“Nərimanov” stansiyasının yaxınlığında baş verən hadisə ilə bağlı yeni təfərrüaftlar: zərərçəkmiş narazıdır
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, hadisə vaxtı 24 yaşlı Tural Kosayevi odlu silahla qətlə yetirməkdə ittiham olunan hərbi qulluqçu İsmayıl Allahverdiyev 17 il azadlıqdan məhrum edilsə də, zərərçəkmiş tərəf bununla razılaşmır. Zərərçəkmişin hüquqi varisi Kamil Kosayev Bakı Hərbi Məhkəməsinin təyin etdiyi bu cəzanı yüngül hesab edərək, yuxarı instansiya məhkəmələrinə şikayət edib. O, İsmayıl Allahverdiyevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Onun sözlərinə görə, İsmayıl Allahverdiyev bu cinayəti əvvəldən planlaşdırıb. Bu məqsədlə dövlətin ona verdiyi odlu silahdan sui-istifadə edib. Küçədə insanların gözünün qarşısında ağır cinayət törədib.
Məlumata görə, 2024-cü il iyunun 26-da axşam saat 21.00 radələrində baş vermiş hadisə zamanı Tural Kosayevin yanında xanım da olub. Ona bir güllə sinəsindən, ikisi isə baş nahiyəsindən vurulub.
2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevlə Tural Kosayev həmkəndlidir, onların hər ikisi Qazax rayonunun Daş Salahlı kəndindəndir. Hadisədən sonra cinayətin qız mübahisəsindən qaynaqlandığı haqda söz-söhbət yayılsa da, İsmayıl Allahverdiyev ifadəsində cinayəti söyüşə və ləyaqətinin alçaldılmasına görə törətdiyini bildirib.
Onun sözlərinə görə, may ayında metronun “Koroğlu” stansiyasının yaxınlığında onunla Tural Kosayev arasında mübahisə olub. Orada Tural Kosayev onu vurub, başqasından üzr istəməyə məcbur edib və s.
Hadisə günü – iyunun 26-da cinayət baş verməmişdən az əvvəl onlar kafedə yenidən görüşüblər: “Turalı öldürmək istəsəydim, bunu təklikdə - kafedə oturanda edərdim. Birdən-birə oldu”.
Zərərçəkmiş tərəf isə hadisənin əvvəldən planlaşdırılmış şəkildə həyata keçirildiyini vurğulayır və bildirir ki, İsmayıl Allahverdiyev məhz bu məqsədlə hərbi hissədən odlu silahı qanunsuz şəkildə özü ilə götürüb.
Zərərçəkmişin şikayətinə əvvəl Bakı Apellyasiya Məhkəməsində, daha sonra Ali Məhkəmədə baxılıb. Hər iki instansiyada hakimlər hesab edib ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya yüngül demək olmaz. Cəza adekvatdır və daha da ağırlaşdırmağa ehtiyac yoxdur.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 23 Yanvar 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















