Icma.az
close
up
RU
Sosial medianın həyatımıza təsiri Məryəm Bağırova yazır

Sosial medianın həyatımıza təsiri Məryəm Bağırova yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məryəm Bağırova

Bu gün sosial media həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Sosial şəbəkələr bizə dünyaya açılan qapılar, yeni imkanlar və fərqlilikləri qəbul etmək üçün platformalar təqdim edir. Lakin bu gücün necə istifadə olunduğu, həyatımızı necə formalaşdıracağı bizdən asılıdır. Sosial media bizə həm fürsətlər təqdim edir, həm də təhlükələr yaradır. Bəs biz onu necə istifadə edirik? O, bizim rəhbərimiz olacaq, yoxsa biz onun sahibi olacağıq?

İnsanlar əvvəlki illərdə çox məhdud imkanlarla məlumat alır, yeni kəşflər etmək üçün güclü kitabxanalara, həmçinin sərmayə və zaman tələb edən səyahətlərə ehtiyac duyurdular. Bu gün isə sosial şəbəkələr və rəqəmsal platformalar hər kəsə – istər uzaq, istər yaxın olsun, eyni imkanları təqdim edir. Bir fərq var: hər birimiz bu imkanları necə istifadə etdiyimizə görə gələcəyimizi formalaşdırırıq. Bəlkə də sosial medianın ən böyük üstünlüklərindən biri, bütün dünyaya açılan bir pəncərə olmasıdır. Bu pəncərə vasitəsilə yalnız xəbərlər və məlumatlar deyil, həm də biliklər və təhsil sərhədsiz şəkildə əlçatan olur. İndi bizlər Google, Wikipedia, YouTube kimi vasitələrlə günün istənilən vaxtında milyonlarla informasiya resursuna çıxış əldə edirik. Bu, əvvəlki illərdə çox çətinliklə əldə olunan məlumatların indi bir neçə kliklə əldə edilməsi deməkdir. Bu, hər bir insana özünü inkişaf etdirmək və dünyadakı məlumatdan faydalanmaq şansı verir.

Sosial media, həmçinin öyrənməyi asanlaşdıran bir alətə çevrilib. Xeyli sayda pulsuz dərsliklər, tədris materialları, onlayn kurslar, vebinarlar – bütün bunlar sosial media platformalarında mövcuddur. Məsələn, bir zamanlar yalnız ənənəvi universitetlərə qəbul olmuş insanlar təhsilə sahib ola bilirdilər. İndi isə hər kəs öz öyrənmə səviyyəsini yüksəldə bilər. Əgər sosial mediaya baxsaq, burada istedadlı insanların sayını heç vaxt bitməyən bir çeşmə kimi görərik. Bu gün bir çox yaradıcı insan – rəssam, musiqiçi, yazar, videoçəkiliş ustası və s. – sosial şəbəkələrdə öz istedadlarını nümayiş etdirərək böyük uğurlar əldə edirlər. Bundan öncə, bu insanlar yalnız öz ətrafları tərəfindən tanınardılar, amma sosial media sayəsində qlobal bir kütləyə çıxmaq mümkündür.

Hər birimiz sosial mediada öz fikrimizi, işimizi, istedadımızı paylaşa bilərik. İnstagram, TikTok, YouTube və s. kimi platformalar sayəsində bir çox insan, hələ gənc yaşlarında, öz markalarını qurmağa başlayıb, karyeralarını çox erkən yaşda qurmağı bacarıb. Beləliklə, sosial media yalnız zaman keçirmək və ya boş vaxtın dəyərləndirilməsi üçün deyil, həm də çox böyük yaradıcılıq və peşəkar imkanlar təqdim edən bir vasitədir.

İndi dünyanın hər bir yerindən insanlarla asanlıqla əlaqə qurmaq, müxtəlif mədəniyyətlər haqqında məlumat əldə etmək və hətta beynəlxalq layihələrdə iştirak etmək mümkündür. İstər iş sahəsində, istərsə də şəxsi inkişafda sosial media bizə təcrübə mübadiləsi və əlaqələr qurmaq üçün böyük bir platforma təqdim edir. Bundan əlavə, müxtəlif müzakirələr, forumlar və onlayn qruplar vasitəsilə müxtəlif fikirlərlə qarşılaşmaq, yeni ideyalar yaratmaq, birlikdə düşünmək və inkişaf etmək mümkündür.

Sosial şəbəkələr bir aynadır. Biz ona baxanda özümüzü görürük, amma bəzən bu görüntü bulanıq ola bilər. Bu platformalar bizə informasiya, əlaqələr, imkanlar təqdim edir. Lakin onları necə istifadə edəcəyimiz bizim seçimimizdir. Burada İsa Peyğəmbərin bir gün şagirdləri ilə rast gəldiyi mənzərə yada düşür: yolda çürümüş bir it cəsədi var idi. Hər kəs iyrənərək üz çevirdi, lakin İsa peyğəmbər dayandı və dedi: “Görün itin dişləri necə parlaqdır!” Sosial şəbəkələr də bu prinsiplə işləyir. Orada mənfi tərəflər var - dezinformasiya, tənhalıq, manipulyasiya. Amma eyni zamanda, orada bilik var, dostluq var, yeni imkanlar var. Əsas məsələ sosial medianın yaxşı və ya pis olması deyil. Əsas məsələ bizim orada nə axtardığımız və nə tapmaq istədiyimizdir. Əgər biz faydalı olanı seçsək, sosial şəbəkələr bizi gücləndirəcək. Əks halda, o, bizi tükədəcək. Bu artıq texnologiyanın deyil, insanın seçimidir. İsa peyğəmbərin əhvalatında olduğu kimi, sosial mediada həm iylənmiş  cəsəd, həm də içində parlayan  gözəllik ola bilər. Onun hansı tərəfini görəcəyimiz bizim seçimimizdən asılıdır.

Bu gün sosial media bizə dünyaya açılan qapılar, biliklərə sərhədsiz çıxış, yeni imkanlar və uğur qazanmaq üçün saysız fürsətlər təqdim edir. Eyni zamanda yanlış istifadə olunduqda bizi reallıqdan uzaqlaşdırır, xoşbəxtliyimizi, azad düşüncəmizi, hətta insanlığımızı əlimizdən ala bilər. O, bir alətdir – bir qılınc kimi. Onu qorumaq, inkişaf etdirmək üçün istifadə edə bilərik, ya da onu özümüzə yönəldib zərər verə bilərik. Əvvəlki nəsillərlə müqayisədə biz daha böyük imkanlara sahibik. Məlumat almaq üçün saatlarla kitabxanalarda vaxt keçirmək, uzaq səfərlərə çıxmaq məcburiyyətində deyilik. Dünya indi bir klik qədər yaxındır. Ancaq bu asanlıq bizi süstləşdirməməlidir. Əksinə, biz bu fürsətləri dəyərləndirib özümüzü inkişaf etdirməliyik.

Sosial media bizim xidmətçimiz olmalıdır, ağamız yox. Onu düzgün istifadə etsək, o, bizi zirvələrə qaldırar. Əks halda, onun əsirinə çevrilərik.

Əsl sual budur: Biz sosial medianı idarə edirik, yoxsa o bizi?

Gələcək bu suala verdiyimiz cavabdan asılıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:1560
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri