Icma.az
close
up
RU
Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?

Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Xətai rayonunda yerləşən “Abu-Hava Green Tone” ailəvi restoranında deputat Arzuxan Əlizadənin oğlunun da adının hallandığı baş verən kütləvi dava bir nəfərin ölümü ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir. saxlanılıb.

Saxlanılan şəxsləri və qətli törədəni hansı cəzaların gözlədiyi ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlama verib.

O bildirib ki, şəxsin saxlanılması onun təqsirli olması demək deyil.

“‘Abu-Hava’ restoranında ölümlə nəticələnən hadisəyə görə məsuliyyət hər bir şəxsin konkret hərəkəti və niyyəti əsasında müəyyənləşdirilməlidir. Hadisə yerində olmaq, davaya qoşulmaq və ya qətldə iştirak etmək hüquqi baxımdan fərqli hallardır.

Bununla belə, ölümcül zərbəni vurmayan şəxs də qətlə görə məsuliyyət daşıya bilər. Məsələn, bir nəfər bıçaqla zərbə endirərkən digəri zərərçəkmişi tutaraq onun müqavimətini qırırsa, öldürülməsinə kömək etdiyini anlayırsa və ölüm nəticəsini istəyirsə və ya buna şüurlu surətdə yol verirsə, həmin şəxs qətlin birgə icraçısı sayıla bilər. Ali Məhkəmə Plenumunun izahına görə, belə hallarda hər bir iştirakçının ölümə səbəb olan xəsarət yetirməsi tələb olunmur.

Qətlin qrup halında törədilməsi sübuta yetirilərsə, Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi tətbiq oluna bilər. Həmin maddənin sanksiyasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu, qanunla müəyyən edilmiş cəza həddidir. Konkret şəxsə veriləcək cəza onun hadisədəki rolundan, sübutlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan asılıdır”, – deyə hüquqşünas bildirib.

Ə.Nuriyevin sözlərinə görə, qətli təşkil edən, ona təhrikçilik edən və ya qəsdən kömək göstərən şəxslər də məsuliyyətə cəlb oluna bilərlər. Lakin tərəfləri barışdırmaq məqsədilə görüş təşkil etmək cinayəti təşkil etmək demək deyil. Belə ittihamın irəli sürülməsi üçün şəxsin cinayət törətmək niyyəti və onun həyata keçirilməsində konkret iştirakı sübuta yetirilməlidir.

Hüquqşünas qeyd edib ki, əgər dava zamanı bir nəfər digər iştirakçıların niyyəti ilə əhatə olunmayan şəkildə adam öldürürsə, qətlə görə məsuliyyət avtomatik olaraq bütün iştirakçıların üzərinə qoyula bilməz.

“Cinayət Məcəlləsinin 35-ci maddəsi bunu icraçının ümumi niyyətdən kənara çıxması kimi müəyyənləşdirir. Belə halda digər şəxslər özlərinin törətdikləri xəsarət yetirmə və digər hüquqazidd hərəkətlərə görə məsuliyyət daşıya bilərlər”, – deyə o vurğulayıb.

Ə.Nuriyev əlavə edib ki, hadisədə xuliqanlıq əlamətləri müəyyən olunarsa, ayrıca cinayət məsuliyyəti də yarana bilər.

“Qrup halında xuliqanlığa görə alternativ cəzalarla yanaşı, 1 ildən 3 ilədək, silahdan və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə zorakılıq göstərildikdə və ya əmlak zədələndikdə isə 5 ilədək və daha uzun müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutula bilər. Lakin davanın restoranda baş verməsi onu avtomatik olaraq xuliqanlıq cinayəti etmir. Bunun üçün ictimai qaydanın kobud şəkildə pozulması və cəmiyyətə açıq hörmətsizlik niyyəti də müəyyənləşdirilməlidir”, – deyə hüquqşünas bildirib.

Ə.Nuriyev deputat Arzuxan Əlizadənin oğlu Əhmədlə bağlı məsələyə də münasibət bildirib. O vurğulayıb ki, bu halda da eyni hüquqi meyarlar tətbiq edilməlidir.

“Qohumluq əlaqəsi şəxsin təqsirinin sübutu sayıla bilməz. Eyni zamanda, hansısa vəzifəli şəxsin oğlu olmaq da toxunulmazlıq yaratmır. Hüquqi qiymət şəxslərin kimliyinə görə deyil, sübuta yetirilmiş əmələ əsasən verilməlidir”, – deyə hüquqşünas qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Oktyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri