Icma.az
close
up
RU
525ci qəzet Yeni dələduzluq növləri So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525ci qəzet Yeni dələduzluq növləri So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Elxan Şahinoğlu, politoloq:

- Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibəyə Ermənistandan müxtəlif reaksiyalar gəlib. Ermənistan mediasında "Əliyev Makrona meydan oxuyur", "Əliyev Ermənistanı təhdid edir" başlıqları ilə yayımlanan xəbərlərdə İlham Əliyevin Azərbaycanın hərbi büdcəsinin artımı və hərbi sahədə Ermənistanın Azərbaycanla ayaqlaşa bilməyəcəyi barədə fikirlərinə geniş yer ayrılıb. Halbuki İlham Əliyev müsahibədə onu da bildirib ki, Fransa, Hindistan və ABŞ Ermənistanı sürətlə silahlandırmasaydılar, Azərbaycan 2025-ci ildə hərbi xərcləri 5 milyard dollar civarında artırmazdı. Ermənistan Parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov İlham Əliyevin Avropa müşahidə missiyası ilə bağlı tənqidi sözlərinə belə reakiya verib: "İlham Əliyev NATO-dan şikayət etdiyi halda NATO üzvü Türkiyənin dəstəyi ilə Şuşanı ələ keçirdi. Azərbaycan NATO üzvü Türkiyədən silah ala bilər, Ermənistan qardaş Yunanıstandan silah ala bilməz?"

İlham Əliyev müsahibəsində Yunanıstanın adını çəkməyib, dövlət başçısı Ermənistanı silahlandıran 3 dövlət - Fransa, Hindistan və ABŞ-ın ismini hallandırıb. Əlbəttə, Şarmazanovun təbirincə desək, qardaş Yunanıstan hər zaman Ermənistanı dəstəkləyib, ancaq bu ölkənin elə güclü hərbi-sənaye kompleksi yoxdur ki, qardaşına hərbi texnika göndərsin. Bir də bu erməni siyasətçilər müharibə günlərində olduğu kimi "Azərbaycan tərəfdən Türkiyə və Suriyadan gətirilən silahlılar savaşırdı" nağılını hələ də səsləndirməkdə davam edirlər. Qarabağın tamamı kimi Şuşanı da azərbaycanlı hərbçilərin azad etdiyini qəbul etmək istəmirlər, indiyənə kimi "necə oldu ki, istehkam şəhər olan Şuşanı nəzarətdə saxlaya bilmədik" sualını az aralarında səsləndirməkdə davam edirlər. Reallığı qəbul etmək istəmirlər.

Fərid Pərdəşünas, texnobloger:

- Son günlərdə yayılan bir neçə ciddi dələduzluq növləri var, diqqətli olun ki, qurban olmayasınız:

* Mobil operator adından saxta zəng edilir, nömrənizin 5G şəbəkəsinə keçiriləcəyini deyib, smartfona göndərilən linkdəki faylı (yükləməniz) açmanız tələb olunur və cihaza müdaxilə edilir. 1 saat ekran qaralır və bank hesabları boşaldılır (Bu məsələ müəmmalıdır, zərərçəkənlər var, metodu araşdırıram, dəqiqləşmiş məlumat bölüşəcəm);

* Saxta "Instagram" alış-veriş səhifələri var. Ucuz qiymətə geyim və məhsullar təklif edir. Say azlığı və müştəri çoxluğunu qeyd edib, ödənişi öncədən alırlar. Kuryerlə göndərəcəklərinə söz versələr də, ən yaxşı halda sizi bloka atacaqlar.

Asif Nərimanlı, jurnalist:

- Əliyev Kiselyova müsahibəsində Ermənistanla sülh sazişi sənədinin 17 maddəsinin 15-nin razılaşdırıldığını, ikisinin razılaşdırılmadığını bildirib. Bu, sülh sazişində razılaşdırılan və razılaşdırılmayan maddələrlə bağlı Bakıdan ilk rəsmi açıqlamadır.

İndiyə qədər Ermənistan mütəmadi olaraq bu haqda danışırdı, lakin Paşinyan da daxil olmaqla erməni rəsmilər "razılaşdırılmayan maddələrin" nələri ehtiva etdiyini gizlədirdi. Əliyev isə bütün detalları açıqladı və iki maddənin nədən ibarət olduğu aydın oldu:

- Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası;

- Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi: Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinin dayandırılması.

Kazan görüşündə tərəflər hər iki maddə üzrə razılaşa biləcəklərini nümayiş etdiriblər.

Birinci maddə - beynəlxalq iddialardan imtina məsələsində razılaşma mümkün görünür, çünki İrəvanın bundan imtina etməsi Azərbaycana vurulan zərərin - təqribən 150 milyard dollar - ödənilməsi reallığı ilə üzləşməsi deməkdir. Əliyev bununla bağlı xəbərdarlıq mesajı göndərdi.

İkinci maddənin - Aİ-nin müşahidəçilərinin bölgədən çıxarılmasının Cənubi Qafqazda güc balansını tamamilə dəyişə biləcək amil olduğunu nəzərə alsaq, bu məsələdə razılaşma asan görünmür.

Azərbaycanın da iştirakı ilə əldə olunan ilk razılaşmaya görə, müşahidəçilərin bölgədəki missiyası iki ay müddətində nəzərdə tutulsa da, sonrada bu müddət uzadıldı və say tərkibi artırıldı. "Müşahidəçi" adı altında 1500 nümayəndənin olduğu haqda məlumatlar var və iştirakçı ölkələrə baxdıqda, xüsusilə Aİ üzvü olmayan Kanadanın timsalında, Əliyevin də dediyi kimi, sərhədimizdə NATO missiyasının fəaliyyət göstərdiyini demək mümkündür. Bakı İrəvandan bu missiyaya son qoyulmasını tələb edir. Lakin bunun tamamilə İrəvanın iradəsindən asılı olduğunu demək çətindir.

Aİ-nin müşahidə missiyası gələn ilin fevralında başa çatır. Brüssel müddətin uzadılmasında maraqlıdır, 2025-ci ildə Aİ-yə rəhbərlik edəcək Polşanın prezidenti Andjey Dudanın Arazdəyənə səfəri, Fransa başda olmaqla Avropa ölkələrinin İrəvandakı səfirlərinin sərhəddə müşahidəçilərlə intensiv görüşü də bundan qaynaqlanır. İstisna deyil ki, missiyanın uzadılması məsələsi tezliklə Aİ-də müzakirəyə çıxarılacaq və yekdil qərarın çıxarılmasına çalışacaqlar.

Çünki Aİ müşahidəçiləri Qərbin Cənubi Qafqazda mövcudluğunun əsas platformalarından biridir. Gürcüstanda "Gürcü arzusu"nun qələbəsi və Avropanın əsas ümidi olan Zurabişvilinin yerinə yeni prezidentin seçilməsindən sonra Ermənistan və bu ölkədəki Aİ missiyasının Qərb üçün əhəmiyyəti daha da artıb.

Bakının missiyanın çıxarılması istiqamətində iki gedişi qalır:

1. Macarıstan üzərindən Aİ-də yekdil qərarın çıxarılmasının qarşısını almaq: missiyanın müddətinin uzadılması ittifaqın 27 üzv dövlətinin yekdil qərarından asılıdır, hərçənd, nəticənin əldə edilməsi asan görünmür;

2. Ermənistan qarşısında şərt kimi irəli sürmək. Ki, Bakının iki tələbindən biri budur və İrəvan bunu etmədiyi müddətdə sülhün imzalanması da üfüqdə uzaqlaşır;

Hərçənd, hər şey bununla da bitmir. Bakının daha iki tələbi var.

- Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan Konstitusiyanın dəyişdirilməsidir;

- ATƏT-in de-fakto mövcud olmayan Minsk qrupunun de-yure ləğv edilməsi üçün Ermənistanın Azərbaycanla eyni mövqedən çıxış etməlidir.

Ermənistan Minsk qrupu məsələsində razılaşa bilər, lakin bundan hələ ki danışıqlarda "əlini gücləndirmək" üçün kart kimi istifadə edəcəyi görünür. Konstitusiyanın dəyişdirilməsi isə qarşıdakı iki ildə nəzərdə tutulur.

Nəticə: Bakının tələbləri qəbul edilmədiyi müddətdə İrəvanla yekun sülh uzaqdadır.

İradə Tuncay, Əməkdar jurnalist:

- Cavanlar bilməz, deyim də. İkinci Dünya müharibəsindən sonra qüdrətli Almaniya parçalanmışdı iki yerə. Biri rusların hakimiyyətinə tabe idi, biri Sem dayının. Parçalansa da, Almaniya idi də... Rus Almaniyasının (biz QDR deyirdik) son illərdə bir lideri vardı - Erik Honekker. Çox uzun söhbətdi, lakonik deyim - sovet dağılanda bu yetim Honekker də qaldı ortalıqda. Bir az Moskvada səfirliklərdə gizləndi, sonra məcbur apardılar Berlinə. Sonra getdi Çiliyə. Rus yiyə durmadı. Brejnev elə qucaqlayırdı, elə öpürdü ki, bir vaxtlar...

Sovet dağıldı, Almaniya birləşdi və Honekker bitdi...

Əfqanıstan haqqında da eşitmisiz yəqin. 79-cu ildə sovet girmişdi ora, "onların xahişi ilə". Kabuldan o tərəfə gedə bilmədi... Hakimiyyət dəyişdi, vəziyyət dəyişmədi. 89-cu ildə qoşunları çıxarmağa məcbur oldular. 91-də sovet dağıldı.

Onların da bir liderləri vardı - Nəcibulla. Bədbəxt... 96-cı ildə gizləndiyi yerdən, BMT-nin missiyasından çıxarıb asdılar... Amma əvvəl öpürdü ruslar...

Öpüşə, qucaqlaşmaya fikir verməyin... Hövsan boyda yerin "prezidenti" deyirdi yetim Araik özünə...

Bəşəri də öpürdülər... Aqibəti məlum...

Mir Səməd, bloger:

- Rusiyada ali məktəbə daxil olanlar arasında bu il sorğu keçirilib. Tələbələrin yalnız səkkiz faizi Volqa çayının Xəzər dənizinə töküldüyünü bilib. Qalanları cavab verə bilməyib. Sovet dövründə oxumuş insanların isə 67 faizi bu suala doğru cavab verib.

Qoqolun "Ölü canlar" əsərindəki Çiçikov kimi öldürüb" sualına isə yalnız 7 faiz tələbə heç kimi cavabını verib.

Bu faktlar bu gün dövlət başçısının iştirakı ilə keçirilən müşavirədə səslənib.

Sovet sistemini çox söymək olar. Amma sovet təhsili həqiqətən də yüksək səviyyədə idi, şagird və tələbələrin hərtərəfli biliklərə yiyələnməsinə şərait yaradırdı.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Nə üçün Starlink Azərbaycanda fəaliyyətə başlaya bilmir?

Qazaxıstan, Gürcüstan və Ukraynada Starlink artıq xeyli müddətdir ki, fəaliyyət göstərir. Qazaxıstanda hətta Starlink yüzlərlə ucqar məktəblərə də internet xidmətləri verir.

Bir neçə gün öncə Starlink Ermənistanda fəaliyyətə başlamaq üçün tənzimləyici qurumlardan lisenziyalarını alıb.

Azərbaycanda isə vəziyyət fərqlidir.

Starlink rəsmiləri bəlkə də Ukraynadan sonra ilk olaraq Azərbaycana gəlmişdilər. Onlar Bakıda olublar, "Azercosmos" rəhbəri ilə görüşüblər.

Nazir Rəşad Nəbiyev ötən il İlon Maskla, bir neçə ay öncə isə daha bir Starlink rəsmisi ilə görüşüb.

2022-ci ilin dekabr ayında "Starlink Azerbaijan" MMC qeydiyyata alınıb.

2023-cü ilin may ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə  SpaceX arasında Starlink-in internet xidmətlərinin Azərbaycanda əlçatan olması ilə bağlı müqavilə imzalanıb.

Amma buna baxmayaraq, Starlink-in fəaliyyətə başlaması gecikir.

Yəni görünən odur ki, RİNN, İKTA və Azərkosmos tərəfdən Starlink üçün hansısa texniki-texnoloji tələblərin olacağı ağlabatan deyil.

Belə olan halda düşünmək olar ki, Starlink qanunvericilikdə nəzərdə tutulduğu qaydada DTX-dan hələlik icazə ala bilməyib.

Xatırladıram ki, mövcud qanunvericiliyə görə DTX, beynəlxalq rabitə xidmətlərinə lisenziya almazdan öncə operatorlardan təhlükəsizliklə bağlı öncədən müəyyən olunan tələblərin yerinə yetirilməsi ilə bağlı zəruri avadanlıqların quraşdırılmasını tələb edir. Məhz bundan sonra operatorlar bu icazəni təqdim etməklə lisenziya üçün müraciət edə bilirlər.

Beləliklə, güman etmək və düşünmək olar ki, Starlink bu tələbləri yerinə yetriə bilmədiyindən hələlik belə bir icazəni ala bilməyib.

Maraqlıdır ki, bu gecikmə ilə bağlı "Azercosmos" da heç bir açıqlama verməyib.

Bəlkə də bizim bilmədiyimiz digər problemlər ola bilər.

Medianın bu məsələni diqqətdə saxlaması və aidiyyəti qurumlardan sorğulaması faydalı olardı.

Yəni görünən odur ki, Azərbaycanda bu proses ləngiyir.

Amma əslində peyk internet üçün prosesə ilk başlayanlardan biri də biz olmuşduq.

Düşünürəm ki, həm bir alternativ olaraq, həm də ucqar bölgələrdə yaşayan insanlar üçün, təhsil və mədəniyyət qurumları üçün  Starlink ölkənin rəqəmsal inkişafına böyük töhfə verə bilər.

Ümid edirik ki, bu gecikmə tezliklə aradan qaldırılacaq və Azərbaycan da peyk internetindən yararlanan ölkələr sırasında yer alacaq.

Xatırladıram ki, Starlink peyk internet xidməti hazırda 113 ölkədə fəaliyyət göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri