Icma.az
close
up
RU

525ci qəzet Qarşılıqlı olaraq məhkəmə iddialarından imtina sülh müsbət təsir göstərəcək Mətin Məmmədli

525.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev Rusiya mətbuatına müsahibəsində sülh sazişində razılaşdırılmayan iki bəndi açıqladı. Bunlardan biri qarşılıqlı olaraq beynəlxalq məhkəmələrə ünvanlanan iddialardan imtina etməklə bağlıdır. Bu, bizim üçün ona görə vacib və əhəmiyyətlidir ki, beynəlxalq məhkəmələrdə hüquqi çəkişmələr on illərlə  davam edə bilər və belə hal Azərbaycan dövləti, diplomatiyası üçün izafi yükdür, əlavə problemlərdir.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli deyib.

Ekspertə görə, onu da nəzərə almaq lazımdır ki, bir sıra dairələr, dövlətlər var ki, Ermənistanla Azərbaycan arasındakı hüquqi çəkişmələrdən məhz ölkəmizə qarşı gələcəkdə mütamadi olaraq istifadə etməyə çalışacaqlar: ”Bu, eyni zamanda iki ölkə arasında, regionda  davamlı sülhün formalaşmasına da mənfi təsir göstərən neqativ amildir, neqativ faktordur. Açığı bizim bu şərtimiz müəyyən mənada Ermənistan üçün də kompromis variantdır və qəbuledilən olmalıdır. Çünki Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, dövlət başçısının da müsahibəsində qeyd etdiyi kimi hesablamalara görə, 150 milyard dollardan çox zərər vurub. Əgər bu iddiaları davam etdirsək, Ermənistan üçün də əlavə problemlər yaradacaq. Ona görə də cənab Prezidentin vurğuladığı kimi bizim mövqeyimiz ondan ibarətdir ki, qarşılıqlı olaraq məhkəmə iddialarından imtina edək. Bu, sülh prosesinə yalnız müsbət təsir göstərə bilər”.

Üçüncü qüvvələrlə bağlı ikinci müddəaya gəlincə, ekspert bildirib ki, regionda kənar qüvvənin Ermənistanda hərbi siyasi mövcudluğu Cənubu Qafqazın təhlükəsizlik mühütinə yalnız mənfi təsr göstərir. Konkret olaraq Azərbaycan Ermənistan şərti sərhədində iki ildən artıq müddət ərzində Avropa İttifaqı müşahidə missiyası fəaliyyət göstərir: “Mülki müşahidə missiyası olsa da, hərbləşdirilmiş qüvvəyə çevrilir. Yəni orda artıq müxtəlif  dövlətlərin hərbçiləri, kəşfiyyatçları təmsil olunurlar. Onların  fəaliyyətinə nəzər salsaq görərik ki, regionda sülhə xidmət etmirlər. Ümumilikdə üçüncü qüvvənin Ermənistan ərazisində olması, xüsusilə Azərbaycanla şərti sərhəddə mövcudluğu iki ölkə arasında əlavə problemlər yarada bilər. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionda üçüncü qüvvələrin hərbi-siyasi mövcudluğu olmasın”.

Ekspert sülh müqaviləsinin imzalanması üçün Bakının iki şərtinə də toxunub: “Ermənistan ilk növbədə Konstitusiya dəyişikliyinə getməlidir. Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Konstitusiyanın preambula hissəsini dəyişdirməlidir. Bu olmadan hesab edirik ki, iki ölkə arasında davamlı sülhü əldə etmək mümkün deyil.  Sülh müqaviləsi imzalansa belə, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən qanunvercilik sənədləri qalsa, hakimiyyətə gələn yeni qüvvələr  həmin sənədlərə istinad edib, yenidən Azərbaycanla münaqişəyə, müharibəyə gedə bilərlər və bu bir növ münaqişə ocağı ehtiva edən məqamdır. Azərbaycan sülhün davamlı olmasında maraqlıdır, bunun üçün də ilk növbədə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından qanunvericilik səviyyəsində imtina etməlidir”.

M.Məmmədli əlavə edib ki, dövlət başçısı ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı məsələyə də toxundu: “Bu, münaqişənin həlli məqsədi ilə yaradılmış beynəlxalq format idi. Münaqişə həll olunub, buna görə də artıq belə bir beynəlxalq strukturun qalmasna ehtiyac yoxdur. Azərbaycanın mövqeyi məntiqə əsaslanır. Ermənistana təklif edirik ki, faktiki olaraq işləməyən bu formatın hüquqi olaraq ləğvi ilə bağlı birgə addım ataq. Təəssüf ki, Ermənistan bu məsələdə də qeyri-müəyyən mövqeyini davam etdirir”.

Növbəti il üçün sülh sazişinin imzalanması ehtimalına gəlincə, ekspert hesab edir ki, 2025-ci ildə Paşinyan istərdi ki, sülh sazişi imzalansın: “Ancaq Azərbaycanın irəli sürdüyü müəyyən şərtlər var, o şərtləri qəbul etməkdə Paşinyan hökuməti çətinlik çəkir və həmin şərtlər çərçivəsində sülh müqaviləsini imzalamağa hazır deyil. Həmin şərtlər əsasında sülh sazişinin imzalanmasını Paşinyan seçkilərdə özünə müəyyən mənada təhlükə kimi də görür, hesab edir ki, bu, reytinqinə mənfi mənada təsir göstərə bilər. Düşünürəm ki, Paşinyanda və ətrafında ciddi tərəddüdlər var. O, istərdi ki, arzuladığı şərtlərlə sülh sazişini imzalasın, Ermənistan cəmiyyətinə göstərsin ki, nəhayət sülh müqaviləsi imzaladı, Azərbaycanla, Türkiyə ilə kommunikasiyalar açılır, təcavüzkar siyasətinə görə düşdüyü təcrid vəziyyətindən çıxır. Yəni bunu piar olaraq istifadə etmək istəyərdi. Amma Azərbaycanın beynəlxalq hüquqa, məntiqə əsalanan tələbləri, şərtləri var, onlar çərçivəsində sülh müqaviləsinin imzalanmasının tərfdarıyıq. Ermənistan bu şərtləri və tələbləri qəbul edəcəksə, sülh müqaviləsini növbəti ildə imzalaya bilərik”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri