525ci qəzet Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
525.az saytına istinadən Icma.az xəbər verir.
Danimarka Ukraynanın hərbi zavodlarının maliyyələşdirilməsinə başlamağı və 2025-ci ildə ən azı 1,4 milyard dollar cəlb etməyi planlaşdırır.
525.az bu barədə “Report”a istinadən xəbər verir.
Qeyd olunub ki, Avropa İttifaqı (Aİ) ölkələri Ukraynanı kifayət qədər silahla təmin edə bilmir. Ona görə də Ukrayna hökumətinin ölkənin hərbi zavodları ilə müqavilələrini maliyyələşdirməyə başlayırlar. Eyni zamanda, Kiyev müttəfiqlərə şirkətlər və lazımi silah növləri haqqında əvvəlcədən məlumat verir, Aİ ölkələri isə sövdələşmələrə razılıq verməzdən əvvəl istehsalçıları müstəqil şəkildə yoxlayırlar.
Avropa rəsmilərinin qiymətləndirmələrinə görə, bu yanaşma sürətli və daha çox silah əldə etməyə imkan verəcək.
"Bu, silahların cəbhəyə daha sürətli çatdırılmasını təmin etməyin və eyni zamanda Ukraynada silah istehsalını gücləndirməyin bir nümunəsidir", - deyə Danimarka müdafiə naziri Troels Lund Poulsen qəzetə müsahibəsində bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 26 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















