Icma.az
close
up
RU
525ci qəzet Dünya elə bir inkişaf mərhələsinə çatıb ki, hamının hamıdan asılılığı yaranıb

525ci qəzet Dünya elə bir inkişaf mərhələsinə çatıb ki, hamının hamıdan asılılığı yaranıb

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Müsahibimiz Azərbaycan Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğludur.

- Hikmət müəllim, Qərbi Azərbaycana qayıdışın reallaşması üçün dövlət nə kimi addımlar atır?

- Qərbi Azərbaycana qayıdış Azərbaycan Prezidentinin konseptual fikirləri əsasında xüsusi konsepsiyaya çevrilib. "Qərbi Azərbaycana qayıdış konsepsiyası" Qərbi Azərbaycan İcmasının ümumi yığıncağında təsdiq olunaraq qəbul edilib. Şübhəsiz ki, Qərbi Azərbaycana qayıdış Azərbaycan xalqının milli mübarizəsinin növbəti mərhələsi kimi müəyyənləşdirilib. Yəni Qərbi Azərbaycana qayıtmaq  sadəcə Qərbi Azərbaycan məsələsi deyil, xalqımızın indiki tarixi mərhələdə öz etno-mədəni coğrafiyasını bütövləşdirmək məqsədi daşıyır. Çünki Azərbaycan xalqının etno-mədəni coğrafiyası, dil coğrafiyası, inzibati-siyasi coğrafiyasından çox-çox böyükdür, o coğrafiyalardan biri də Qərbi Azərbaycandır. Yəni Qərbi Azərbaycan son yüz ildə rəsmi şəkildə Ermənistan ərazisinə çevrilib. Ondan əvvəl isə Çar Rusiyasının dövründə qeyri-rəsmi, həm də rəsmi əsaslarla erməni quberniyası kimi, erməni vilayəti kimi götürülüb, dövlət statusunda isə 1918-ci ildən sonra yaranıb. 1918-ci ilə qədər Azərbaycan xalqının İslama qədərki mədəniyyətində və İslamdan sonrakı mədəniyyətində Qərbi Azərbaycan coğrafiyası, oradakı mədəni münasibətlər, dil münasibətləri, ictimai-siyasi mühit hamısı azərbaycanlılara məxsus olub. Ona görə də Azərbaycan dövləti bu istiqamətdə Qərbi Azərbaycanlıların məqsədyönlü fəaliyyətini dəstəkləyir və Azərbaycan Prezidentinin himayəsi altında və göstərişi əsasında Xarici İşlər Nazirliyi tərəfindən Qərbi Azərbaycana qayıdış konsepsiyası Azərbaycanın xarici siyasətinin  prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bütün fürsətlərdə Azərbaycan Prezidentinin Qərbi Azərbaycan mövzusuna bir daha toxunması, onların qayıtmaq hüquqları olduğunu ən mötəbər tribunalardan bəyan etməsi Qərbi Azərbaycana qayıdış mübarizəsində icma nümayəndələrinin ən böyük dəstəyidir.

- Qayıdışın regional təhlükəsizlik və stabillik baxımından hansı potensial təsirləri gözlənilir və dövlət bu riskləri necə idarə edir?

- Əlbəttə ki, bu gün dünya inteqrasiya edir, liberallaşır. Bu nə deməkdir? Yəni dünya elə bir inkişaf mərhələsinə çatıb ki, hamının hamıdan asılılığı yaranıb. Ona görə də, kiçik bir regionda da mütləq qarşılıqlı əlaqələr və qarşılıqlı asılılıqlar formalaşacaq. Buna görə məsələyə inkişaf və inteqrasiya kontektsinə baxmaq lazımdır. İnteqrasiya dediyimiz terminin başqa bir ifadə forması liberal münasibətlərin qurulmasıdır. Əks təqdirdə, mümkün deyil. Çox təəssüf ki, ermənilər liberal-inteqraktiv münasibətlərdən qaçırlar, çünki onlarda etnik fobiya var. Onlar Cənubi Qafqazda yad ünsür olduqlarını bildikləri üçün Qafqazın yerli əhalisi ilə ünsiyyətə girə bilmirlər. Görürsünüzmü ermənilərdən fərqli olaraq, gürcülər bizə yaxşə davranırlar və regiona özlərini adaptasiya edilmiş görürlər. Ermənilər həmin mərhələni keçməyiblər, ona görə də həmin mərhələni keçməyin ən birinci yolu Qərbi azərbaycanlıların Ermənistana qayıtmasından, Qərbi Azərbaycan torpaqlarına qayıtmasından keçir. Nəticə etibarilə, Qərbi Azərbaycanlılar, ki onların sayı 300 mindən çoxdur, Ermənistan vətəndaşı olaraq yaşasalar, bu, Ermənistan və Azərbaycan arasında da etibarlı bir sülh körpüsü yaratmış olar, mənafeələri uzlaşdırmış olar. Ermənistan-Azərbaycan münasibətlərində yarana biləcək mümkün sülhün etibarlılığını və ömrünü uzada bilər. Ona görə də mən düşünürəm ki, əgər etnik nifrəti və radikal siyasi mövqeyi ermənilər kənara qoya bilsələr, işğalçılıq düşüncəsindən və faşist ideologiyasından xilas ola bilsələr, bu, Ermənilərin də lehinə olan bir hadisəyə çevrilər. 1918-ci ildə Ermənistanda Ararat Respublikası qurulanda da, 1920-ci ildə Ararat  Respublikası SSRİ-nin daxilinə Ermənistan Sovet Sosialist Respublikası kimi daxil olanda da, orada az qala əhalinin yarısı azərbaycanlılar olub və azərbaycanlılar bu Ermənistan Respublikasının qurucu ünsürləridir. Ona görə bunlardan imtina etmək olmaz. Bu, heç bir halda ermənilərin lehinə olmaz.

- Qərbi Azərbaycan əhalisinin tarixi və mədəni irsinin qorunması və bərpası üçün hansı tədbirlər planlaşdırılır?

-  Mədəni irsin qorunması ilə bağlı Qərbi Azərbaycan İcması addımlar atıb, Birləşmiş Millətlər Təşkilatına müraciət edib, Baş Assambleyaya müraciət edib. Qərbi Azərbaycanlıların müraciəti Qərbi Azərbaycanda yaşamaq haqları BMT Baş Assambleyasının rəsmi sənədi kimi yayılıb. Mədəni irslə bağlı BMT-nin struktur vahidləri var. Biz mədəni irslə bağlı ixtisaslaşmış UNESSO-ya müraciət etmişik və Qərbi Azərbaycan İcması UNESSO-dan tələb edib ki, xalqımıza aid olan mədəni irsin, maddi irsin öyrənilməsi ilə bağlı komissiya təşkil etsin. Bu komissiyaya həm UNESSO mütəxəssisləri, həm Azərbaycan mütəxəssisləri, həm də Ermənistan mütəxəssisləri daxil olsunlar. Çox təəssüf ki, bu gün UNESSO-nun baş ofisi Fransada yerləşdiyi üçün və Fransa Xarici İşlər Nazirliyi UNESSO-nu özünün bir şöbəsi kimi gördüyü üçün bu məsələ ilə bağlı heç bir addım atmır. Lakin biz əminik ki, nə vaxtsa bu addımı atmağa məcbur olacaqlar.

- Qərbi Azərbaycana qayıdış prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq necə həyata keçirilir və hansı konkret nəticələr əldə olunur?

 - Qərbi Azərbaycana qayıdışla bağlı biz İSESCO ilə əməkdaşlıq edirik. İSESCO İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət üzrə ixtisaslaşmış institutudur. Onlardan dəstək gözləyirik. Belə bir dəstək almışıq, İSESCO bəyanatı səsləndirib. Eyni zamanda Türk Dövlətləri Təşkilatının müvafiq qurumları ilə əlaqələr qururuq. Azərbaycanlıların qayıdışı ilə bağlı bu istiqamətdə bu təşkilatın hansı potensialı ola bilər, hansı addımlar ola bilər və hansı addım atıla bilər məsələsi müzakirə edilir. Və əlbəttə ki, biz müraciət etsək də, cavab almamışıq, amma bu, birtərəfli təşəbbüs olaraq qalıb. Avropanın insan hüquqları üzrə ixtisaslaşmış institutları çox təəssüf ki, bizim müraciətlərimizi iqnor edirlər, çünki nəticə etibarilə onların mahiyyəti və yaradılış məqsədləri insan hüquqlarını manipulyasiya edərək başqa ölkələr üzərində Qərbin hegemoniyasını qurmaqdan ibarətdir. Ondan kənar hər hansı bir hüquq hadisəsini görmək istəmirlər. Olmayan yerə hüquq pozuntusundan danışıb, onu bir vasitə kimi istifadə edirlər, kiməsə təsir vasitəsinə çevirirlər, amma bizim hüquqlarımız pozula-pozula, bizə müraciət etmirlər. Mənə elə gəlir ki, bu istiqamətdə Qərbi Azərbaycanın görüləsi işləri hələ çoxdur.

- Bu qayıdış prosesinin gənc nəslin milli kimlik və vətənpərvərlik ruhunun gücləndirilməsinə təsiri necə olacaq?

- Əlbəttə ki, qayıdış da, o torpağa sevgi də o vaxt mümkün olur ki, özünü o torpağa mənsub hesab edəsən və o torpağın sənin olduğunu düşünəsən. Bu, çox mühüm bir məsələdir. Əgər o torpağa aidlik, o torpağa mənsubiyyətlik hissi yoxdursa, demək ki, o torpaqlar bizim ola bilməz. Bu mənada o tarixi yaddaşı çox mühümdür. Azərbaycan Prezidenti çıxışlarının birində belə dedi ki, "Bizi Qarabağa qaytaran tarixi yaddaşımız oldu". Ona görə də mənə elə gəlir ki, bu mənada Azərbaycanın ailə institutları çox böyük işlər görməyi bacarıblar, Azərbaycanın təhsil institutları çox böyük işlər görməyi bacarıblar və Azərbaycan mediası çox böyük işlər görməyi bacarıblar. Bu nədən ibarətdir? Daima ictimai yaddaşa və informasiya mübadiləsi prosesinə ona bağlı məlumatlar ötürülüb. Ailədə, ailə münasibətləri kontekstində. Doğulduqları kənddən danışıblar, oranın otundan, oranın relyefindən, oranın dağından, suyundan, çayından danışıblar. Mən əminəm ki, hər bir Qərbi Azərbaycanı görməyən yeni bir üzvündən, yeni nəsil üzvündən kəndləri soruşsanız, oradakı bulaqların, çayların, məktəbin, babasının evinin yerini gözü yumulu əzbər deyəcək. Bax, bu, xalqımızın qüdrətidir, böyük gücüdür. Ona görə mən düşünürəm ki, tarixi yaddaşımızda problem yoxdur. Bir də mənəviyyat məsələsi var. Yəni Azərbaycan xalqı mənən zəngin bir xalqdır və çox dərin yaddaşı olan xalqdır, bu da bizim dövlətçilik ənənəmizlə bağlıdır. Məsələn, Azərbaycan xalqının dövlət qurmaq tarixi 5000-ci il bundan əvvələ gedir. Ona görə Azərbaycan Prezidenti dedi ki, "Azərbaycan xalqı dövlət qurmaq istedadına malikdir". İstedad nədir? Tanrı tərəfindən verilən bir keyfiyyətdir. Tanrı bizə bu keyfiyyəti veribsə və biz 5000 il əvvəl dövlət qurmuşuqsa, deməli, Qərbi Azərbaycanda da dövlətçiliyimizin mədəni sərhədlərinə sahib çıxıb orada yaşayacağıq.

Məryəm BAĞIROVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri