Icma.az
close
up
RU
525ci qəzet Tramp Rusiya əleyhinə sanksiyaları ləğv edəcəkmi? Xa­qa­ni Cəfərli yazır

525ci qəzet Tramp Rusiya əleyhinə sanksiyaları ləğv edəcəkmi? Xa­qa­ni Cəfərli yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

Cozef Bayden prezidentlik müddətinin başa çatmasına 10 gün qalmış Rusiyanın neft və qaz sektoruna qarşı ən geniş sanksiyaları tətbiq etdi. Ağ evin bəyanatında yanvarın 10-da tətbiq edilən qadağalar Rusiyanın enerji sektoruna qarşı indiyə qədər tətbiq edilən "ən əhəmiyyətli" sanksiyalar adlandırılıb. Sanksiya siyahısına Rusiyanın dörd ən böyük neft hasilatçısından ikisi - "Qazprom Neft" və "Surqutnefteqaz", eləcə də neft-mədən xidmətləri göstərən onlarla şirkət və bütün dünyada Rusiya neftinin ticarəti ilə məşğul olan treyderlər daxildir. Sanksiyanı əhəmiyyətli edən bir məqam da qadağalar siyahısına "Qazprom Neft" və "Surqutnefteqaz"ın onlarla törəmə müəssisəsinin də daxil edilməsidir. Törəmə müəssisələrinin də sanksiyalara məruz qalması Rusiyanın neft-qaz ixracatını daha çətinləşdirən əsas məqamlardan biridir. Çünki "Qazprom neft" xarici fəaliyyətini əsasən "Qazpromneft-Qazaxıstan Əməliyat Şirkəti", "Qazpromneft Tacikistan", Lüksemburqda yerləşən "Gazprom Neft International SA" və Serbiyada yerləşən "Naftna industrija Srbije" vasitəsilə həyata keçirirdi.

ABŞ-nin "Qazprom Neft" və "Surqutnefteqaz" şirkətlərinə qarşı sanksiyasının əhəmiyyətini artıran digər bir məqam isə bu şirkətlərə qarşı Böyük Britaniyanın tətbiq etdiyi qadağaların qlobal xarakter almasına səbəb olmasıdır. Gündəlik bir milyon bareldən çox neft hasil edən "Qazprom Neft" və "Surqutnefteqaz"a qarşı sanksiyaların kütləvi xarakter alması Rusiyanın neft sənayesinə çox ağır zərbə olacağı gözlənilir. Rusiya mətbuatın məlumatına görə, son aylarda Rusiya neft ixracının 20 faizdən artığını məhz "Qazprom Neft" və "Surqutnefteqaz" həyata keçirib. "Surqutnefteqaz" ayda təqribən 1.9-2.2 milyon ton, "Qazprom Neft" isə 1.6-1.8 milyon ton neft ixrac edib. Rusiya neftini daşıyan 150-dən çox gəmiyə, dəniz risklərinin sığortasını həyata keçirən şirkətlərə qarşı sanksiyalar də Moskvanın neft gəlirlərinin azalmasına ciddi təsir edəcək. Çünki Rusiya neft və neft məhsullarının ixracatının təxminən 40 faizini məhz sanksiyaya məruz qalan gəmilər vasitəsilə həyata keçirirdi. ABŞ-nin son sanksiyasına məruz qalan gəmilərin siyasında əlavə buzqıran gəmi, təchizat gəmiləri və bir neçə LNG tankeri daxildir. Bundan başqa, rəsmi Vaşinqton ilk dəfə olaraq Rusiyada fəaliyyət göstərən iki LNG zavodunu sanksiya siyahısına daxil edib.

Ötən ili nəhəng zərərlə başa vuran "Qazprom" üçün "Qazprom Neft"in gəlirləri əsas gəlir mənbəyi idi. "Qazprom Neft"ə və LNG tankerinə qarşı sanksiya Rusiyanın qaz nəhəngi "Qazprom"un itkilərinin daha artmasına və bütövlükdə iflas etməsinə səbəb olacağı gözlənilir. Rusiyanı Avropanın enerji, xüsusilə qaz bazarından çıxaran ABŞ belə görünür ki, "Qazprom"u tamamilə məhv etmək istəyir.

Vaşinqtonda hesab edirlər ki, yeni sanksiyalar Rusiyanın hər ay milyardlarla dollar itirməsinə səbəb olmaqla Ukraynaya qarşı müharibəni davam etdirməsini çətinləşdirəcək.

Prezident Baydenin Rusiyaya qarşı ən ağır sanksiya hesab olunan qadağaları prezidentlik müddətinin başa çatmasına 10 gün qalmış tətbiq etməsi bu sanksiyaların gələcəyi ilə bağlı bəzi suallar doğurub. Rusiyada ümid edirlər ki, yeni seçilmiş prezident Donald Tramp bu sanksiyaları ləğv edə bilər. Lakin ABŞ-dan gələn xəbərlər bu məsələnin Rusiyanın ümid etdiyi kimi həll olunacağını şübhə altına alır. Belə ki, Bayden administrasiyasının yüksək rütbəli rəsmisi CNN-ə bildirib ki, bu və digər tədbirlər Ukraynada ədalətli sülhə nail olmaq üçün yanvarın 20-də Ağ Evə dönəcək Tramp administrasiyasının mövqelərini gücləndirir. ABŞ dövlət katibi Antoni Blinken "CBS News"a müsahibəsində bildirib ki, Tramp administrasiyasının istər Ukraynada, istərsə də başqa yerdə uğurlu siyasət həyata keçirə bilmək üçün mümkün olan ən güclü mövqeni yaratmağa çalışırlar.

Digər tərəfdən Tramp Konqressin razılığı olmadan Rusiyaya qarşı sanksiyaları ləğv edə bilməz. Konqresdə respublikaçıların çoxluq təşkil etməsinə baxmayaraq, Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etmək istəyi Senatda əksəriyyətin müqaviməti ilə üzləşə bilər. Senatdakı respublikaçı çoxluğun Trampın iradəsinin əleyhinə getmək iqtidarında olduğu son bir ay içərisində artıq iki dəfə müşahidə olunub. Respublikaçılar Partiyasının önəmli bir hissəsi Trampın Rusiyaya güzəştə getməsinə qarşı olmaqla sanksiyaları daha sərtləşdirməyi tələb edirlər.

Trampın milli təhlükəsizlik məsələri üzrə müşavir vəzifəsinə namizədliyini irəli sürdüyü konqresmen Mayk Uolz "ABC News" telekanalına müsahibəsində 47-ci prezidentin Rusiyaya qarşı sanksiyaları sərtləşdirə biləcəyini qeyd edib. Mayk Uolz hesab edir ki, Rusiyanın enerji sektoruna qarşı sanksiyalar Putini sülh danışıqlarına vadar etməklə yanaşı, ABŞ-nin Avropaya daha çox neft-qaz ixrac etməsinə imkan yarada bilər. Mayk Uolz Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirməsinə də Trampın razılıq verə biləcəyini bəyan edib.

Baydenin Rusiyaya qarşı tətbiq etdiyi yeni ağır sanksiya Çinin də vəziyyətini çətinləşdirdiyi üçün Trampın maraqlarına uyğundur. Son məlumatlara görə, Hindistan və Çin sanksiyaya məruz qalmış gəmiləri limanlarına buraxmaq niyyətində deyillər.

Yanvarın 17-də Rusiyanın İranla müttəfiqlik sazişi imzalaması gözlənilir ki, bu da Trampın Moskvaya qarşı daha sərt mövqe tetmasına səbəb ola bilər. Bütün bunlar göstərir ki, Baydenin tətbiq etdiyi sanksiyaların Tramp tərəfindən ləğv edəcəyi ehtimalı çox azdır. Əgər Rusiyanın Trampla bağlı gözləntisi gerçəkləşməsə, bu, Moskvanın son ümidinin də ölməsi demək olacaqdır.

ABŞ-nin Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi Avropa Komissiyasını hərəkətə gətirib. Yanvarın 14-də Avropa Komissiyası Rusiyaya qarşı 16-cı sanksiyalar paketi ilə bağlı Avropa İttifaqına üzv ölkələrlə məsləhətləşmələrə başlayıb. Avropa İttifaqının Şurasına sədrlik edən Polşa yeni paketin Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başlamasının üçüncü ildönümünə qədər qəbul edilməsini istəyir. Bu arada İsveç, Danimarka, Finlandiya, Estoniya, Latviya və Litva Rusiyanın enerji sektoruna əlavə məhdudiyyətlər tətbiq edilməsi yanaşı, Rusiya nefti üçün müəyyən olunmuş tavan qiymətinin aşağı salınması tələb ediblər. Belə görünür ki, Rusiyanın enerji sektorunun tamamilə çökdürülməsində maraqlı olan çoxlu qüvvələr mövcuddur və buna görə Trampın sanksiyaları ləğv etməsi mümkün görünmür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Yanvar 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see125

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see117

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see111

Həkim sağlam yuxunun SİRRİNİ AÇIQLADI

17 İyul 2025 21:11see111

Azərbaycan bu qədər pul itirdi Rəqəmlər

17 İyul 2025 16:58see110

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see110

180 tələbə ADA da dövlət hesabına oxuyacaq

17 İyul 2025 16:21see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see109

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see108

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see108

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see108

Paşinyanın Azərbaycanın əsas tələblərindən qaçmaq hiyləsinin detalları

17 İyul 2025 18:18see107

İsti günlərdə hansı tövsiyələrə əməl edilməlidir?

17 İyul 2025 23:26see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri