Icma.az
close
up
RU
525ci qəzet İş tapmaqda xarici təhsil faktoru

525ci qəzet İş tapmaqda xarici təhsil faktoru

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün təhsil almaq üçün xaricə üz tutan gəncləri düşündürən başlıca məqamlardan biri ölkəyə geri döndükdən sonra uyğun iş tapa bilmək məsələsidir. Məlum olduğu kimi, gənclərimiz həm təhsillərini davam etdirmək, həm də karyeralarında üstün təcrübələrə yiyələnmək məqsədilə xarici universitetlərə müraciət edirlər. Bəs xaricdə təcrübə qazanmaq imkanları hazırda hansı vəziyyətdədir? Ölkəyə qayıdan tələbələr hansısa problemlə üzləşmədən uyğun iş tapa bilirlərmi?

Mövzu ilə bağlı sorğumuzu cavablandıran xaricdə təhsil üzrə ekspert Aisa Aslanovanın sözlərinə görə, xaricdə təhsil alıb ölkəmizə qayıdan diplomlu mütəxəssislər iş üçün özəl və ya dövlət müəssisələrinə müraciət edərkən bir çox hallarda müsbət cavablar alırlar: “Hazırda ölkəmizdə fəaliyyət göstərən əksər müəssisə və təşkilatlar müntəzəm şəkildə “Karyera sərgiləri” keçirir. Belə qurumlardan biri də Bakı Mühəndislik Universitetidir. Onlar mövcud olan vakant yerləri paylaşaraq gəncləri yüzə yaxın vakansiya ilə tanış ediblər. Tələbələr ölkəyə qayıdandan sonra müraciət etdikləri iş yerləri ilə bağlı mütəmadi şəkildə elektron məktublar ala bilirlər. Dediyim kimi, onlar üçün vakansiyalarla bağlı ayrıca sərgilər də təşkil olunur. Nümunə üçün deyim ki, bir çox məzun artıq Qarabağ Universiteti, Neft Fondu kimi yerlərdə çalışırlar. Tələbə xaricdən vətənə qayıtdıqdan sonra təqdim etdiyi CV-də onun hansı xarici şirkət və ya təşkilatda təcrübə keçdiyi qeyd olunur. Bundan əlavə, xaricdə təcrübə keçmiş şəxslər kimi həm onların yiyələndikləri ixtisas istiqaməti, həm də qazandıqları motivasiya ilə bağlı daha aydın və konkret fikir və mühakimələr səsləndirmək imkanları olur”. 

Ekspert xaricdə təcrübə keçmiş tələbələrin qarşılaşdıqları çətinliklərdən də danışıb: “Adətən tələbələr xaricdəki əməkhaqqı ilə buradakı əməkhaqqı arasındakı fərqə görə bəzən təklif olunan işlərdən imtina edirlər. Lakin nəzərə almaq lazımdır ki, xaricdə maaşlar onların xərclərinə əsasən tənzimlənir. Odur ki, seçim edəndə məsələyə adekvat yanaşmaq lazımdır”. 

Aisa Aslanova işəgötürənlərin xaricdə təcrübə keçmiş tələbələrə necə yanaşmaları ilə bağlı məsələyə də toxunub: “İşəgötürənlər adətən xarici təcrübəyə malik olanlara üstünlük verirlər. Bu həm vəzifə və maaşa, həm də digər bir çox amillərə təsir göstərir. Xarici diplomlu mütəxəssislər burada işə “senior” pozisiyasından başlayırlar. Odur ki, xaricdə təhsil və təcrübə əvəzolunmaz üstünlükdür”. 

Xaricdə təcrübə imkanları ilə bağlı hazırda Azərbaycanda mövcud olan resurs və dəstək proqramları haqqında da söz açan ekspert bildirib ki, bununla bağlı ölkəmizlə müxtəlif dövlətlər arasında razılaşmaları var: “Tələbələr “UGRAD”, “Mevlana”, “Erasmus+” kimi mübadilə proqramları vasitəsilə xaricə gedə bilirlər. Bundan əlavə, “SUSI” kimi yay proqramları da mövcuddur və bu imkanlardan yararlanmaq olduqca faydalıdır”.

S.Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Yanvar 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri