Icma.az
close
up
RU
525ci qəzet İmtina yeni başlanğıcların qapısı

525ci qəzet İmtina yeni başlanğıcların qapısı

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sevinc MÜRVƏTQIZI

Sadə davranış kimi görünsə də, kifayət qədər ziddiyyətli, təlatümlü bir prosesin nəticəsidir imtina... Bu, yalnız nəyisə, kimisə tərk etmək deyil, çox zaman zahirdən məğlubiyyətə bənzəsə də, daxildən zəfərdir. İmtina və qəbul bir medalın iki üzü deyil, imtina da qəbul etməkdir. Bir nöqtədən sonra olmadığını, olmayacağını qəbul edib hər şeyi Yaradanın iradəsinə buraxıb öz eqosundan əl götürməkdir. Zahirən rədd etmək, vaz keçmək kimi görünsə də, daxildən idrak edilmiş imtina qəbul enerjisinə keçməkdir. İmtina bir reallıqdan digər yeni gerçəkliyə keçidin təntənəsidir. Bu zaman qarşıya qoyulan hədəf, ya da məqsəd deyil, məhz həmin keçid bizə həyatın əsl mənasını göstərir.

İmtina başqa bir aləmə doğru atılmış ilk addım kimi içindəki imkansızlığın məntiqini qəbul etməyə çalışan bir ruh halıdır. O ruh halında insan eyni anda özünü həm itirmiş, həm də tapmış kimi hiss edir. İmtina, yalnız geriyə getmək, ya da nələrdənsə vaz keçmək deyil. Bu, bir vəziyyətin daxili əks-sədasıdır. Nədənsə yaxud kimdənsə imtina edəndə əslində həm də o nəsnənin bizə göstərdiyi təsirlərdən imtina edirik. İnsanın öz həyatını dəyişdirmək istəyərkən qarşılaşdığı ən böyük çətinliklərdən biri məhz keçmişin təsirlərindən imtinasıdır. Bir insanın həyatında ən çətin anlar, bəzən elə keçmişin izlərindən qurtulmağa çalışarkən yaşanır. Bu izlər bəzən sözlə ifadə edilə bilməyəcək qədər dərindir. Amma biz hər dəfə imtina etdikcə həmin izlər bir az da silinir, bir az da yox olur... İmtinanın gücü məhz bundadır: Hər imtina bir təmizlənmə, yenilənmə deməkdir.

İmtina hər şeyə yeni bir gözlə, fərqli bir pəncərədən baxmağı sınamaqdır. Bir başqası ilə olan münasibətlərdən, həyatının hansısa dönəmində bir vaxtlar vazkeçilməz gördüyü istəklərindən, arzuların yaratdığı ağrılardan və ağırlıqlardan imtina etməklə bəzən insan itirmə hissinə qapılıb öz daxilində amansız bir müharibəyə qoşular. Özü ilə üz-üzə gələr. Çətin sınaqdı bu "Sirat"dan keçmək... Çünki "itirmə" duyğusu bir insanın içindəki ən qorxulu, ən narahatedici hissiyyatdır. Amma imtina bizə məhz o qorxunun öhdəsindən gəlməyi öyrədir. Bu nöqtədə imtina etməyi bacaran insan Simurqa çevrilir, hər şey bitmiş kimi görünərkən, özündə yeni bir mənəvi güc tapıb qanadlarını silkələyib küllərindən doğulmaq hər kəsə nəsib olmur. Amma sonra öz içindəki məğlubiyyətlə barışmağa, həm də imtinadan sonrakı yeni başlanğıcın gətirəcəyi azadlığa hazır olmağa güc tapır.

İmtina özlüyündə ən önəmli bir seçimdir - bizə yeni bir baxış aspekti verir, eyni zamanda həyatın içində gizlənən müxtəlif ehtimalları bizə göstərir. Nə qədər çox şeydən imtina edə bilsək, o qədər çox şans qapıları açılır insana. Bəzən elə düşünürük ki, itirmək sondur. Amma imtina son dediyin andan sonra gələn yeni bir fürsətdir, imkandır. Bunu fərq etdiyimiz anda imtinanın gücünü anlamağa başlayırıq.

İmtinanın qüdsi, arındırıcı tərəfi var, insan öz istəyindən, iradəsindən keçəndə, dərk edərək rədd edəndə onacan ağırlıq gətirən nə vardısa, qurtulur. Hər bir imtina şüurun daha yüksək mərhələsinə adlamaqdır. Bu, əlini-ətəyini dünyadan üzmək deyil, bəzən də hər şeyi olduğu kimi qəbul etməkdir.

Biz hər zaman sərhədlərlə yaşayırıq. Hər şey bizə bir şəkildə sərhədlər qoyur - yaşadığımız zaman, gördüyümüz insanlar, hərəkətlər, davranışlar... İmtina edərkən sərhədsizliyin varlığını qəbul etmiş oluruq, bu sərhədləri öz içimizdə aşırıq. İmtina etmək, bir anlamda öz daxilində olan bütün qarşıdurmaları ortadan qaldırmağa çalışmaqdır. İnsanlar bu daxili qarşıdurmalarla  bir-birilərinə əzab verdiyi nöqtənin fərqinə varıb geri çəkilməyi bacarırlarsa, o zaman ruhun zəfəri başlayır. Hər imtina bir müdriklikdir. "Əlimizdə dəmir əsa, ayağımızda dəmir çarıqla" bəzən dərvişanə şəkildə yolların ağına düşüb axtardığımız o abstrakt xoşbəxtlik əlçatmaz, ünyetməz uzaqlarda olmur bəzən. Dizimizin dibində, gözümüzün önündə bənd alıb onun fərqinə varmağımızı gözləyir çox vaxt. Həyatda ən böyük xoşbəxtlik, bəzən sadəcə olanı olduğu kimi qəbul etməkdən, olduğu yerdə olmağın dərin həqiqətini tapıb, hikmətini anlayıb özüylə, dünyayla barışmaqdan ibarət olur. Düzgün bir şəkildə imtina etmək varlığımızın dərinliyinə nüfuz etməkdir. Bu, sanki bir insanın ruhunu sarsıdan, onu özü ilə ağrılı bir qovuşmağa məcbur edən bir yolçuluqdur.

İmtina bəzən insanın həyatındakı yenidən doğuluş anıdır. Bəzən də öz qəlbinin yaralarına ilk toxunuş kimidir: əvvəlcə ağrıdar, sonra isə dayanıqlılığın artar.

Bir şeydən imtina etmək, bəzən ən böyük həqiqətə yaxınlaşmaqdır, çünki imtina edərək özünə qoyduğun hər qadağa, ruhun sərhədlərini aşmağa bir çağırışdır. Həqiqi azadlıq nələrisə, kimlərisə birdəfəlik buraxdığımızda, onlardan həmişəlik imtina edəndə aşkara çıxır. Hər imtina bizə həyatın ən saf və həqiqi anlarını təqdim edən bir yeni başlanğıcın işığıdır. İmtina çox vaxt dünyaya qarşı imiş kimi görünsə də, öz içimizə dönmək deməkdir; hər buraxılan yük, bizə yeni bir güc və dərinlik bəxş edər.

İmtina ruhun sərhədləri ilə barışmaq və öz daxilindəki dərinliyə doğru atılan bir addımdır: nəyi itirdiyimizi anlayanda, əslində nəyi tapdığımıza heyrətlənirik...

İmtina insanın dünyaya nəzarət etməsi deyil, ona təslim olmasıdır. İnsan yalnız bu təslimiyyətdə özünü tapar, yalnız bu təslimiyyətlə hər şeydən keçərək yüksələr. İmtina anlama və ruhən oyanış prosesinin başlanğıcıdır...

Və sonda... Özün olmaq yolunda imtinalar etdikcə daim xatırlanacaq mühüm bir məqam var: nə olursa olsun, ÖZündən imtina etməmək...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri