Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

525ci qəzet “Bir nəfər mənə dedi ki, sən qorxaqsan...”

525ci qəzet “Bir nəfər mənə dedi ki, sən qorxaqsan...”

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İtirə-itirə gəlirik... Biri qeyrətini, namusunu itirir, biri ağlını, biri də bəxtini. Kimlər itirmir axı. Kim itirmir ki, bu dünyada. İtirə-itirə gəlirik, son günümüzdür ölüm. Bu qədər çirkaba dözmək olmur axı. Tanrıverdi dayı, mən bu ağacı böyüdəcəyəm, böyüdəcəyəm. Bir adam ağırlığına davam gətirsin, sonra oradan özümü asacağam...”

Əməkdar artist Ayşad Məmmədov Romeo, Malkolm, Pek, Laert ("Romeo və Cülyetta", "Maqbet", "Yay gecəsində yuxu", "Hamlet"), Müsyö Jordan ("Müsyö Jordan və dərviş Məstəli şah"), Aydın ("Aydın"), İsgəndər ("Ölülər"), Təlxək ("Ox və hədəf"), Kral ("Aktyor və kral"), Padşah ("Yaxşı padşahın nağılı"), cəllad ("Generalın son əmri"), Ocaqqulu ("Almaz"), Toğrul ("Qətibə İnanc") kimi obrazları ilə teatrımızda əvəzsiz xidmət göstərib. Müxtəlif illərdə Prezident mükafatına layiq görülən Ayşad Məmmədov 30-dan çox film və serialda rol alıb. O isə daha çox izləyicilərinin xatirəsində “Bəxt üzüyü” filmindəki Hüseyn obrazı ilə yadda qalıb.
Əməkdar artist Ayşad Məmmədov ilə müsahibəni təqdim edirik.

- Necəsiniz, Ayşad müəllim?
 

- Şükür Allaha. “İblis və...” tamaşasını təhvil verdik, indi boşluqdur. Bir az problemlər var, planlarım var. Onları həyata keçirə bilsəm, yaxşı olacaq (gülür).

- Şəki teatrından Gənclər teatrına, Gənclər teatrından da Dram teatrına. Ayşad müəllim, bu keçidlərdən hansı sizə çətin oldu, hansı daha yaddaqalan oldu?

- Əlbəttə, Gənclər teatrından ayrılmaq mənim üçün çox çətin oldu. Mərhum rejissor Hüseynağa Atakişiyevdən sonra Gənclər teatrı demək olar ki, yox dərəcəsində idi və mənim üçün heç nəyin fərqi yox idi. Mən heç istəməzdim ki, Gənclər tatrından ayrılım. Amma tale belə gətirdi (Akademik Milli Dram Teatrını göstərir). Bura mənim üçün həmişə ana teatr olub, ideal olub. O qədər ideal olub ki, burada işləməyi heç arzulamamışam.

Amma bu gün Dram teatrının aktyoruyam. Əgər atam sağ olsaydı, burada işləməyim onun üçün hədiyyə olardı. Çünki 6 yaşımdan məni götürüb bura gətirərdi. O özü də rəhmətlik Tofiq Kazımovla teatr məktəbində bir yerdə oxumuşdu. Sonra anama görə həmin məktəbi atdı. Mənim anam çox gözəl qadın idi, istəmirdi atam teatrda olsun. Atam da anama görə ordan uzaqlaşdı və kino sahəsində işləməyə başladı. Söhbətdən kənara çıxdım bir az (gülür).

- Hüseynağa müəllimdən söz açılmışkən, bir çoxları onun sərt olduğunu deyir. Sizə qarşı münasibəti necə idi?

- Qətiyyən mən onu sərt görməmişəm. Hər zaman üzü gülürdü. Hətta o gün Qurban İsmayılovla Hüseynağanı yada saldıq. Deyir, Rəhman Əlizadə ilə qapıda dayanmışıq, Rəhman deyir, bu saat Hüseynağa qapını açacaq və başlayacaq gülməyə. Elə də olub, Hüseynağa girib içəri, başlayıb gülməyə. Həmişə belə olub. Sərtliyi özünə və sənətinə qarşı idi. Xəyanəti sevməzdi, həddindən artıq qısqanc idi. İnsan kimi çox yumşaq adam idi. Mən onunla Şəki teatrından işləməyə başlamışam. Onun bir kəlməsindən başa düşürdüm ki, nə istəyir. Bizim aramızda heç vaxt problem olmayıb.

- Xalq şairi Vaqif Səmədoğlu ilə yaxın dost olmusunuz. Şair fərqli düşüncədə bir insan idi. Sizin həyatınızda hansı izlər qoyub?

- Mən onun 4 əsərində oynamışam: “Bəxt üzüyü”, “İntihar”, “Yayda qartopu oyunu”, “Generalın son əmri”. “Bəxt üzüyü”nü ilk dəfə Şəki teatrında göstərdik, onda mən Rasim rolunda çıxış edirdim. Vaqif çox qəribə insan idi. Söhbət etməsən belə, ondan qəribə enerji almaq olurdu. Bir dəfə Gənclər teatrında olanda yaxşı əhval-ruhiyyədə idi (gülür), mənə yaxınlaşdı, qucaqladı, gözlərimə baxdı və dedi ki, biz necə bir-birimizə oxşayırıq. Hansı ki, mən sarışın idim, o qaraşın. Yəqin, qəlbən oxşarlığı nəzərdə tuturdu. Onun əsərləri, obrazları mənə çox yaxın idi. Səmimi qəlbdən duyurdum, hiss edirdim. “Bəxt üzüyü”ndəki obrazın da ağrıları mənə daha yaxın idi. Vaqif mənim yaddaşımda bax belə qalıb.

- Xaricdə keçirilən film və teatr festivallarında iştirak edən bəzi həmyerlilərimiz vətənə qayıdandan sonra Azərbaycan teatrının inkişafdan geri qaldığını deyirlər. Siz bu barədə nə düşünürsünüz?

- Müqayisə etmək doğru deyil. Çünki bizdə teatr prosesində çox çətinliklər yarandı, keçid dövrü oldu. Teatrçılar çox pis vəziyyətdə oldular. “Bu ölkədə belədir, bizdə isə belədir” kimi fikirlər söyləmək düzgün deyil. İnkişaf prosesi gedir. O gün Aydın Talıbzadə “İblis və...” tamaşası haqqında yazmışdı ki, imkan verin işləsinlər. Mehriban Ələkbərzadəyə imkan yaratmaq lazımdır. Bu adam teatra təzə gəlib, vurmaq yox, kömək eləmək lazımdır. Gözləmək, bir neçə tamaşanı izləmək lazımdır. O dəqiqə baltalamaq olmaz, düzgün deyil.

- Ayşad müəllim, kinoda sizi daha çox ikinci planda görürük. Halbuki aktyor kimi kino sahəsi üçün yaxşı potensialınız var.

- Mənə seriallardan təklif gəlir, sadəcə teatrda işlərim çox olur deyə qəbul edə bilmirəm. Çingiz Aytmatovun “Əsrə bərabər gün” tamaşasını hazırladıq, ağır əsəri idi. Daha sonra “İblis və...” tamaşasına başladıq. Ona görə bir-iki obrazdan imtina etməli oldum. Həm də mənim üçün önəmli yer teatrdır. Teatr canlı sənətdir. Kinoda da rolu dolğun işləmək mümkündür. Amma serialda belə deyil. Tez çəkilirsən, bitir. Bir növ səni tələsdirirlər. Mən də bu prosesi sevmirəm. İstəyirəm ortaya yaxşı bir iş çıxardım.

- Eşitdiyimizə görə, bir müddət taksi sürücüsü kimi də fəaliyyət göstərmisiniz...

- Hə, Eldar Quliyevin “İstanbul reysi” filmində o rolda çıxış etmişəm.

- Mən filmi nəzərdə tutmuram, real həyatdan danışıram.

- (Gülür) Hə, boynuma alıram, olub. Bir dönəm dolanışıq baxımından çox çətin vəziyyətdə idim. Başladım sürücülük etməyə, amma insanlar məni tanıyırdı deyə pis olurdum. Hərəsi bir fikrə düşürdü. Həm də mən o cəhətdən fərsizəm. Pulu olmayan biri maşınıma minəndə ondan pul tələb edə bilmirdim, üzüm gəlmirdi. Heç bir ay çəkmədi, işləyə bilmədim.

- Həm özünüz, həm atanız, həm də həyat yoldaşınız sənət adamlarısınız. Bəs övladlarınız necə? Yolunuzu davam etdirirlər?

- Qızım Rəssamlıq Akademiyasın bitirib. Mən özüm də ağacyonma ilə, heykəltaraşlıqla məşğul olmuşam. Oynadığım obrazları taxta üzərində yonurdum. Bir ara rəssam olmaq istəmişdim, amma qismət olmadı. İndi isə böyük qızım rəssamdır. Böyük oğlum Harun videoblogerdir. Amma o, heç yerə çəkilmək istəmir, təkliflər gəlir, amma qəbul eləmir. Müsahibə belə vermək istəmir, sevmir. Mən özüm də müsahibə verməyi sevmirəm, amma hərdən bir olur (Gülür).

- İstedadınız olduğu halda rəssamlığın dalınca niyə getmədiniz?

- Mənim dostlarımın çoxu rəssam idi. Mükəmməl öyrənmişdim bu sənəti. Şəki teatrında olanda istedadımı kəşf elədim. Taxtanı götürdüm əlimə və başladım yonmağa. İlk dəfədən uğurlu alındı. Şəki Teatrının baş rəssamı da mənə bu sahə ilə bağlı çox şey öyrətmişdi. Amma aktyor sənətinə olan sevgim o istəyi üstələdi.

- Hansı mərhum sənət yoldaşınız üçün darıxırsınız?

- Ələkbər Hüseynov. Rəhmətlik az ömür sürdü. Uşaqların sevimlisi idi, yəqin tanıyırsınız. Çox heyifsilənirəm onu itiridiyimə görə (fikrə dalır). Sonra rəssam dostum Zahid var idi, ürəyimə ən yaxın dostum idi, onu itirdiyimə çox heyifsilənirəm. Hərdən ağır, çətin anlarımda, xoş günlərimdə onlarla söhbət edirəm. Bax belə (dərindən ah çəkir).

- Rollarınızın bəzilərində mənfi obraz kimi çıxış etsəniz də, sətiraltı məna ilə doğrulardan danışmısınız. Bəs real həyatda da doğruları demək üçün sətiraltı ifadələrdən istifadə edirsiniz, yoxsa necə lazımdırsa, elə də deyirsiniz?

- Yox, mənim həyat yoldaşım düz sözü üzə deyir, həmişə ona həsəd aparmışam ki, bunu bacarır. Amma mən deyə bilmirəm. Məsələn, qarşımdakı insanın dediyim sözdən utandığını görəndə mən ikiqat utanıram, ona görə o sözü deyə bilmirəm. Pis cəhətdir, yaxşı bir şey deyil. Mənə deyirlər ki, sən qorxaqsan. Həddindən artıq mədəni olmaq qorxaqlıq əlamətidir. Bu sözü mənə yaxın olan bir nəfər demişdi. Mən də çox pis oldum, sonra dəfələrlə ona sübut eləmək istədim ki, mən qorxaq deyiləm. Başım çox böyük bəlalar çəkib, o bəlalarla sübut eləmək istədim.

- Sübut edə bildiniz?

- Ta orasını bilmirəm (gülür).

- Ümumiyyətlə, oynadığınız obrazların həyatınıza, xarakterinizə təsiri olubmu? 

- Mən aktyor sənət ilə ona görə məşğul oluram ki, (iki əli ilə üzünü qapayır) maskalarımı ata bilim. Mənim özümə çatmağım üçün bu sənətdəyəm. İçimdə oturan o insanı görmək istəyirəm.

- Görə bilirsiniz?

- Hələ ki maskaları tullaya-tullaya gedirəm, görək necə olur.

- İtirə-itirə gəldik, “Hüseyn”. Bəs Ayşad müəllim, siz nəyi itirdiniz?

- Dostlarımı itirmişəm, ürək dostlarımı itirmişəm, Gənclər teatrında sevgini itirmişəm, Hüseynağa Atakişiyevi itirmişəm, Vaqif Səmədoğlunu itirmişəm. Gör nə qədər itkilərim var...

Ləman İLKİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Noyabr 2024 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri