Icma.az
close
up
RU
525ci qəzet Dünyada aclıq böhranı Məryəm Bağırova yazır

525ci qəzet Dünyada aclıq böhranı Məryəm Bağırova yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Məryəm Bağırova

Dünyada aclıq böhranı, son illərdə daha da dərinləşən və bütün planetin diqqətini çəkən qlobal bir problemdir. Hər il milyonlarla insan, aclıq və qida çatışmazlığı səbəbindən həyatını itirir və bu, hər birimizi düşündürən bir məsələdir.

Aclıq böhranının əsas səbəblərindən biri, dünyadakı qida resurslarının qeyri-bərabər paylanmasıdır. Dünyanın bəzi bölgələrində qida istehsalı və mövcudluğu çox yüksək səviyyədədir, lakin bu qida, digər bölgələrdə yaşayan insanlara çatmır. İnsanların qida əldə etmək üçün kifayət qədər vəsaiti olmaması sosial-iqtisadi bərabərsizlik və ədalətsizlik nəticəsində daha da ağırlaşır.

Digər bir əsas səbəb isə müharibələr və siyasi qeyri-sabitlikdir. Müharibələr, yalnız insanların həyatını itirməsinə deyil, eyni zamanda qida istehsalını dayandırır, əkin sahələrini məhv edir və insanların yaşamaq üçün ehtiyac duyduğu resursları əlçatmaz edir. Siyasi qeyri-sabitlik və məcburi köçlər də aclıq böhranını şiddətləndirən amillərdir. Bu bölgələrdə insanların həyat şəraiti çox ağırlaşır və onlara qida yardımları belə çatdırılmaqda çətinliklər yaranır.

Təbii fəlakətlər və iqlim dəyişikliyi də aclıq böhranının yaranmasında mühüm rol oynayır. Quraqlıq, daşqınlar və fırtınalar kimi təbii fəlakətlər, əkin sahələrini məhv edir və qida istehsalını azaldır. Eyni zamanda, iqlim dəyişikliyi səbəbindən əkinçilik üçün əlverişli sahələr məhdudlaşır, bu da qida çatışmazlığını artırır. Dünyanın müxtəlif bölgələrində təbii fəlakətlərin artması, aclıq böhranını daha da dərindən hiss etdirir.

Bundan başqa, qida israfı da aclıq böhranının dərinləşməsinə səbəb olan faktorlardan biridir. Hər il milyardlarla ton qida israf edilir, halbuki bu qida ehtiyacı olan insanlara yönəldilə bilərdi. Qida israfının qarşısının alınması, düzgün istehlak vərdişlərinin formalaşdırılması və təhsil sahəsindəki təşviqlər, bu böhranın qarşısını almaq üçün vacib addımlar ola bilər.

Dünyanın bəzi bölgələrində aclıq, xüsusilə bir çox insanın gündəlik mübarizəsidir. Yəmən, Cənubi Sudan, Somali, Çad və Haiti kimi ölkələrdə hər gün minlərlə uşaq acından ölmək təhlükəsi ilə üz-üzə qalır. Bu uşaqların çoxu günlərlə yemək tapmadığı üçün bitkin vəziyyətdədirlər. Cənubi Sudan və Somali kimi ölkələrdə isə uşaq aclığının miqyası o qədər böyüyüb ki, milyonlarla körpə və uşaq, bədənlərinin ehtiyaclarını qarşılayacaq heç bir qida tapa bilmirlər.

Hər gün minlərlə uşaq bir çörək qırığı uğrunda həyatlarını riskə atırlar. Çad və Haiti kimi ölkələrdə isə quraqlıq və iqtisadi böhran uşaqların gələcəyini qaranlıq edir. Onlar günlərlə çöldə qida axtarır, bəzən o qədər ac qalırlar ki, sadəcə sağ qalmaq üçün mübarizə aparırlar. Aclıqdan əziyyət çəkən uşaqların böyük əksəriyyəti dərman tapmadığı üçün ölümün astanasına gəlirlər.

Gündəlik həyatımızda yeməyi artıq hesab edirik, atırıq, hətta bəzən “mən filan yeməyi bəyənmirəm” deyərək, naşükürlük edib bişirilən yeməyə bir növ minnət edirik, amma bir çox uşaq, hər gün yemək üçün mübarizə aparır. Bu uşaqların gözlərində, sadəcə çörək deyil, ümidin itməsi var. Onlar yalnız ac deyil, bir gələcəyə dair ümidi olmayanlardır. Bir çoxu məktəbə gedə bilmir, uşaqlıq sevinclərini heç vaxt dadmır, çünki hər gün, hər saat onları həyatda qalma mübarizəsi gözləyir. Onlar uşaqdırlar, amma hələ də heç vaxt oyun oynamağı öyrənməyiblər. Çünki hər gün dolanışıq uğrunda savaşırlar. Həyatlarında heç vaxt rəsmlər çəkə bilməyib, ya da normal bir paltar geyinməyiblər. Amma onlar hələ də   güclü olmağa çalışırlar.

Bu acı mənzərə, sadəcə qida çatışmazlığının deyil, insanlıq dramının da göstəricisidir. Hər gün milyonlarca uşaq, sadəcə yaşamaq üçün mübarizə aparır, ailələrinin qarşısında ümidli bir gələcək olmadığı halda... Bu vəziyyətin dəyişməsi, təkcə humanitar yardım deyil, eyni zamanda uzunmüddətli sülh və iqtisadi inkişaf tədbirlərini tələb edir. Uşaqların gələcəyini xilas etmək, bütün dünyamızın borcudur.

Dünyada aclıq problemini aradan qaldırmaq üçün həm fərdi, həm də dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirilməlidir. Fərdi səviyyədə, hər bir insan qida israfını azaltmalı, qalan yeməkləri hədər etməməli, bunun yerinə yardım üçün istifadə etməlidir. Aclıqla mübarizə aparan yerlərə qida və maddi yardım göndərmək vacibdir. Bununla yanaşı, aclıq problemini daha çox insana tanıtmaq və bu mövzuda maarifləndirmə aparmaq da böyük önəm daşıyır.

Dövlət səviyyəsində isə humanitar yardım və qida yardımları göndərilməsi vacibdir. Aclıq böhranını aradan qaldırmaq üçün beynəlxalq əməkdaşlıq etmək mütləqdir. Hər bir ölkə və beynəlxalq təşkilatlar bu məsələyə ciddi yanaşmalı və birgə həll yolları tapmalıdırlar. Bu uşaqlar bizim unutduğumuz, gördüyümüz, amma qorxduğumuz həqiqətləri xatırladır. Biz onların uğurlarını, gülüşlərini, arzularını əlindən alırıq. Onlara gələcək vəd edən bir dünya qurmaq bizim əlimizdədir. Özümüzü düşünərkən, bu uşaqları unutmayaq. Heç kəsin bu uşaqları unudaraq, öz həyatını davam etdirməsinə icazə verməyək. Aclıq, sadəcə qidanın olmaması deyil, insanların ümidlərinin bitməsidir. Gəlin, bu bitmiş ümidləri öz sevgimiz və dəstəyimizlə əvəz edək! 

Aclığa qarşı birləşək, hər nemətin dəyərini bilək və dünyanı daha işıqlı etmək üçün hərəkətə keçək!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:480
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri