Əllə yemək sağlamlıq üçün faydalıdır Həkim fitoterapevt
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Həzmi gücləndirir, qan şəkəri tarazlığını qoruyur və diabet riskini azaldır
Qaşıq və çəngəl faydalı bakteriyaların bağırsaqlara çatmasına mane olur
Klassik kinomuzun yaradıcıları milli adət-ənənələrimizi ekran əsərlərinə daşıyaraq qorunmasını, gələcək nəsillərə ötürülməsini təmin ediblər. Bir çox filmlərdə Azərbaycanın milli, el bayramları, toy şənlikləri, şadyanalıq məclisləri, süfrə mədəniyyəti təbliğ olunur. Belə filmlərimizdən biri də “Dəli Kür”dür. Filmdə Novruz bayramı qırmızı xətt kimi keçir. Hadisələr bayram epizodları ilə başlayır. Gənclərin bacadan qurşaq sallamaları, gənc qızların onlara pay qoyması, həmçinin yerə sərilən süfrəyə evin ağbirçəyi tərəfindən bayram aşının iri sinnidə gətirilməsi filmə özünəməxsus gözəllik qatıb. Süfrə ətrafında əyləşən oğlan və qızlar bayram aşını əllə - ləzzətlə yeyirlər. Xörəyi əllə yemək tək bizim xalqa – türklərə məxsus deyil. Dünyanın bir çox xalqları xörəyi əllə yeyir. Bunun orqanizmə faydası artıq sübut olunmuş həqiqətdir. Deyə bilərsiz ki, keçmişdə belə olub, indi müasir dövrdür, əllə yemək yeyənə “geridəqalmış” kimi baxarlar. Elə deyil. Yüksək inkişaf səviyyəsinə çatmış Yaponiyada, dünyaya iqtisadi baxımdan meydan oxuyan Çində bu gün də milli adətlər, o cümlədən əllə yemək vərdişi saxlanmaqdadır. Hətta dünya onlardan yemək, qidalanma mədəniyyəti, sağlam qidalanmanın tərifini mənimsəyir. Bizsə əcdadlarımızın mirasını elə keçmişdə də saxlamağa həvəsliyik. Masalara “n” qədər çəngəl-bıçaq, desert çəngəl-qaşığı düzürük. Bununla “müasir”, “mədəni olduğumuzu nümayiş etdirməyə çalışırıq. Unuduruq ki, müasirlik də, mədəniyyət də sağlam qida və sağlam həyat tərzinə malik olmaqdadır. Bir məclis, mərasim olanda süfrəyə o qədər qab-qacaq qoyulur ki, yeməklər bunların kölgəsində itib-batır. Süfrənin bərəkəti də “qaçır”. Bəli, əllə yemək üçün əllər ilk növbədə təmiz olmalıdır. Qədim zamanlarda məhz buna görə yeməyə başlamazdan əvvəl qonaqlara aftafa-ləyənlə qulluq göstərilirdi, əllər yuyulurdu. Bu, təkcə adət deyil, həm də sağlamlığa xidmət edən ritualdır. Mütəxəssislər bildirir ki, əllə yeyilən yemək daha dadlı və orqanizm üçün də daha faydalıdır. Bu nəticəyə Stivens Universitetinin alimləri gəliblər. Eksperimentdə iştirak edən insanlar eyni yeməyi əvvəl əllə, sonra çəngəl və bıçaqla yeyiblər. Nəticədə bütün iştirakçılar qeyd ediblər ki, əllə yeyilən yemək onlara daha dadlı gəldi. Alimlərin fikrinə görə, bunun səbəbi beyinin toxunuşa olan reaksiyasıdır - yeməyə toxunanda beyinə müəyyən siqnallar gedir və bu da yeməyin dadını daha xoş edir. Mütəxəssislər qeyd edirlər ki, eksperimentin nəticələri anoreksiyadan əziyyət çəkən insanların müalicəsində istifadə oluna bilər. Kökəlmək istəyənlər də bunu nəzərə almalıdır. Digər tərəfdən isə insan əllə yeyəndə daha çox yeyir və bu da çəkinin artmasına səbəb ola bilər. Odur ki, arıqlamaq istəyirsinizsə, əllə yeməyin. Bəzi dietoloqlar arıqlamaq istəyənlərə çin çubuqları ilə yeməyi tövsiyə edirlər. İnsan çin çubuqları ilə yedikdə asta-asta və adi vaxtlardan daha az yeyir.
Həkim-fitoterapevt Füzuli Hüseynov "Şərq"ə açıqlamasında qeyd etdi ki, əllə yeməyin faydaları saymaqla bitməz. Bunun arıqlamağa nə dərəcədə kömək etməsi, başqa mövzudur. Əllə qidalanmağın insan sağlamlığına faydaları çoxdur:
- Dünyanın bir çox yerində insanlar çəngəl, qaşıq və bıçaq əvəzinə qidanı, xörəyi əllə yeməyə üstünlük verir. Bəziləri hesab edə bilər ki, əllə yemək mədəniyyətsizlikdir, etik deyil. Amma ən mədəni xalqlar da xörəyi, qidanı əllə yeməyə üstünlük verirlər. O cümlədən də türk xalqları. Türk xalqları dünyaya mədəniyyətlər bəxş ediblər. Yemək prosesi diqqətin cəmlənməsini tələb edir. Bədənin duyğu üzvləri göz, ağız, burun, dil, diş, hamısı fəaliyyətdə olur, görmə, qoxlama, eşitmə, dadma və toxunma hissləri aktivləşir. Yemək zamanı əllərdən istifadə etməsək, bədənimiz ilə yemək arasında zehni və ruhi bağlılıq yaranmayacaq, bu da yeməyin ləzzətini duymağa imkan verməyəcək, qidanın faydası hiss olunmayacaq və faydasız olacaq. Metal əşyalar ağız boşluğuna, dişlərə də ziyandır. Qaşıqla və ya çəngəllə yemək yedikdə, qidanı ağıza apardıqda beyin yeməyin temperaturunu hiss etmir. Ona görə də bəzən yemək zamanı adamların ağzı “yanır”. Amma əllə yeyilsə, əl temperaturu hiss edəcək, beyinə informasiya ötürüləcək ki, bu istidir, şüur onu qəbul etməyə qoymayacaq. Gözləyəcəksən, ilıqlaşsın, sonra yeyəsən. Əl ilə yedikdə barmaqlarımızdakı sinir ucları qidanın istiliyini, yumşaqlıq və ya sərtliyini qavrayır və orqanizm qəbul etmək istədiyi qidanı qəbul edir. Sinir ucları da beyinə nə yeyiləcəyi haqda xəbər verir. Bu, ağızda çeynəmək üçün ifrazat suyunun yaranmasına, mədənin də həzm prosesinə hazır olmasına gətirib çıxarır. Bundan başqa, əllərdəki faydalı və zərərli bakteriyaların da öz işi var. Faydalı bakteriyalar bizi ətrafdakı bir çox zərərli mikroblardan qoruyur. Qaşıq və çəngəllə yemək yedikdə isə bu faydalı bakteriyalar bağırsaqlara çatmır. Bağırsaq florası pozulur. Digər tərəfdən əl ilə yedikdə barmaqlardan gələn flora ağıza keçir və udularaq bədənin fərqli hissələrinə gedir. Bu da bağırsaqlarda sağlam həzmə kömək edir və bağırsaqlardakı zərərli bakteriyaların yaranmasının qarşısını alır.
Həkim qeyd etdi ki, çəngəl və qaşıqla yemək yemək qan şəkəri tarazlığını pozur:
- Bu da diabet riskini artıra bilər. Əllərinizdən istifadə edərək ağzınıza daha az yemək qoyarsız. Yavaş yemək yeməyin daha yaxşı həzm olunmasını təmin edir və beyinə mədənin dolduğunu bilməsi üçün vaxt verir. Beləliklə, daha az yemək yemiş olursunuz. Bir çox insan əl ilə yemək yemənin gigiyenik olmadığını düşünür. Həqiqətdə isə bu tam tərsidir. Əlləri ilə yemək yeyənlər yeməkdən əvvəl əllərini yuyur. Amma çəngəl, bıçaq kimi mətbəx əşyaları adətən tələsik yuyulduğu üçün təmizliyinə etibar etmək çətindir. Nənələrimiz, analarımız özləri xəmir yoğurur, yoğrulan xəmirdən kündə tutub təndirə çörək yapırdılar. O çörəyin tamı, dadı ilə hazırda mağazalarda satılan çörəklərin dadı eynidirmi?!. Məsələ təkcə onda deyil ki, o zaman dəyirman vardı, taxıl unu, çovdar unu vardı, çox şey təbii idi. Məsələ həm də ondadır ki, insan əli dəyir una, xəmirə. Ananın əlinin dadı keçir o çörəyə. İndi xəmiri də aparat yoğurur, çörəyi də soba bişirir. İnsan əli ilə təmas aradan getdiyi üçün nə çörəyimizin dadı qalıb, nə də xörəklərimizin. Hərə bir “kombayn” alıb qoyub evə. Orda bişirirlər xörəkləri…
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 24 Dekabr 2025 03:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















