Icma.az
close
up
RU
525ci qəzet Humay, sən parlaq bir şamsan...

525ci qəzet Humay, sən parlaq bir şamsan...

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Kler BEBBİNQTON
London

Qızımız Humay Quliyeva Azərbaycanın müasir tarixinə Dirçəliş günü kimi daxil olan 17 noyabrda dünyaya gəlib. Qısa həyatı boyu Vətənimizi və vətəndaşımızı həmişə, hər yerdə ən yaxşı cəhətləri, keyfiyyətləri ilə təmsil etməyə, tanıtmağa çalışıb.

Humay dünyadan parlaq meteor kimi gəlib keçdi. İşığı, istisi, nuru ilə heç zaman solmayan izlər buraxdı. Ailəmiz onun xeyirxah, nəcib xeyirsevərlik işini davam etdirməyə çalışır.

Artıq iki ildən çoxdur ki, əsas kapitalını Humayın zəhməti ilə qazandığı vəsait təşkil edən "Huma Quşu Təhsilə Yardım Fondu" fəaliyyət göstərir. İndiyə qədər Fond aztəminatlı ailələrdən olan 30 nəfərə yaxın istedadlı gəncə ölkəmizdə və xaricdə təhsil almaq üçün təqaüd verib.

Ötən il noyabrın 17-də, Fondun fəaliyyətinin ildönümü münasibəti ilə ADA Universitetində keçirilən  təqdimat mərasiminin iştirakçıları arasında Humayın xaricidəki dostları da vardı.

Həmin axşam vaxtı ilə bp - Azərbaycan şirkətində Humayla birlikdə işləmiş, uzaq Londondan məxsusi olaraq mərasimə qatılmaq üçün gəlmiş nəcib ingilis xanımı Kler Bebbinqtonun çıxışı salona toplananları çox təsirləndirdi. Kler xanımın icazəsi ilə Humayın (və "525-ci qəzet"in!) doğum günündə həmin çıxışın mətnini öz tərcüməmdə oxuculara təqdim edirəm.

V.Q.  

Əgər bir insanın özündən sonra qoyub getdiyi irs haqda nə isə öyrənmək istəyiriksə, o zaman söhbət təbii ki, yalnız maddi məsələdən gedə bilməz. İlk növbədə onun ailə üzvləri, dost, həmkar və tanışlarının yaddaşında iz salan xatirələrə, duyğulara baş vurmaq lazımdır.

Humayın bizə nəyi miras qoyub getdiyini bilmək istəyiriksə, çevrilib ətrafımıza baxmalıyıq. Əminəm ki, Humay xatirə axşamının iştirakçılarının bəzilərinə bu və ya digər şəkildə təsir göstərib. Həm də tək burada olanların deyil, gözəl dünyamızın müxtəlif qitələrində yaşayan insanların da həyatında özünə yer tapıb. Çoxlarına kömək edib, çoxlarını çətinlikləri dəf etməyə ruhlandırıb. Onun sayəsində nə qədər dərdli insanın çöhrəsinə təbəssüm qonub, ürəyində ümid yaranıb.  

Bu axşam bizi bura toplayan Humayla bağlı xatirələrin işığıdır. İstər gördüyü işlər olsun, istər dünyanın gələcəyi ilə bağlı fikir və mülahizələri olsun, istərsə də sadəcə, digər insanlara maraq və sevgisi olsun - bütün bu sahələrdə Humayın bizə qoyub getdiyi xatirələr çox təsirli, çox güclüdür. Eyni zamanda onu da düşünürəm ki, görəsən, bizim aramızdan neçə nəfər Humayın gördüyü işi görməyə, yaxud onun çalışdığı yerlərdə işləməyə cəsarət edə bilərdi?

Humayla bağlı xatirələrin bəziləri çox dərin və əsaslıdır. Bəziləri isə ürəyə sakitlik gətirən məqamlarla, təəssüratlarla doludur.

Şəxsən özümə gəldikdə isə Humayın kim olduğunu dinləyənlərə izah etməkdən ötrü sizi əsrimizin əvvəllərinə - 2007-2008-ci illərə qaytarmaq istəyirəm.

Yolumuz qapılarının üzərində sovetlərin simvolu olan oraq-çəkic emblemi yapışdırılmış, çox sayda insanın dünyanın ən böyük kapitalist inhisarlarından biri üçün işlədiyi binaya - bp-nin Bakı ofisinədir.

Qırmızı xalça salınan, solğun boya çəkilən yüngülvari işıqlandırılmış dəhliz bizi bp prezidentinin pəncərələri Xəzərə və Bibiheybətə baxan kabinetinə aparır.

Amma biz yolumuzu dəhlizin sadə görünüşü ilə seçilən, sadə əhval-ruhiyyə hökm sürən əks tərəfinə salmalıyıq. Üzbəüz iki otaq. Birində mən otururam. Masamın üstü kağızlarla doludur. Düzdür, həmişə daha ciddi işlərlə məşğul olmaq haqda düşünməyi xoşlayıram. Amma yazı masam çox vaxt başımın gündəlik, cari işlərə qarışdığına  dəlalət edir.

Digər otaq isə Humayındır. Bu kiçik otağı o, bəziləri bu axşam burada iştirak edən bir neçə həmkarı ilə bölüşürdü.

Humay ofisdə olanda həmin otaq həmişə işıq saçır və sanki sıxıntı dolu dəhlizlə tam ziddiyyət təşkil edirdi. O işığın mənbəyi bəlkə də Humayın parlaq boyaları ilə seçilən paltarları, hamıya sirayət edən gülüşü, bəzən səhərlər işə gecikdiyi zaman verdiyi çox məsum, eyni dərəcədə də müəmmalı, anlaşılmaz izahatlar idi. Bu izahatlarda gənc qızların təbiətinə xas olan xoş təəssürat dolu bir şeytançılıq, coşqunluq, həyatın hər dəqiqəsindən zövq almaq duyğuları sezilirdi.

Humayın otağı əgər belə demək mümkünsə, həm də ofisin gülüş mərkəzi idi. Oradan bəzən adi gülüş, bəzən isə çətinliklə boğulan qəhqəhə səsi ucalırdı. Hətta qapı bağlanandan sonra da onun necə ürəkdən güldüyünü eşitmək olurdu. 

Bəzən Humay dəhlizdən keçib otağıma gəlirdi. Adətən belə hallarda məndən bp jurnalı üçün özünün istədiyi tərzdə məqalə yazmasına icazə verməyimi xahiş edirdi.

Humay jurnalist kimi özünü doğrultmaq, bp-dən ayrılandan sonra daha da inkişaf etdirmək istədiyi yaradıcı işlə məşğul olmağa can atırdı. Onun məqalələri çoxlu istinadlar, analogiya və ideyalarla zəngin idi. Yazıları həm də enerji ilə dolu olurdu. Və sətirlərinin arxasında çox sevdiyi U2 rok qrupunun lirikası nəzərə çarpırdı.

"Məqalələrin xariqədir, Humay", -deyirdim. Yazılarında bir artistizm, musiqililik var. Məsələn, bu sətirlərdə olduğu kimi: "Sifətimdə günəş işığı hiss etmək istəyirəm. Toz dumanının arxasınca heç bir iz buraxmadan yox olduğunu görürəm".  Xatırlatdığım sətirlər Bakı-Ceyhan neft kəmərində qaynaq standartları haqqındakı məqaləsində yer almışdı. Bakı-Ceyhan boru xətti və lirika? Mümkün olan iş idimi?

Mən Humayı həm də belə tanıyırdım: hətta ən qeyri-mümkün məqamlarda da son dərəcə sərbəst, daxilən və zahirən gözəl, işıqlı! Ancaq təbiətinin başqa bir cəhəti də vardı. Daim  intellektual axtarışda olması, beyni və zəkasını daim aramsız çalışdırması tək özünü yox, bizi də çevrəmizdəki insanlara daha çox diqqət yetirməyə, dünyanın gələcəyi haqqında düşünməyə, necə deyərlər, "təbiətimizdə gizlənmiş mələk xislətini" üzə çıxarmağa vadar edirdi.

2006, ya da 2007-ci ildə Bakıda bir axşam yeməyində kiçik qrupumuzun "Azad olmaq nə deməkdir?" mövzusunda əslində indi də bitməyən bir müzakirə apardığı yaxşı yadımdadır. Mövzunu ortaya atan da, disputa moderatorluq edən də Humay idi. 

Mübahisə bütün şam yeməyi boyunca davam etdi. Ortaya desert gələndə isə söhbət pişiklərdən düşdü. Fərqli şəraitdə yaşayan iki pişiyin hansının daha azad, daha sərbəst olduğunu öz-özümüzdən soruşduq. Ərköyün pişik mənzildə qorxu bilmədən yaşayır. Sahibi onu yedirir, bəsləyir, nazını çəkir, daim sığal və nəvaziş görür. Hər an təhlükə ilə üzləşən küçə pişiyi isə bütün bunlardan məhrum olsa da, can atdığı hər yerə sərbəst gedir, istədiyi hər şeyi edir. O zaman mən öz seçimimi bilirdim və əminəm ki, Humayın seçiminin necə olacağını da dəqiq təsəvvür edirdim.

Bunlar yaşatmağa və bölüşməyə layiq gözəl xatirələrdir. Xahiş edirəm Humaya həsr olunan bu axşam bitəndə Humay haqda yaddaşınızda qalan xatirələri biri-birinizlə bölüşün, yaxud dostunuzu, rəfiqənizi qucaqlayın. Ən azı bir-birinizə təbəssümlə baxın. Əminəm ki, bu, Humayın bizə etmək istədiyi ən vacib tövsiyələrdən biridir.

Mən qısa çıxışımı Humaya müraciətlə söyləmək istədiyim, ürəyimin dərinliyindən gələn sözlərlə bitirmək istəyirəm. Bu U2 rok qrupunun "Desire" hitindən götürülmüş aşağıdakı sətirlərdir:

Humay,

Sən bizim otağın şamısan

Və bu gecə çox parlaq yanırsan.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri