Icma.az
close
up
RU
525ci qəzet “Əməkdar incəsənət xadimi Aydın Kazımzadə” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

525ci qəzet “Əməkdar incəsənət xadimi Aydın Kazımzadə” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Milli kitabxanada kino salnaməmizin yorulmaz tədqiqatçısı Aydın Kazımzadənin 85 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi Aydın Kazımzadə” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

525.az xəbər verir ki, sərgidə kinoşünas Aydın Kazımzadənin müəllifi olduğu milli kino tariximizi tədqiq edən fundamental əsərləri, ön söz və rəy verdiyi, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Azərbaycan kinoşünası, Əməkdar incəsənət xadimi Kazımzadə Aydın Ələsgər oğlu 1940-cı il yanvar ayının 15-də Bakı şəhərində anadan olub. 1963-cü ildən kinematoqrafiya sahəsində çalışır.

Azərbaycanda kino mətbuatının yaradıcısı Aydın Kazımzadə "Kino" qəzetinin və "Film" jurnalının baş redaktoru, Azərbaycan Dövlət Kinemotoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, Az.TV-də dublyaj şöbəsinin müdiri, “Azərkinovideo” İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Filmfondunun direktor müavini, baş mütəxəssisi vəzifələrində çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.

1997-ci ildən indiyədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Kino tarixi fənnindən dərs deyir.

Aydın Kazımzadə xalqımız və dövlətimiz üçün çox böyük işlər görmüş vətənpərvər kino fədaisi, əsl mənada, ziyalı bir insandır. Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması, həmçinin, Azərbaycanda animasiya kinosunun  yaranma tarixinin 1933-cü ilə aid olması faktlarının üzə çıxarılıb sübuta yetirilməsi və sabiq prezident Heydər Əliyev tərəfindən verilən sərəncamla 2 avqustun Kino İşçiləri Günü elan edilməsi Aydın Kazımzadənin adı ilə bağlıdır. 

Kinoşünas Aydın Kazımzadənin ərsəyə gətirdiyi əsərlər  - “Azərbaycan kino salnaməsi: iki cilddə”, “Azərbaycan kinosu: filmlərin izahlı kataloqu 1898-2002: 2 cilddə”, “Azərbaycan kinosu. Ensiklopedik lüğət: iki cilddə”, “Heydər Əliyev və kinematoqraf”, Azərbaycan kinematoqrafcısının həyat və yaradıcılığına həsr edilmiş “Azərbaycan kinematoqrafçıları”, Böyük Vətən müharibəsi dövründə Azərbaycan kino işçilərinin ön cəbhədə  çəkilişlər aparmalarından bəhs edən “Azərbaycan kinosu və müharibə” və s. əsərlər kino tariximizin əsl salnaməsidir.

Aydın Kazımzadə həm də bir neçə sənədli filmin müəllifidir.

Milli kino arxivinin yaradıcısı Aydın Kazımzadənin Azərbaycan kino sənətinin inkişafındakı səmərəli xidmətləri qiymətləndirilib. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən Əməkdar mədəniyyət işçisi (2000), Əməkdar incəsənət xadimi (2005) fəxri adlarına layiq görülüb, “Humay”, “Qızıl qələm”, “Qızıl çıraq” mükafatları laureatıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Yanvar 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri