifəsi belədir. Murtuza ağanın varisləri Naxçıvanda, Göyçayda, Bakıda və Təbrizdə yaşayırlar. Yəqin ki, gələcəkdə onlarla bağlı maraqlı sənədlər və fotoşəkillər də aşkar ediləcəkdir. Çünki görkəmli alim Turxan Gənceyinin də şəxsi arxivi öyrənilməmiş qalmaqdadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Dekabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri