Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

525ci qəzet Laçın təxribatında Ermənistanın daxilindəki bəzi dairələr də maraqlı ola bilər Mətin Məmmədli

525ci qəzet Laçın təxribatında Ermənistanın daxilindəki bəzi dairələr də maraqlı ola bilər Mətin Məmmədli

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Ermənistanın Laçın istiqamətindəki təxribatı ilə bağlı müəyyən ehtimallar irəli sürmək olar. Hesab edirəm ki, təxribatın törədilməsində Ermənistan daxilində də müəyyən dairələr maraqlı ola bilər. Eyni zamanda, kənar təsirlər də istisna deyil. Nəzərə almaq lazımdır ki, Ermənistan sözün bütün mənalarında müstəqil dövlət deyil və bu səbəbdən də düşünürəm ki, Ermənistanın bu təxribatında kənar təsirlərin olması mümkündür.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli deyib.

Təxribatların geniş xaraker ala bilməsi ehtimalına gəlincə, ekspert bunu istisna etməyib: “Ümumiyyətlə iki ölkə arasında münasibətlər normallaşmayıbsa, sülh sazişi imzalanmayıbsa, istər fraqmental, lokal xaraketli olsun, istərsə də genişmiqyaslı hərbi əməliyyatların münaqişəyə çevrilmə ehtimalı mümkündür. Nəzərə almaq lazımdır ki, münaqişə bitsə də hər halda iki ölkə arasında kifayət qədər ciddi problemlər qalmaqdadır. Və o problemlər həllini gözləyir. Qeyd etdiyim kimi iki ölkə arasında sülh yoxdursa, onda münaqişə ehtimalını da hər zaman nəzərə almalıyıq”.

Prezidentin il sonundakı xəbərdarlığına toxunan M.Məmmədli bildirib ki, dövlət başçısının bu məsələyə xüsusi toxunması səbəbsiz deyil: “Son illərdə Ermənistan intensiv olaraq silahlanır və bu bizi Azərbaycan dövləti olaraq müəyyən mənada narahat edir. Çünki Ermənistan vaxtilə təcavüzkar siyasət həyata keçirib, daha dəqiq desək, qonşu ölkənin, yəni bizim ərazilərimizi işğal edən, 30 il bu işğalı davam etdirən bir ölkədir və vurğuladığım kimi, sülh sazişi hələ imzalanmayıb. Onu da yada salmaq lazımdır ki, bu ölkə daxili qanunvericlik sənədlərində Azərbaycana qarşı hələ də ərazi iddialarını davam etdirir və revanşizm meyillərinin güclü olduğu bir cəmiyyətə malikdir. Belə bir ölkənin silahlanması əlbəttə ki, Azərbaycan tərəfindən təhdid kimi qəbul olunur və bu təhdidə də Azərbaycan təbii ki, laqeyd qala bilməz. Hesab edirəm ki, Ermənistan tərəfi də bu məqamı nəzərə almalıdır ki, Azərbaycan uzun müddət prosesə laqeyd yanaşmayacaq, yəni Ermənistanı silahlandıran ölkələr də Azərbaycanın mövqeyini nəzərə almalıdırlar”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yanvarın 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Eyni hal bir gün sonra, yanvarın 6-da da təkrarlanıb. Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Yanvar 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri