Icma.az
close
up
RU
525ci qəzet Ermənistan öz təxribatları ilə Azərbaycanı adekvat addım atmağa təhrik edir Ekspert

525ci qəzet Ermənistan öz təxribatları ilə Azərbaycanı adekvat addım atmağa təhrik edir Ekspert

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uzun müddət idi Azərbaycan-Ermənistan şərti sərhədində atəşkəs pozuntusu qeydə alınmırdı. Həm Azərbaycan, həm də Ermənistan cəmiyyəti sülh sazişi gözləntisində olsalar da, görünən odur ki, Ermənistan sadəcə sözdə sülh sazişinin imzalanmasına və müzakirələrə hazır olduğunu nümayiş etdirir, arxa planda isə vaxt qazanaraq sürətli silahlanma ilə məşğuldur.

Bu barədə 525.az-a hərbi ekspert Elxan Şıxəliyev Ermənistanın Laçındakı son təxribatına münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, İrəvan tərəfi bu kimi təxribatların törədilməsi ilə Azərbaycanı adekvat addım atmağa təhrik edir: “Söhbət ondan gedir ki, bizim coğrafiyamızda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, sülh sazişinin imzalanmasında maraqlı olmayan, İrəvanı dəstəkləyən və sürətli şəkildə silahlandıran dövlətlərin də əsas məqsədlərindən biri Ermənistanı nə sülh, nə də müharibə şəraitində saxlamaqdır. Çünki atəşkəs halı elə bir vəziyyətdir ki, atəşkəs sülh sazişinə də çevrilə bilər, müharibəyə də çevrilə bilər. Ermənistan onu dəstəkləyən qüvvələr, xüsusən də Fransa və onun moderatorluğu ilə Hindistan, Yunanıstan, ABŞ tərəfindən kütləvi silahlandırması nəticəsində özünü inandırıb ki, artıq güclü bir vəziyyətə gəlib və Azərbaycanla istər şərti sərhəddə, istərsə də informasiya cəbhəsində istədiyi kimi davrana bilər. Ermənistanı cəsarətləndirən qüvvələr də buna onu təhrik edirlər”.

Hərbi ekspert əlavə edib ki, 2025-ci il demək olar ki, atəşkəsin pozulması ilə başladı, bununla biz Ermənistanın təhriki ilə gərginliyin artacağı bir mərhələyə keçmiş oluruq: “Əgər atəşkəs pozulursa, demək ki, burda maraqlı qüvvələr var və həmin maraqlı qüvvələr də Ermənistan ərazisində bir çox ölkənin, xüsusən də fərqli cəbhələrdə olan ölkələrin qüvvələridir. Belə ki, Rusiya silahlı qüvvələri, ən azından 102-ci hərbi baza, Rusiya Fedral Sərhəd Xidmətinin nümayəndələri Ermənistan ərazisindədir. Fransadan, ABŞ-dan olan müşahidəçilər, məsləhətçilər də həmçinin, onlar Ermənistan Müdafiə Nazirliyində ən yüksək səviyyədə təmsil olunurlar.  VOMA, “Yerparak” kimi dəstələr daha çox şərti sərhəddə təxribatın törədilməsində maraqlıdırlar, deyirlər ki, Ermənistan hökuməti onara cavabdeh deyil və yaxud olar hökumətin tabeçiliyində deyillər. Bu səbəbdən bir çox fərqli güclərin Ermənistan ərazisində Azərbaycana qarşı təxribat törətmək niyyətləri var”.

E.Şıxəliyev əlavə edib ki, Rusiya-Ermənistan münasibətləri kəskin bir fazaya keçib. Buna görə də süh sazişinin imzalanması ən yaxşı variant olduğu halda, Ermənistan bunu yaxın zamanlarda edəcəyinə dair mesajlar vermir. Ekspertə görə, təxribatlar onu göstərir ki, Ermənistan və yaxud onu dəstəkləyən qüvvələr Cənubi Qafqazı yenidən münaqişə mənbəyənə çevirmək istəyirlər: “Təbii ki, indi Azərbaycan Prezidentinin ilin sonunda Ermənstan tərəfinə verdiyi mesajlar, bu il üçün hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artıraraq 8, 4 milyard manata çatdırılmasına səbəb də Ermənistanın bu yanaşmasıdır. Onu da xüsusi vurğulamaq lazımdır ki, indi silahlanma yarışında Ermənistanın nə Azərbaycanla rəqabət aparması, nə də silahlı qüvvələrini Azərbaycanla üçüncü müharibənin aparılması vəziyyətinə gətirmək imkanları var. Mesajlar açıq və konkretdir, Ermənistan nəyi seçəcəksə, sahədə də ona hazır olmalıdır”.

Pəranə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Yanvar 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri