Icma.az
close
up
RU
525ci qəzet COP29: iqlim dəyişmələri ilə mübarizədə yeni era

525ci qəzet COP29: iqlim dəyişmələri ilə mübarizədə yeni era

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan COP29-a ev sahibliyini uğurla davam etdirir. Dünyanın bütün regionlarından dövlət və hökumət başçıları, nazirlər, digər səviyyədə rəsmi nümayəndə heyətləri, tanınmış ekspertlər, iri şirkətlərin rəhbərləri, iqlim fəalları, media nümayəndələri konfransın işinə qatılıblar. Hazırda dünya üçün ən aktual və həlli tələb olunan problemlərdən demək olar ki, birincisi iqlim böhranıdır. Bu, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün əsas çağırışa çevrilib. Ona görə də hər il keçirilən COP-lar vasitəsilə dünya bu problemi həll etməyə çalışır. Amma təbii ki, burda da bəzi Qərb dövlətləri adekvat davranmır, məsələni siyasiləşdirməyə çalışır, öz məsuliyyətlərini dərk etmək istəmirlər.

Bakı COP29-un ev sahibi olaraq bütün tərəflərin açıq və hərtərəfli müzakirələr aparması, həll yollarının tapılması, prioritet məsələlərin razılaşdırılması üçün şərait yaradıb. Onu da vurğulayaq ki, COP29-un əsas mövzusu məhz iqlim maliyyəsi ilə bağlıdır. Bu gün inkişaf etməkdə olan ölkələr, o cümlədən kiçik ada dövlətləri buna görə daha çox əziyyət çəkirlər. Azərbaycan məsələnin vacibliyini nəzərə alaraq kiçik ada dövlətlərini konfransa dəvət edib, onların problemlərini aktuallaşdırıb. Məhz bu məqam əsas götürülərək, COP29 çərçivəsində noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdəki nitqində bəyan edib ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir: "Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən, Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir".

Azərbaycan kiçik ada dövlətlərinə öz dəstəyini göstərir, fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım edir. Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən, 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.

Dövlət başçısı öz nitqində qeyd edib ki, bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunub. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bundan əlavə, Azərbaycan Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırır.

Neokolonializm və iqlim dəyişmələri mövzusuna toxunan Prezident deyib ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır: "Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, - gəlin, həmin ərazidəki xalqları alqışlayaq, - bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır".

BMT-nin Baş katibi Antonio Quterreş də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarını vurğulayıb.

Ümumiyyətlə, Azərbaycan COP29-un ən yüksək səviyyədə keçirilməsi, bütün tərəflərin səsinin eşidilməsi, nəticələrin əldə edilməsi üçün səylə çalışır. Dövlət və hökumət rəhbərləri, tədbir iştirakçıları da COP29-un çox yüksək səviyyədə təşkil olunduğunu və nəticələrin əldə ediləcəyinə əmindirlər. Bunun COP tarixində ən yaddaqalan və əhəmiyyətli bir konfrans olacağına şübhə yoxdur.

Konfrans çərçivəsində həm də müxtəlif mövzularda panel iclaslar keçirilir ki, bu iclaslar da ayrı-ayrı problemlərin daha əhatəli müzakirəsi, təkliflərin irəli sürülməsi və çıxış yollarının tapılmasında əhəmiyyətli rol oynayır.

Rusiyalı politoloq Aleksandr Razuvayev mövzu ilə bağlı yerli mətbuata açıqlamasında bildirib ki, COP29 Azərbaycanın qlobal aləmdə statusunu mütləq şəkildə yüksəldəcək: "Artıq deyə bilərik ki, Bakı dünya paytaxtlarından biri statusunu alır. Qərb qüvvələrinin COP29 ərəfəsində ənənəvi antiazərbaycan təbliğat kampaniyası aparmaq cəhdlərinə baxmayaraq, BMT-nin Bakıda keçirilən iqlim konfransında 196 ölkədən 70 mindən çox nümayəndə iştirak edir. Eyni zamanda, Bakı konfransında əksər Qərb dövlətləri iştirak edirlər. Azərbaycana getməkdən imtina edənlər isə sadəcə olaraq ikiüzlüdürlər. Bu cür yanaşma hətta onların milli maraqlarının əleyhinədir".

Politoloq əlavə edib ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi, iqlim gündəmində irəliləyişlərlə yanaşı, qarşısına iddialı vəzifə qoyub - münaqişə tərəfləri - qlobal Şimal və qlobal Cənub arasında körpülər qurmaq: "Eyni zamanda iqlim konfransı günlərində dünyanın bütün münaqişə tərəflərinə atəşkəs elan etməyi təklif edib. Təbii ki, Azərbaycan sədrliyinin belə nəcib yanaşması təqdir edilməyə bilməz. Yaxşı olardı ki, bütün münaqişələr və bu münaqişələrin gələcəyi ilə bağlı danışıqlar Bakıda aparılsın".

Politoloq Elşad Mirbəşiroğlu isə hesab edir ki, COP29 konfransı çərçivəsində aparılan müzakirələr, səsləndirilən fikirlər ona dəlalət edir ki, Azərbaycan növbəti dəfə qlobal rifaha, təhlükəsizliyə, əməkdaşlığa və birliyə xidmət edən çox ciddi platforma formalaşdırmağı bacardı: "İndiyə kimi müxtəlif ölkələrdə COP konfransları keçirilib. Lakin Azərbaycanda keçirilən COP29 həm müzakirə olunan məsələlərin genişliyi, həm mühit, həm də yüksək təşkilati tələblərə cavab verməsi və edilən çağırışlar baxımından tarixi tədbir olacaq. Müxtəlif dünya rəsmiləri bundan sonrakı mərhələdə iqlim dəyişmələri ilə mübarizədə verə biləcəkləri töhfələri səsləndirməklə platforma kimi Azərbaycanın gələcəkdə formalaşdıracağı əməkdaşlıq sisteminin qurulacağını göstərir. Bu gün iqlim dəyişmələrinə qarşı mübarizədə bütün ölkələr öz məsuliyyətini dərk etməlidir. Azərbaycan Prezidenti də çıxışında bu məqamlarla bağlı çağırışlar etdi. İstər iqlim dəyişmələri ilə mübarizə sahəsinə vəsaitlərin ayrılması, istər hər bir ölkəyə öz məsuliyyətini dərk edərək atmosferin çirkləndirilməsini şərtləndirən fəaliyyətlərini məhdudlaşdırmaqla, inkişaf etmiş və etməkdə olan ölkələr arasında məsuliyyətin bölüşdürülməsi bəşəriyyət üçün çox ciddi təhlükə yaradan iqlim dəyişmələri ilə mübarizədə çox effektiv nəticələrə gətirib çıxaracaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri