Icma.az
close
up
RU
525ci qəzet Təmiz Dünya, Yaşıl Planet Məryəm Bağırova yazır

525ci qəzet Təmiz Dünya, Yaşıl Planet Məryəm Bağırova yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Məryəm Bağırova

Azərbaycan, tarix boyu mədəniyyət və zənginliklərin mərkəzi olmuş bir ölkə olaraq, bu gün qlobal ekoloji səhnədə də öz sözünü deyir. COP29 sammitinin Bakıda keçirilməsi, sadəcə bir tədbir deyil, xalqımız üçün böyük fəxr anıdır. Bu, Azərbaycanın yalnız enerji ölkəsi olaraq deyil, həm də yaşıl gələcək uğrunda qlobal məsuliyyət daşıyan bir dövlət kimi öz mövqeyini təsdiq edir. Bu tədbir vasitəsilə biz, ekoloji səylərimizi və yenilənə bilən enerji sahəsindəki uğurlarımızı bütün dünyaya nümayiş etdiririk. Azərbaycanın təbiətə olan qayğısı və davamlı inkişaf hədəflərinə olan bağlılığı, COP29 ilə bir daha təsdiqlənir. Bu qürurlu an, hər bir azərbaycanlının ürəyində yaşıl bir gələcəyəinam hissini gücləndirir.

Dünya kainatda həyat olan yeganə məlum planetdir. Nəticədə biz ana təbiətdən aldığımız hər şeyə hörmət etməli və qorumalıyıq. Biz ana təbiəti qorumalıyıq ki, gələcək nəsillər təhlükəsiz mühitdə yaşaya bilsinlər.

Yaşıl dünya, təmiz dünyanın simvoludur. İnsanların təbiətlə harmoniyada yaşadığı bir dünya, həm özümüzü, həm də gələcək nəsilləri qorumaq üçün ən vacib amildir. Təbiət, bizə həyat verən, bizi yaşadan və bəşəriyyəti irəlilətməyə güc verən bir qaynaqdır. Bu qaynağı qorumaq, təmiz saxlamaq hər birimizin borcudur.

Bugün, dünya sürətlə sənayeləşir, şəhərlər böyüyür, əhali artır və buna paralel olaraq təbiətə olan təsirimiz güclənir. Bəs, niyə təmiz bir dünya istəyirik? Çünki təbii sərvətlər tükənir, ekosistemlər məhv olur, su, hava və torpaq çirklənir. Bugünkü ekoloji problemlər arasında ən vacibləri iqlim dəyişikliyi, çirklənmə, biomüxtəlifliyin itirilməsi, meşələrin kəsilməsi, su qıtlığı, plastik tullantılarının artması və ozon qatının zədələnməsi kimi məsələlərdir. İqlim dəyişikliyi və qlobal istiləşmə, təbii fəlakətləri gücləndirir, çirklənmə və plastik tullantıları təbiətə zərər verir, meşələrin kəsilməsi və biomüxtəlifliyin azalması isə ekosistemləri pozur. Su qıtlığı və ozon qatının zədələnməsi isə insanların və təbiətin sağlamlığını təhdid edir. Bu gün Planetimizin “həyəcan siqnalı” çalır və oyanıb hərəkətə keçməyin vaxtıdır!

Yaşıl dünya isə, bu problemlərin həlli üçün ən yaxşı yoldur. Bu, suyu, havanı, torpağı qorumaq, ekosistemləri bərpa etmək və gələcək nəsillərə sağlam bir planet buraxmaq deməkdir. Hər birimiz bu yaşıl dünyada bir rol oynayırıq. Təmiz dünyaya gedən yol, kiçik addımlarla başlayır: plastikdən imtina etmək, təkrar emalı dəstəkləmək, sudan ehtiyatla istifadə etmək, şəhərlərdə yaşıl sahələri artırmaq, enerji qənaətinə diqqət yetirmək və təbiəti zəhərləyən maddələrdən uzaq durmaq.

Bizim üçün çox kiçik olan bir addımı atmaq dünyamız üçün olduqca əhəmiyyətli ola bilər. Məsələn, dünyada hər kəs ildə bir ağac əksəydi təxminən 7-8 milyard ağac olardı. Təbiət və ətraf mühitin qorunması barədə maarifləndirici kampaniyalar, insanların ekoloji məsuliyyətini artırmaq və onlara təbiətə qayğı göstərmənin vacibliyini çatdırmaq üçün təsirli bir yoldur. Sosial şəbəkələr, televiziya, radio və digər media kanalları vasitəsilə geniş auditoriyaya ekologiya ilə bağlı məlumatlar yayılaraq, təbiətə olan diqqət artırıla bilər. Bu kampaniyalar vizual materiallar, video çarxlar və informativ posterlərlə zənginləşdirilərək, insanlara təbiətə zərər verməmək və ətraf mühiti qorumaq üçün praktiki addımlar atmağı öyrədə bilər. Həmçinin, sosial şəbəkələrdə ekoloji həllərin təqdim edildiyi paylaşım və təşviqlər, geniş kütlənin maariflənməsinə imkan yaradır.

Yaşıl dünya, həm də insanın özünə verdiyi dəyəri göstərir. Təmiz bir dünya, yalnız ətraf mühiti deyil, insanın daxili aləmində də bir nizam yaradır. Bizim həyat tərzimiz, təbiətlə olan münasibətimiz, nə qədər təmiz və sadə yaşadığımızla bağlıdır.

Gələcək yaşıl bir dünya qurmaq istəyirsə, bu, yalnız böyük dövlətlər və müəssisələrin deyil, hər  bir fərdin öz məsuliyyətini hiss etdiyi bir proses olmalıdır. Bizim bu dünyaya verdiyimiz dəyər, onun bizə nə qədər çox təmiz dünya qaytaracağına təsir edir.

Yaşıl dünya, sadəcə bir məqsəd deyil, bir həyat fəlsəfəsidir. Təbii sərvətlərimizi qorumaq, təbiəti təmiz saxlamaq və gələcək nəsillərə yaşanılası bir planet buraxmaq, hər birimizin öhdəliyidir. Gəlin, yaşıl bir dünya qurmaq üçün bir araya gələk və təbiətə qarşı olan məsuliyyətimizi dərk edək. Çünki yaşıl planet, təmiz dünya yalnız bizim əlimizdədir!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:2596
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri