Icma.az
close
up
RU
525ci qəzet İslam dünyasının elmi irsini yaşadan kitabxanalar

525ci qəzet İslam dünyasının elmi irsini yaşadan kitabxanalar

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kitabxanalar keçmişi, bu günü, gələcəyi, kitablar aləmini və insanların mənəvi dünyasını birləşdirir, eyni zamanda öz yenilikləri ilə elmi ictimaiyyət üçün həmişə əlamətdar hadisədir. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının  ixtisaslaşdırılmış fondları arasında zənginliyi ilə seçilən Şərq ədəbiyyatı fonduna üz tutan alimlərimizə bu fondun ən dəyərli nümunələrindən sayılan İslam ensiklopediyalarının müxtəlif illərdəki nəşrləri yaxşı tanışdır. İstər tarixçi olsun, istər dilşünas, istər filosof və ya ədəbiyyatşünas, fərqi yoxdur, tədqiqatçılarımızın ən çox üz tutduğu, dəfələrlə müraciət etdikləri bu qiymətli mənbələr azərbaycanşünaslıq üçün də nüfuzlu elmi mənbələrdəndir.

Əsrin mədəniyyət sərvəti olan İslam Ensiklopediyasını nəşr etdirərək dini-mədəni məzmun və tarixi-faktoqrafik baxımdan bənzərsiz olan bu əsəri cəmiyyətə əlçatan etmək müqəddəs bir missiyadır. Bu qəbildən nəşrlərin ərsəyə gəlməsində, xüsusilə Türk dünyasında İslam mədəniyyətini, mənəvi-əxlaqi dəyərləri elmi şəkildə öyrənən və təbliğ edən İSAM-ın fəaliyyəti  kifayət qədər geniş və çoxşaxəlidir. İSAM bu istiqamətdə milli və beynəlxalq elmi tədqiqat layihələrini, monoqrafik tədqiqatların aparılmasını, ensiklopedik nəşrlərin, dərgi topluların işıq üzü görməsini, bu qəbildən biliklərin  populyarlaşdırılmasını dəstəkləyir. Bundan əlavə, islam elmləri sahəsində elmi araşdırmalara həsr olunmuş simpozium və konfranslar təşkil edir. Yaxın Şərq, Orta Asiya, Balkanlar və Şimali Afrikanı əhatə edən araşdırmaları ilə Türk dünyası mədəni həyatına və İslam araşdırmalarına töhfə verir. Türk və İslam dünyasının tarixi irsinin müasir elmi metodlarla araşdırlmasına üstünlük verir. Eyni zamanda bu coğrafiyada sosial, mədəni və intellektual həyatda baş verən dəyişiklikləri və inkişafı təmin edir, ölkələr arasında elmi və akademik qurumlarla əlaqələri təşviq edir.

İslam Araşdırmaları Mərkəzinin TDV Kitabxanasına ehtiyac duyulan nəşrlərlə əlaqədar rəsmi ianə müraciətinə və dəvətinə cavab olaraq bu ilin 16-20 dekabr tarixində Türkiyənin İstanbul şəhərinə ezamiyyətdə olduq.

Mərkəzdə bizi İSAM Kitabxanası və Sənədlər üzrə menecer Mustafa Birol Ülker və həmkarları qarşıladılar. M.B.Ülker İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Kitabxanaçılıq bölümünün məzunudur və İslam Araşdırmaları Mərkəzinin Kitabxana və Sənədlər Müdirliyinə qədər müxtəlif səviyyələrdə çalışmış təcrübəli bir mütəxəssisdir. Öyrəndik ki, İSAM Kitabxanası uzun illərdir ki, öz resursları ilə hazırladığı avtomatlaşdırma proqramlarından istifadə edir. Mövcud proqram təminatının günümüzün təhlükəsizlik tələblərinə, proqram texnologiyası tələblərinə və kitabxana-arxiv standartlarına uyğunlaşdırmaq üçün transformasiya layihəsinə başlanılıb. Hazırda layihənin üç mərhələsi başa çatıb və dördüncü mərhələyə start verilib.

Mustafa Birol Ülkerin müşayiəti ilə orada yaradılmış xidmət sahələri, fondlar, oxu zalları və digər şəhərciklərlə də tanış olduq. Mərkəzin sorğusuna əsasən gətirdiyimiz kitabların sərgisini və təqdimatını təşkil etdik. AMEA Nəsimi adına Dilçilik İnstitutunun yenidən nəşrə hazırladığı "Divanü lüğat-it-Türk" (1-3-cü cildlər), "Türk mənşəli arxaizmlər lüğəti", "Fütuhüş-Şam", Əbdürrəhim Ərdəbili Şirvaninin "Məzhər üt-Türki", "Nəsiminin dilində işlənən onomastik vahidlərin izahlı lüğəti" və digər kitabları İstanbuldakı İSAM Kitabxanasına hədiyyə etdik.

Hədiyyə edilmiş kitab kolleksiyasına görə Mustafa Birol Ülker Azərbaycan Milli Elmlər Akademiyasının  prezidenti, akademik İsa Həbibbəyliyə təşəkkür və minnətdarlıq məktubu da təqdim etdi. Onu da qeyd edək ki, İslam Tarix Sənət Və Mədəniyyət Araşdırma Mərkəzinin (Research Centre For Islamic History, Art and Culture - IRCICA) Kitabxana və Arxivlər Departamentində (IRCICA) görüşlərimiz də əhəmiyyətli və yaddaqalan oldu. 1980-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) törəmə təşkilatı olan IRCICA çərçivəsində Kitabxana və Arxiv Departamentinin yaradılması qərara alınıb. Kitabxana 2017-ci ildən etibarən İstanbulun tarixi yerlərindən biri olan Cağaloğluda Ulu Porte kompleksi daxilində işlərini davam etdirir. IRCICA Kitabxana və Arxivlər Departamenti müxtəlif növ və formatlarda zəngin kolleksiyalarını, əsasən tarix, coğrafiya, din, elm, fəlsəfə, incəsənət, memarlıq və ədəbiyyat mövzularında dünyanın hər yerindən istifadəçilərə təqdim etməklə bu sahələrdə tədqiqat və araşdırmalara dəstək verir. İslam mədəniyyəti və sivilizasiyasına dair kolleksiyaları qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək missiyası ilə cəmiyyətə xidmət edir. IRCICA Kitabxana kolleksiyası çap kitab və jurnallarla yanaşı, rəqəmsal daşıyıcılara köçürülən nadir və əlyazma əsərlərdən, müxtəlif formatlarda arxiv materiallarından (sənədlər, audio-vizual materiallar, xəritələr və s.) ibarətdir.

Bu kitabxana dünyanın müxtəlif ölkələrində mədəniyyət qurumları, universitetlər, incəsənət dərnəkləri, eləcə də alim və tədqiqatçılar arasında məlumat mübadiləsi və əməkdaşlıq edir. Burada müşahidə etdiyimiz yeniliklər, istifadəçi üçün açıq və əlverişli şəraitdə yerləşdirilmiş fondlarda işin təşkili və bütün bu gördüklərimiz təcrübəmiz üçün faydalı oldu.

Növbəti görüşümüz Süleymaniyyə Əlyazma Kitabxanasında oldu. İstanbulun Süleymaniyyə rayonunda yerləşən bu kitabxana 1927-ci ildə yaradılıb. Osmanlı dövründə əsası qoyulan kitabxana mühüm İslam kolleksiyasına malikdir və nadir əsərlərdən ibarətdir. Hazırda Süleymaniyyə Kitabxanası türk-islam mədəniyyətinin əsas qaynaqları olan ərəb hərfləri ilə yazılmış əlyazma və köhnə çap əsərlərini özündə cəmləşdirən, yerli və xarici tədqiqatçılara beynəlxalq səviyyədə xidmət göstərən bir qurumdur. Burada nəqqaşlıq, xəttatlıq, miniatür kimi ənənəvi sənətlərin ən yaxşı nümunələrini görmək mümkündür. Bu əsərlər arasında dünyada bənzəri olmayan nüsxələr və ya sultanlara həsr olunmuş çox qiymətli əlyazmalar var. Elektron kataloqda axtarış parametrləri beynəlxalq standartlar, Şərq xalqlarına məxsus yerli milli bioqrafik tanıtma alqoritmləri nəzərə alınıb. Kitabxanada əlyazmaların qorunmasını təmin edən fiziki-kimyəvi, bioloji xarakterli parametrlərin nəzərə alındığı xüsusi mühafizə sistemləri təmin edilib. Rəqəmsallaşdırma prosesləri xüsusi şərtlərlə həyata keçirilir.

Kitabxanalardan aldığımız təəssüratlar çox müsbət, səmərəli və perspektivlidir. Çünki Türk dünyasında elmi-mədəni əlaqələrin təməlində kitabxanalar kimi müəqəddəs bilik məbədləri mövcuddur və onların varlığı inkişafı, tanınması, yenilənməsi, əlaqələrinin  genişlənməsi Türk dünyasının birliyinə gedən həm əski həm də yeni salınan magistral yollardır. Bu yollarda atdığımız bütün addamlar gələcəyimizə hesablanıb. 

Ezamiyyətimiz çərçivəsində gərəkli və səmərəli görüşlərimiz Bəyazit Dövlət Kitabxanasında davam etdi. Kitabxana yüksək texnoloji əsaslarla oxucularının hər bir ehtiyacını qarşılmağa hazır olan bir təşkilatdır. 1884-cü ildə əsası qoyulmuş kitabxananın tarixinə dair məlumat aldıq, bir milyondan artıq kitab və digər çap əsərləri, əlyazmalardan ibarət fondları və təqdim etdiyi xidmətlərlə əyani tanış olduq. Burada oxuculara nəzarət deyil, sözün əsl mənasında mədəni və dinamik biblioqrafik xidmət növlərinin təqdiminin şahidi olduq. 

Bütün bu proseslər və fondlar, iş prinsipləri ilə bizi tanış edən, bizə geniş məlumat təqdim edən IRCICA rəhbərliyi başda olmaqla, professor Cengiz Tomar, Orhan Çolak və doktor Didar Bayır xanıma, Türk Əlyazmalar Təşkilatı rəhbəri Coşqun Yılmaz bəyə, Əlyazmalar və nadir əsərlər şöbəsinin müdiri Hüseyin Kutan bəyə, Bəyazıt Dovlət Kitabxanası ilə bu tanışlıq üçün başqan Ramazan Minderə, Aysel xanıma, Van Yüzüncü İl Universiteti Ədəbiyyat Fakültəsinin Tarix Bölümü professoru Cavid Qasımova təşəkkür edirik. Qardaş Türkiyənin yuxarıda adlarını çəkdiyimiz və yığcam məlumatlarla kifayətləndiyimiz kitabxanalarla qarşılıqlı informasiya mübadiləsinə, rəqəmsallaşma və modernləşmə proseslərinin texnoloji əsaslarının öyrənilməsinə və səmərəli elmi əlaqələrə müsbət təsir edəcək görüşlərimizin reallaşmasını himayə edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə, Nəsimi adına Dilçilik İnstitutu direktoru, professor Nadir Məmmədliyə dərin təşəkkürümüzü bildiririk.

Sevil ZÜLFÜQAROVA

AMEA Dilçilik İnstitutunun kitabxana müdiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri